Siyasi gerizəkalılıq sindromu şiddətlənir
18.03.2022 [10:51]
Ambisiyalılıq, qərəzlilik və savadsızlıq birləşdikdə
Siyasət özünü “müxalifət” adlandıran autsayderlərin primitiv düşüncələrindən ibarət deyil və ya bəsit təfəkkür ilə idarə olunmur
Nurlan QƏLƏNDƏRLİ
Rusiya-Ukrayna müharibəsi regionda geosiyasi zəlzələ effekti yaradıb. Şərait mürəkkəb, vəziyyət isə qeyri-müəyyəndir. Problem müxtəlif səviyyələrdə müzakirə olunur. Qarşıdurma tərəfləri ilə yanaşı, ayrı-ayrı ölkələrin rəsmiləri, siyasətçilər, beynəlxalq təşkilat nümayəndələri və digər şəxslər müxtəlif bəyanatlar verir, fikirlər səsləndirirlər. Diqqəti cəlb edən əsas məqamlardan biri ayrı-ayrı dövlətlərin rəhbərlərinin, rəsmi nümayəndələrinin Prezident İlham Əliyev ilə bu məsələ ətrafında müzakirə aparmalarıdır. Son olaraq martın 15-də ABŞ dövlət katibi Entoni Blinkenin Prezident İlham Əliyevə zəngi zamanı regional təhlükəsizlik məsələləri də müzakirə edilib.
Bütün bunlar Cənubi Qafqazın lider dövlətinin Liderinin - Azərbaycan Prezidentinin fikir, rəy və mövqeyinin xüsusi nəzərə alındığını - əsas götürüldüyünü bir daha təsdiqləyir. Digər tərəfdən, ölkələrin rəhbərlərinin mükəmməl geosiyasət bilicisi, təcrübəli siyasətçi və dövlət xadimi olan İlham Əliyev ilə bu məsələlər ətrafında müzakirələr aparması Azərbaycanın regionun geosiyasi gündəliyini formalaşdıran əsas qüvvələrdən biri olduğunu göstərir. Yeri gəlmişkən, Fransanın CAUSER nəşrində dərc olunan məqalədə qeyd edilir ki, Ukraynadakı vəziyyət fonunda Avropa liderləri bir-birinin ardınca Prezident İlham Əliyevə müraciət edir.
İntensiv diplomatik trafikin müşahidə edildiyi, fikir mübadilələrinin aparıldığı, dünya mətbuatının prosesləri diqqət mərkəzində saxladığı və gün ərzində onlarla informasiya verildiyi şəraitdə bəzi siyasi autsayderlər öz “fərq”lərini ortaya qoyurlar. Söhbət siyasətin kənarında qalmış - tozlu rəflərə qaldırılmış, yaxud tarixin arxivinə yollanmış radikal düşərgənin “parlaq sima”larının “analitik” yanaşmalarından gedir. Bir zamanlar virtual ictimai-siyasi gündəmi məişət problemləri ilə məşğul etmiş və bu gün də siyasi prosesləri məişət səviyyəsində “təhlil edən” Fuad Qəhrəmanlının, Əli Kərimlinin “yazan əli” Seymur Həzinin, “erməni lobbisindən nə qopartsam, QƏNİMƏTDİR” deyib qrant uğrunda mübarizə aparan Qənimət Zahidin, canlı yayımda Anna Akopyan duruşu və baxışı ilə Azərbaycanı hədəfə almağa çalışan Sevinc Osmanqızının və digərlərinin canfəşanlığı xüsusilə diqqəti cəlb edir.
Bəhs olunan virtual şoumenlər guya Azərbaycana təzyiq göstərilməsi görüntüsünü yaratmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Məsələn, Blinkenin İlham Əliyevə zəngini “şərh etmək” adı altında absurd fikirlər səsləndirirlər. Gah əlaqəsiz olaraq “demokratiyaya hörmət”dən danışırlar, gah da telefon danışığı zamanı müzakirə mövzusu olmayan məsələləri ortaya atırlar (əslində, dezinformasiya yayırlar).
