/ / Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib
15.09.2020 [08:59]
Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Səməd Seyidov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatlara təbriklərini çatdırıb, VI çağırış dövründə parlamentdə aparılan islahatları təqdir edib.
S.Seyidov Milli Məclisin Sədri Sahibə Qafarovanın ilk rəsmi səfərinin uğurla başa çatdığını bildirib. Vurğulayıb ki, Spiker Azərbaycanda mövcud olan ənənəyə əsasən, ilk rəsmi səfərinə Türkiyədən başlayıb. Sahibə Qafarovanın qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop, nazirlər və bir sıra digər rəsmilər ilə görüşləri göstərdi ki, Azərbaycan-Türkiyə əlaqələri ən yüksək müstəvidədir.
Sonra iclasın gündəliyi barədə məlumat verən S.Seyidov əvvəlcə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. Bildirib ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 22 məsələyə baxılıb, onlardan 20-si Milli Məclisin müzakirəsinə tövsiyə olunub. Həmin məsələlər arasında qardaş Türkiyə ilə, Bolqarıstan, İtaliya, Türkmənistan və digər ölkələrlə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edən sazişləri xüsusi vurğulamaq olar.
S.Seyidov qeyd edib ki, sessiyalar dövründə komitə üzvləri parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində böyük fəallıqla çalışıblar. Baş verən ictimai-siyasi proseslərlə, iyul ayında Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti təxribatla əlaqədar həm ölkə mətbuatında, həm də xarici mətbuatda hadisələrin mahiyyətini açıb göstərən məqalələrlə çıxış ediblər. Sosial şəbəkələrdə mühüm məlumatlar yerləşdiriblər; beynəlxalq təşkilatlarla, xarici ölkələrin parlamentarları ilə zəruri yazışmalar apararaq Tovuz rayonundakı sərhəddə ermənilərin təxribatçı hücumlarının əsl mahiyyətini açıqlayıblar. Təsadüfi deyil ki, yaz və növbədənkənar sessiyalar dövründə komitəyə 2429 müraciət daxil olub və onların hamısı cavablandırılıb.
Pandemiya şəraitinə baxmayaraq, komitə üzvləri seçicilərlə müntəzəm əlaqə saxlayıb, görüşlər keçiriblər. COVID-19-la əlaqədar yaranmış vəziyyətdə yerlərə səfər edərək daim seçicilərin yanında olub, maarifləndirmə işləri aparıb, lazımi kömək göstəriblər.
Məlumat dinlənildikdən sonra deputatlar hesabatı məqbul sayıblar və komitənin 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planını təsdiqləyiblər.
Sonra komitə sədri “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əqli mülkiyyət obyektlərinə hüquqların qorunması sahəsində gömrük orqanlarının qarşılıqlı fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini şərh edib. Deputatlar bu qanun layihəsini də plenar iclasa tövsiyə ediblər.
Komitənin iclasında cari məsələlərə baxılıb. Aparılan fikir mübadiləsi zamanı komitənin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Asim Mollazadə, Elman Nəsirov, Kamran Bayramov, Rasim Musabəyov, Sabir Rüstəmxanlı, Sevil Mikayılova, Tural Gəncəliyev, Nəsib Məhəməliyev, Ramil Həsən, Ramin Məmmədov və Sahib Alıyev beynəlxalq təşkilatlarla münasibətlərin daha səmərəli qurulması, xaricdə yaşayan azərbaycanlılarla sıx əlaqələrin yaradılması, Ermənistanın işğalçılıq niyyətlərinin və əməllərinin beynəlxalq miqyasda ifşa edilməsi, Livan ermənilərinin qeyri-qanuni olaraq Dağlıq Qarabağa köçürülməsinin və məskunlaşdırılmasının qarşısının alınması və sair aktual məsələlərə dair rəy və təkliflərini bildiriblər.
İclasda müzakirə edilən məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37

