/ / Qlobal pandemiya şəraitində Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub
Qlobal pandemiya şəraitində Azərbaycanda əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub
08.04.2020 [19:23]
İndiyədək respublikamızda 50 mindən çox test aparılıb və ölkəmiz müayinələrin sayına görə dünyada liderlər sırasındadır
Azərbaycan qlobal pandemiya şəraitində də özünün dərinməzmunlu sosial siyasətinə sadiqlik nümayiş etdirir. Ölkəmizdə yeni növ koronavirus (COVİD - 19) infeksiyasına ilk yoluxma faktı qeydə alınan gündən etibarən zəruri qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə başlanılıb. Qlobal pandemiya şəraitində respublikamızın müvafiq qurumları koordinasiya olunmuş şəkildə fəaliyyət göstərirlər. Yaranmış vəziyyətdə Prezident İlham Əliyev tərəfindən əhalinin sağlamlığının təmin edilməsi əsas məqsəd kimi qarşıya qoyulub və buna nail olmaq üçün ölkənin bütün resursları səfərbər edilib. Bu günlərdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Sumqayıt Kimya-Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin işə salınması ölkə rəhbərliyinin qlobal pandemiya şəraitində Azərbaycan vətəndaşlarının sağlamlığının və təhlükəsizliyinin təmin olunmasına ciddi önəm verdiyini bir daha təsdiqləyir.
Ölkədə yeni növ koronavirus infeksiyasının daha geniş miqyasda yayılmasının qarşısının alınması üçün bütün zəruri tədbirlər görülür
Azərbaycan hökumətinin yeni növ koronavirus infeksiyasının ölkə ərazisində daha geniş miqyasda yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının qorunması istiqamətində gördüyü tədbirlərin miqyası kifayət qədər genişdir. Müvafiq qurumlar dövlət başçısının verdiyi tapşırıqlara uyğun olaraq bütün mümkün vasitələrdən istifadə edirlər ki, ölkəmiz dünyanı öz cənginə alan pandemiyadan daha az itkilərlə çıxsın. Belə bir məqamı xüsusi vurğulamaq yerinə düşər ki, müstəqil Azərbaycanın güclü iqtisadi potensialı, geniş maliyyə imkanları, bütün ölkə boyunca qurulan müasir infrastruktur respublikamızda pandemiyaya qarşı daha səmərəli mübarizə aparmağa imkan verir. Prezident İlham Əliyev Sumqayıt Kimya-Sənaye Parkında tibbi maska istehsalı müəssisəsinin açılışından sonra xalqa etdiyi müraciətində ölkəmizi fərqləndirən bu kimi amillərə diqqət çəkərək vurğulayıb ki, Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. “Tibbi maska və dezinfeksiya vasitələrinin istehsalı bir daha onu göstərir ki, Azərbaycanda yaradılmış infrastruktur imkan verir, biz qısa müddət ərzində lazım olan istehsalat sahələrinin təşkilində uğur qazana bilək. Təsadüfi deyil ki, bu istehsal müəssisəsi Sumqayıtda yerləşən Kimya Sənaye Parkının ərazisində təşkil edilib. Bu park mənim təşəbbüsümlə yaradılıb və artıq burada bir çox müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr bizim qeyri-neft iqtisadiyyatımıza da böyük töhfə verir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanda qısa müddətdə tibbi maska istehsalına başlanması xüsusi əhəmiyyət daşıyır. Tibbi maska istehsalı həm koronavirusla mübarizəyə mühüm töhfədir, həm də ölkəmizin bu sahədə asılılığını aradan qaldırır. Qısa müddət ərzində Azərbaycanda dezinfeksiya vasitələrinin istehsalı da təşkil edilib. Hazırda əsas məsələlərdən biri apteklərdə və digər ticarət yerlərində süni qiymət artımına yol verməməkdir.
Qeyd edək ki, müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək.
Mütəxəssislərin də bildirdikləri kimi, xəstəliyin erkən aşkarlanması pandemiyaya qarşı mübarizənin səmərəliliyini artırır. Azərbaycan da pandemiyaya qarşı mübarizədə müayinələrin aparılmasına, xəstəlik daşıyıcılarının erkən müəyyənləşdirilməsinə və onların müalicəsinin xüsusi şəraitdə həyata keçirilməsinə, karantin şərtlərinə ciddi əməl olunmasına xüsusi önəm verir. Məhz belə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində Azərbaycanda hazırda koronavirus xəstəliyinin yayılması geniş vüsət almayıb. Məlumat üçün bildirək ki, indiyədək Azərbaycanda 50 mindən artıq test keçirilib. Keçirilən testlərin sayına görə respublikamız dünyada aparıcı ölkələr sırasında yer alır.
Hazırda Azərbaycanda 20-dən çox xəstəxanada koronavirus xəstələri müalicə alırlar
Hazırda Azərbaycanda koronavirus xəstələrinin müalicə aldıqları xəstəxanaların sayı 20-ə çatır. Xəstələrin müayinə və müalicəsinə ölkəmizdəki ən müasir xəstəxanalar cəlb olunublar. Respublikamızda cəmi bir ay ərzində mindən çox çarpayılıq, ən müasir standartlara uyğun tibbi müəssisələr istifadəyə verilib. Əlamətdar haldır ki, həm Bakıda, həm də bölgələrdə açılan bu xəstəxanaların istifadəyə verilməsi mərasimlərində Prezident İlham Əliyev şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib. Bundan başqa, yaxın zamanlarda bir neçə bölgədə müasir xəstəxanaların yaradılması nəzərdə tutulur. Yeni texnologiyalar əsasında inşa ediləcək xəstəxanalar bütün lazımi avadanlıqla təchiz ediləcək.
Yeri gəlmişkən, Prezident İlham Əliyev 7 aprel 2020-ci il tarixində “Koronavirus pandemiyası ilə mübarizənin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sənədə əsasən, hər birində 200 çarpayı olan modul tipli 6 xəstəxananın quraşdırılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.66-cı bəndində göstərilmiş məbləğin 14,8 milyon (on dörd milyon səkkiz yüz min) manatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ayrılıb. Bəhs olunan modul tipli xəstəxanaların inşası koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə həyata keçirilir.
Ökəmizdə pandemiyaya qarşı mübarizə tədbirləri sırasında karantin qaydalarına ciddi əməl olunması da böyük önəm daşıyır. İndiyədək xaricdə yaşayan Azərbaycan vətəndaşlarının ölkəmizə gətirilməsi istiqamətində atılan operativ addımlar nəticəsində böyük nailiyyətlər əldə edilib. Bu günə qədər 15 minə yaxın Azərbaycan vətəndaşı xarici ölkələrdən təxliyə edilib və onların böyük əksəriyyəti karantinə yerləşdirilib. Hazırda 4500-ə yaxın insan Atletlər kəndində, Bakı şəhərində və bölgələrdə 4-5 ulduzlu otellərdə, istirahət zonalarında, bəzi dövlət qurumlarının istirahət mərkəzlərində karantin şəraitində yaşayırlar. Onlara gündəlik yemək verilir, müvafiq qaydada müayinədən keçirilirlər. Karantində olan insanların mütləq əksəriyyəti yaradılmış vəziyyətdən çox razıdır, onlar dövlətə və həkimlərə minnətdarlıqlarını bildirirlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16

