/ / Milli Məclisin deputatı Ağalar Vəliyev: Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin milli maraqlarını bütün mötəbər tədbirlərdə yüksək səviyyədə müdafiə edir
Milli Məclisin deputatı Ağalar Vəliyev: Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin milli maraqlarını bütün mötəbər tədbirlərdə yüksək səviyyədə müdafiə edir
22.06.2020 [23:21]
“Bu günlərdə Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrininvideokonfrans formatında keçirilən Sammiti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqi ilə yadda qaldı”. Bu fikri Milli Məclisin deputatı Ağalar Vəliyev deyib.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri ilə əməkdaşlıq Azərbaycan dövlətinin xarici siyasətinin əsas prioritetlərindən birini təşkil edir və ölkəmiz Şərq tərəfdaşlığı üçün həyati əhəmiyyət daşıyan mühüm strateji mərkəzdir: “Təsadüfi deyil ki, Azərbaycanla Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Dövlət başçısınınSammitdə vurğuladığı kimi, hazırda Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinə dair danışıqlar yekun mərhələsindədir və sazişin mətninin 90 faizi artıq razılaşdırılıb. Ona görə də belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır və yaxın zamanda ölkəmiz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz edəcək:“Bir sözlə, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gözəl perspektivləri var. 2009-cu ildə əsası qoyulan “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində iqtiadiyyatın ən müxtəlif sahələrində əməkdaşlıq yaradılıb və uğurlu nəticələrə imza atılıb. Ötən 11 il ərzində təşkilat dövlətimizin iqtisadiyyatına böyük həcmdə sərmayələr yatırıb və ölkəmizin əsas ticarət tərəfdaşı olub”.
“Eyni zamanda, Azərbaycan Şərq Tərəfdaşlığı proqramının 6 üzv ölkəsinin içərisində Avropa İttifaqı ilə həyata keçirilən tvinninq layihələrinin sayına görə lider mövqeyində dayanır. Bu da onu göstərir ki, Avropa İttifaqı ilə Azərbaycan arasında sıx münasibətlər qurulub və Şərq Tərəfdaşlığı çərçivəsində ölkəmiz qurumla əməkdaşlıqda yüksək nailiyyətlər qazanıb”,-deyən deputat əlavə edib ki, işğal faktınavə humanitar fəlakətə baxmayaraq, Azərbaycanın son 16 ildə davamlı sosial-iqtisadi inkişafı təmin olunub, ümumi daxili məhsulumuz 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib.
Millət vəkili qeyd edib ki, bu illər ərzində ticarətimizin təqribən 50 faizi əsas tərəfdaş kimi Avropa İttifaqına üzv olan dövlətlərin payına düşüb:“15 ilə yaxındır ki, Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Yaxın zamanda biz Avropa İttifaqının üzv dövlətlərini təbii qazla təchiz etməyə başlayacağıq”.
“Təbiidir ki, Avropada enerji əməkdaşlığı, təhlükəsizliyi və şaxələndirməsi layihəsi kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin İttifaq bazarlarına inteqrasiya olunacaq 3500 kilometrlik boru kəmərinin təşəbbüskarı və maliyyə təminatçısı ölkəmiz olub. Son ayların qlobal reallığı olan koronavirus pandemiyasına qarşı dövlət başçısının bilavasitə rəhbərliyi altında ölkəmizdə görülmüş tədbirlər vəziyyəti nəzarətdə saxlamağa və itkiləri minimum səviyyəyə endirməyə imkan verib. Ümumdünya Səhiyyə Təşkilatı koronavirusla mübarizədə Azərbaycanı nümunəvi ölkə adlandırıb. Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin yekdil qərarı ilə 2019-cu ildə təşkilata sədr seçilən Azərbaycan bu il mayın 4-də Hərəkatın COVID-19-a həsr edilmiş onlayn formatda Zirvə görüşünü təşkil edib”,-deyə millət vəkili Ağalar Vəliyev deyib bildirib.
O vurğulayıb ki, bir sıra mötəbər beynəlxalq tədbirlərdə olduğu kimi, cənab Prezident sözügedən Sammitdə də Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalının davam etdirdiyini və onun etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini bir daha bəyan edib: “BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb etsə də işğalçı ölkə bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Ölkə rəhbərinin təbirincə ifadə etsək, danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksinə olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır”.
Deputat əlavə edib ki, dünya birliyi, Azərbaycan və Ermənistan ictimaiyyəti Şərq Tərəfdaşlığı ölkələrinin Sammitində Nikol Paşinyanın növbəti dəfə özünü biabır etməsinin şahidi olub:“Ermənistan baş nazirinin çıxışı və davranışları bir daha göstərdi ki, o siyasətdə naşı bir adamdır. Hər kəs aydın şəkildə görürdü ki, Paşinyanın populist çıxışı Ermənistandakı vəziyyət nəzərə alınaraq daxili auditoriyaya hesablanıb. Lakin siyasi və diplomatik bacarığı olmadığı üçün kobud səhvlərə yol verirdi. Əvvəla onun tədbirdəki çıxışı Paşinyanın dil biliyinin bərbad olduğunu göstərirdi. O, qabaqcadan hazırlanan çıxışını ingilis dilində oxusa da, növbəti fikirlərini erməni dilində ifadə eləməyə çalışdı. Ermənistan baş naziri Sammitdə çıxışı zamanı ingilis dilində kağızdan oxuyarkən beynəlxalq aləmdə qəbul olunan “Naqornıy Karabagh” sözünü işlədir, halbuki ermənicə çıxışında “Artsax” sözünü dilə gətirir”.
“Bu epizodlar bir daha sübut edirki, Ermənistan dünyanın 30-a yaxın ölkəsinə, 3 beynəlxalq təşkilatına yardım edən, Avropa İttifaqının rəhbərliyi tərəfindən ciddi tərəfdaş kimi qəbul edilən Azərbaycanla müqayisədə zəif və acizdir. Paşinyan replika atdığı zaman isə özünü və erməni təbliğatını tamamilə ifşa etmiş oldu. Onun Ramil Səfərovla bağlı məsələdə diqqəti yayındırmaq cəhdi də puça çıxdı. Bununla da Paşinyan beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətinə düşdü və özünü biabır etdi”,-deyə deputat söyləyib.
Millət vəkili Ağalar Vəliyev vurğulayıb ki, Şərq Tərəfdaşlığı ölkələrinin Sammiti Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarını və ədalətli mövqeyini bütün mötəbər tədbirlərdə yüksək səviyyədə müdafiə etdiyini bir daha nümayiş etdirdi.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

