/ / Qarabağ Dirçəliş Fondunda Türkiyə Bələdiyyələr Birliyini təmsil edən nümayəndə heyəti ilə görüş olub
Qarabağ Dirçəliş Fondunda Türkiyə Bələdiyyələr Birliyini təmsil edən nümayəndə heyəti ilə görüş olub
04.09.2021 [08:40]
Sentyabrın 3-də Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Türkiyə Bələdiyyələr Birliyinin xətti ilə ölkəmizə səfərə gələn Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngörün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fondun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, millət vəkili Fatma Yıldırım da iştirak edib.
Qonaqları salamlayan Rəhman Hacıyev ilk olaraq Qarabağ Dirçəliş Fondunun yaradılmasının əsas məqsəd və vəzifələri, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərlik etdiyi müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin əhəmiyyəti və xalqımızın qarşısında dayanan yeni çağırışlar barədə ətraflı məlumat verib.
Görüş zamanı nümayəndə heyətinin başçısı Hayrettin Güngör qardaş ölkəyə səfərindən məmnunluğunu ifadə edərək, Qarabağ Dirçəliş Fondu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirmək niyyətində olduqları bir sıra layihə təklifləri irəli sürüb.
İki qardaş ölkə arasında olan birliyin bütün dünyaya səs saldığını ifadə edən millət vəkili Fatma Yıldırım birgə əməkdaşlıq ideyasını yüksək qiymətləndirib.
Tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlara dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film və ideya müəllifi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın olduğu “Karabakh.Center” saytının təqdimat videosu nümayiş edilib.
Sonda Türkiyə Bələdiyyələr Birliyinin nümayəndələri tərəfindən xatirə hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxElanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14
Dünya
22 Sentyabr 23:34
İqtisadiyyat
22 Sentyabr 23:12
Dünya
22 Sentyabr 22:53
Dünya
22 Sentyabr 22:19
Dünya
22 Sentyabr 21:42
Dünya
22 Sentyabr 21:15
Sosial
22 Sentyabr 20:58
Dünya
22 Sentyabr 20:21
İqtisadiyyat
22 Sentyabr 20:18
Elm
22 Sentyabr 20:17
Elm
22 Sentyabr 20:12
Dünya
22 Sentyabr 19:45
YAP xəbərləri
22 Sentyabr 19:37

