Rusiyanın Ermənistanı silahlandırması mövcud status-kvonun saxlanmasına xidmət edir
18.08.2020 [08:48]
Ekspertlər hesab edirlər ki, bu ölkənin işğalçı dövləti silah-sursatla təchiz etməsi, ilk növbədə, onun ATƏT-in Minsk qrupunun həmsədri statusuna uyğun gəlmir
Məlum olduğu kimi, ölkəmizin xarici siyasəti milli maraqlar üzərində qurulub və Prezidenti İlham Əliyev beynəlxalq arenada Azərbaycanın milli maraqlarını qətiyyətlə və xüsusi prinsipiallıqla müdafiə edir. Belə ki, milli maraqlarla əlaqədar bütün strateji məsələlər dövlət başçısının xüsusi nəzarətindədir, istənilən ölkənin və beynəlxalq qurumun qarşısında qaldırılır, onların həllinə nail olunur. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə xüsusi həssaslıqla yanaşan Prezident İlham Əliyev Azərbaycanın tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini ortaya qoyur. Lakin Tovuz istiqamətində baş verən təxribat bir daha təsdiqləyir ki, işğalçı Ermənistan münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupu formatında aparılan danışıqların substantiv nəticələrə istiqamətləndirilməsində maraqlı deyil.
Bu məqamda qeyd edək ki, avqustun 12-də Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı iyulun 12-16-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni silahlı qüvvələrinin törətdiyi təxribat da müzakirə edilib. Eyni zamanda, dövlət başçısı iyulun 17-dən bu günə qədər Rusiyadan Ermənistana hərbi təyinatlı yüklərin daşınmasının intensiv xarakter almasının Azərbaycan ictimaiyyətində narahatlıq və ciddi suallar doğurduğunu Rusiya Prezidentinin diqqətinə çatdırıb.
Məsələ ilə bağlı Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr, mədəniyyətlərarası dialoq və inteqrasiya komissiyasının katibi Elman Nəsirov deyib ki, Rusiya işğalçı dövlətin Tovuz rayonu istiqamətində təxribatından sonra Qazaxıstan, Türkmənistan və İranın hava məkanından istifadə etməklə Ermənistana 400 ton hərbi təyinatlı yük göndərib. Bu addım regionda sülhə və təhlükəsizliyə nəinki xidmət etmir, əksinə, çox təhlükəli vəziyyət yaradır. Onun sözlərinə görə, Rusiyanın işğalçını silah-sursatla təchiz etməsi, ilk növbədə, onun ATƏT-in Minsk qrupunun həmsədri statusuna uyğun gəlmir: “Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi bitərəf mövqedə dayanmalıdır. Eyni zamanda, bütün dünya kimi Rusiya da Ermənistanın işğalçı olduğunu bilir. Amma bununla belə Ermənistana bu silahlar kredit və ya başqa adlar altında hədiyyə edilir”.
E.Nəsirov qeyd edib ki, təcavüzkara silah satmaq onu şirnikləndirir: “Rusiyanın bu addımı regionda gərginliyi artırır. Bu, faktiki olaraq regionda müharibə vəziyyətinə “yaşıl işıq” yandırmaq deməkdir. Hesab edirəm ki, Prezident İlham Əliyevin rusiyalı həmkarı ilə telefon danışığında bu məsələni gündəmə gətirməsi çox böyük siyasi məna və əhəmiyyət kəsb edir”.
“Faktlar təsdiq edir ki, Rusiyanın Ermənistanı silahlandırmasını davam etdirməsi işğalçı ölkəyə dəstəkdir, bu da öz növbəsində münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həllinə imkan vermir, mövcud status-kvonun saxlanmasına xidmət edir”.
Bu fikirləri isə Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, Rusiyanın təcavüzkar Ermənistanı silahla təmin etməsi cəmiyyətimizdə böyük narahatlıq doğurdu: “Rusiyanın ardıcıl şəkildə Ermənistanı silahlandırması onun ATƏT-in Minsk qrupunun həmsədri statusuna, üzərinə düşən öhdəliklərə və 2009-cu il iyulun 10-da ABŞ, Rusiya və Fransa prezidentlərinin “Böyük səkkizlik”-in İtaliyanın Akvil şəhərində keçirilən toplantısı çərçivəsində imzalanan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı birgə bəyanatda və 2010-cu il iyunun 26-da ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransa prezidentlərinin Kanadanın Muskok şəhərində qəbul etdikləri birgə bəyanatda əksini tapmış mövcud status-kvonun qəbuledilməzliyi prinsipinə ziddir”.
Millət vəkili bildirib ki, münaqişənin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətinə də yenidən baxılmalıdır. “Ermənistanın dəfələrlə atəşkəs rejiminin pozduğunun şahidi olan və bununla bağlı heç bir tədbir görməyən, “fəaliyyət”i isə sadəcə kağız üzərində olan ATƏT Minsk qrupu təcili və mütləq buraxılmalıdır. Eyni zamanda, Türkiyə həmsədr ölkə qismində prosesə cəlb edilməlidir”, - deyə Milli Məclisin deputatı əlavə edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