Fuad Qəhrəmanlı “Ermənistanın Azərbaycana qarşı hərbi-siyasi təxribatı” ifadəsini yazmağa cəsarət etmədiyindən “atəşkəsin pozulması” deyir. Əlbəttə, bu, təəccüblü deyil. Çünki internet resurslarında, elə onun özünün feysbuk səhifəsində kiçik və qısa monitorinq aparmaq yetərlidir ki, F.Qəhrəmanlının indiyə qədər bir dəfə də Ermənistanı təxribatçı əməllərinə görə qınamadığına şahidlik edəsən... Digər tərəfdən, o, ABŞ ilə Rusiya arasında mübarizədə “demokratiya” amilindən bəhs edir. Amma anlamır ki, məsələnin demokratiya ilə heç bir əlaqəsi yoxdur, söhbət ərazi bütövlüyünün, təhlükəsizliyin və mənafelərin qorunmasından gedir. Siyasətin əlifbası ilə tanış - anlayışlardan xəbərdar olan istənilən şəxs geosiyasi məsələləri belə primitiv səviyyədə anlamaz və anlatmaz. Bu, özünü hakimiyyətə iddialı göstərən bir qrupun hansı səviyyədə olduğunu təsdiqləyən faktdır...
Seymur Həzi isə ABŞ-ın Azərbaycana təşəkkür etməsinə də anti-Azərbaycan məzmunu verməyə çalışaraq “Təşəkkür dövlət başçısına deyil, Azərbaycana ünvanlanıb” deyib. Burada qərəzlilik ilə yanaşı, savadsızlıq, hətta siyasi cahillik də özünü göstərir. “Həftə səkkiz, mən doqquz” prinsipi ilə internet televiziyalarında moizələr oxuyan, beynəlxalq münasibətlərdən, Qərb siyasi mədəniyyətindən danışan bu şəxsin siyasətdən zərrə qədər anlayışı yoxdur. Belə olmasaydı, o, dövlət başçısının timsalında və fəaliyyəti fonunda ölkəyə təşəkkür ünvanlandığından xəbərdar olardı. Azərbaycana təşəkkür etmək elə Prezidentə və xalqa minnətdarlıq bildirməkdir. Bu, diplomatik etiket, siyasi ənənədir. S.Həzi kimilər isə öz “ənənə”lərinə sadiqdirlər... Bununla yanaşı, o, guya “sensasion” fikir səsləndirərək hakimiyyətin İlham Əliyev və Blinken arasındakı telefon danışığı haqqında susqun?uq nümayiş etdirdiyini, rəsmi dövlət agentliyinin bu barədə məlumat vermədiyini söyləyib. Görünən odur ki, özünü “ictimai-siyasi fəal” kimi göstərən, “mətbuat katibi” adı altında Əli Kərimlinin mirzəliyini edən bu şəxsin nəinki dünyadan, heç yerli mediadan da xəbəri yoxdur...
Bu cür “nümunə”lərin sayı çox, faktlar isə istənilən qədərdir. Reallıq budur ki, özlərindən başqa kimsəni bəyənməyən, ac toyuğun yuxusunda darı gördüyü kimi xəyallarında özlərini hakimiyyət olimpində təsvir edən belələri hələ də siyasət haqqında yetkin təsəvvürə malik deyillər - ibtidai düşüncədən əl çəkə bilməyiblər. Anlamırlar ki, siyasət onların primitiv düşüncələrindən ibarət deyil və ya bəsit təfəkkür ilə idarə olunmur... Ambisiyalılıq, qərəzlilik və savadsızlıq birləşdikdə isə siyasi gerizəkalılıq sindromu özünü aşkar surətdə göstərir - şiddətlənir!
Xəbər lenti
Hamısına baxGündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52

