Baydenə sanksiyalar nəyi dəyişəcək?
17.03.2022 [10:27]
Mübariz ABDULLAYEV
Rusiya ilə Ukrayna arasında müharibə yalnız döyüş meydanlarında getmir. Proseslərə diqqət yetirdikdə aydın şəkildə görünür ki, müharibə, eyni zamanda, iqtisadiyyatda və digər müstəvilərdə aparılır. Bu kontekstdə sanksiyaların tətbiqini də xüsusi vurğulamaq lazımdır.
Sanksiyalara qarşı sanksiyalar
Sanksiyalar ilk öncə Avropa İttifaqı ölkələrindən və ABŞ-dan Rusiyaya qarşı gəldi. Birinci mərhələdə sırf iqtisadi məzmun daşıyan sanksiyalar Ukraynaya qarşı müharibəyə başlayan Rusiyanın iqtisadiyyatını, o cümlədən də hərbi sənayesini zəiflətmək, maliyyə sisteminə zərbələr vurmaq idi. Xüsusilə Rusiya banklarının beynəlxalq SWİFT sistemindən kənarlaşdırılması, aktivlərin dondurulması, karbohidrogen resurslarının idxalına embarqonun qoyulması, dollarla əməliyyatların aparılmasının qadağan edilməsi və bu kimi məqamlar Rusiyanın manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırıb. Artıq sözügedən dövlətlərdən Rusiyaya qarşı sanksiyaların 4-cü paketi reallaşdırılır. Eyni zamanda, yeni sanksiyalar paketinin tətbiqi ilə bağlı müzakirələr aparılmaqdadır. Sanksiyalar, həmçinin bir sıra yüksək səviyyəli Rusiya rəsmilərinin Qərb ölkələrinə və ABŞ-a səfərlərinin qadağan olunmasını özündə ehtiva edir.
Rusiya da ona qarşı tətbiq olunan sanksiyalara elə sanksiyalarla cavab vermək qərarına gəlib. Moskvada elan olunan sanksiyalar paketində ABŞ-ın bir sıra yüksəksəviyyəli rəsmilərinin Rusiyaya səfərlərinə qadağalar qoyulması xüsusi yer tutur. ABŞ-a münasibətdə nəzərdə tutulan sanksiyaların siyahısına bu ölkənin 13 rəsmisinin adı daxil edilib. ABŞ Prezidenti Co Baydenin başçılıq etdiyi siyahıda dövlət katibinin, prezidentin milli təhlükəsizlik üzrə köməkçisinin, Ağ evin mətbuat katibinin, mərkəzi kəşfiyyat idarəsinin, Pentaqonun rəhbərlərinin, idxal-ixrac bankının prezidentinin, beynəlxalq inkişaf agentliyinin direktorunun və digərlərinin adları daxildir. Hətta ABŞ prezidentinin oğlu Xanter Bayden və bu ölkənin sabiq dövlət katibi Hillari Klinton da “qara siyahı”ya düşən şəxslər sırasında yer alırlar.
Rusiya ona qarşı sanksiyaların tətbiq olunmasında fəallıq göstərən Kanada rəsmilərini də yaddan çıxartmayıb. Sanksiyalara əsasən, Kanadanın baş naziri Castin Tryudonun Rusiyaya səfərə gəlməsi qadağan olunub. Bu qadağa, eyni zamanda, ölkənin xarici işlər və müdafiə nazirləri Melani Coliyə və Anita Ananda da tətbiq olunacaq. Bundan başqa, parlament üzvlərinin böyük çoxluğu da, bütövlükdə 313 nəfər sanksiyalar altında olacaq. Rusiyanın Xarici İşlər Nazirliyindən bildirilib ki, sözügedən sanksiyalar ABŞ administrasiyasının rusofob kursuna cavab olaraq məcburi qaydada atılan addımdır.
ABŞ: “vecimizə də deyil”
ABŞ-da Rusiyanın elan etdiyi sanksiyalara cavab özünü çox gözlətməyib - okeanın o tayından bir növ “vecimizə də deyil” cavabı gəlib. Ağ evin mətbuat katibi Cen Psaki keçirdiyi brifinqdə bəyan edib ki, Rusiyanın ABŞ-ın vəzifəli şəxslərinə qarşı tətbiq etdiyi sanksiyalar onların gündəlik həyatına heç bir təsir göstərməyəcək. “Bizlərdən heç kim Rusiyaya turist səfərlərinə getməyi planlaşdırmır. Heç birimizin də Rusiyada bank hesabımız yoxdur ki, sanksiyalar səbəbindən onlara çıxış imkanımız olmasın. Beləliklə, biz sadəcə irəliyə doğru getməkdə davam edəcəyik”, - deyə o vurğulayıb.
C.Psaki rişxəndlə onu da bildirib ki, Rusiyanın bəhs olunan sanksiyaları əslində ABŞ-ın indiki prezidentinə aid deyil. ABŞ prezidenti kiçik Baydendir (onun tam adı Cozef Robinet Baydendir). Ehtimal etmək olar ki, bu sanksiyalar daha çox kiçik Baydenin atasına aiddir. Belə görünür ki, Rusiyada sanksiyaları hazırlayanlar və ona imza atanlar bu kimi incə məqamları unudublar.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

