Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Yeni Azərbaycan Partiyası sözün həqiqi mənasında möhtəşəm siyasi gücdür

Əli Əhmədov: Yeni Azərbaycan Partiyası sözün həqiqi mənasında möhtəşəm siyasi gücdür

28.12.2019 [10:13]

“Yeni Azərbaycan Partiyası Milli Məclisə seçkilərdə iştirak etmək üçün namizədlərini müəyyən etdi. Cəmiyyətin və siyasi partiyaların bizim namizədləri elan edəcəyimiz günü səbirsizliklə gözlədiklərini bilirdim. Bu ondan xəbər verir ki, Yeni Azərbaycan Partiyası sözün həqiqi mənasında möhtəşəm siyasi gücdür. Hamı, bütün siyasi partiyalar, bizə rəqib olanlar da, bu fikrə düşməyi ağıllarına belə gətirməyən partiyalar da bu gücü etiraf edirlər”. Bu fikirləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov öz rəsmi facebook səhifəsində paylaşıb.
Əli Əhmədov qeyd edib ki, namizədlərin sırasında çoxlu gənclər var: “Bunu təbii qəbul etmək lazımdır. İnanıram ki, 2020-ci il fevral ayının 9-da seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcək, Prezident İlham Əliyevin islahatlar strategiyasına öz dəstəklərini növbəti dəfə göstərəcəklər.
Yeni Azərbaycan Partiyası olaraq həmişəki kimi maraqlı və gərgin seçki kampaniyası aparacağımıza əminəm. Partiyamıza və ayrı-ayrılıqda hər bir namizədimizə uğurlar arzulayıram”.

Paylaş:
Baxılıb: 524 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31