Holokost qurbanları...
27.01.2023 [10:43]
27 yanvar bu bəşəri faciənin beynəlxalq anım günüdür
27 yanvar tarixi dünyanın ən böyük soyqırımlarından sayılan Holokostun anım günüdür. 1945-ci ilin bu günü SSSR ordu generalı Pavel Kurotçkin tabeliyində olan 60-cı Ordu nasistlərin ən böyük ölüm düşərgələrindən sayılan Osvensim-ə daxil olaraq sağ qalanları xilas etdi. Holokost (yunanca: holokauston), “holos” (bütün) və “kaustos” (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir - Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) - Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən addır. Bu qətliamda yəhudilər başda olmaqla sintlər, romanlar və digər “qaraçı” kimi qəbul edilən insanlar, faşizm əleyhdarı olan almanlar, əlillər, homoseksuallar və döyüş əsirləri bu qətliamın qurbanı olmuşlar. Faşistlər Holokostu “yəhudi probleminə son həll” olaraq görürdülər. Bütün Holokost qurbanları hesaba alınarsa, həyatını itirənlərin sayı 17 milyon nəfərə qədər qalxa bilər.
Öldürülməsi planlaşdırılan Avropa yəhudilərinin sayı 11 milyon idi
Bu insanların öldürülmə səbəbləri isə faşizm dövründə son həddə çatmış yəhudilərə nifrətin və faşizm irqçiliyinə görə “yaşamaq haqqı olmayan aşağı irqlər” olaraq görülmələri idi. 1933-cü il 1 aprel tarixində Adolf Hitler alman xalqını yəhudi dükanlarına qarşı boykota dəvət edib. Bu boykot yəhudi dükanlarının sökülməsi, qarət edilməsi və sahiblərinin döyülməsi ilə nəticələnib. 1935-ci ildə yəhudilərin həkimlik, əczaçılıq, əsgərlik və bir çox işlərdə çalışması qadağan edilib. 15 sentyabr 1935-ci il tarixində qəbul olunan “Nurnberg qanunları”na görə ali irqdən olmayanlar “aşağı sinif” insanlardır və onlarla ailə qurmaq yasaqlanıb. 1936-cı ildə Berlində keçirilən olimpiya oyunları ilə dünyanın diqqətinin Almaniyaya yönəlməsi sayəsində bir müddət yəhudilərə nifrət, antisemitizm tətbiqetmələri arxa planda qalır. Amma 1938-ci ildən etibarən antisemitizm əvvəlkindən daha şiddətli şəkildə geri dönür. 1938-ci ilin yanvarından etibarən yəhudilərin yalnız yəhudi adlarından və soyadlarından istifadə etməsi haqqında yeni qayda qəbul olunub. 1 sentyabr 1939-cu ildə yəhudi soyqırımına start verilib. 20 yanvar 1942-ci ildə isə Adolf Eichmann tərəfindən idarə olunan yüksək dövlət məmurlarının Yəhudi probleminin son həllinin təşkil edilməsinin detallarının müzakirə olunduğu Wannsee Konfransı reallaşdı. Bu protokola görə öldürülmələri planlaşdırılan Avropa yəhudilərinin sayı 11 milyon idi. İlk ölüm düşərgələri 1933-cü ildən Daxauda inşa edildi. Daha sonra isə siyahıya Auschwitz-Birkenau (1941), Chelmno (ya da Kulmhof) (1941), Varşava (1942), Lublin (1942), Belzec Lublin yaxınlığında düşərgə (1942) əlavə edildi.
6 milyon günahsız insan qətl edildi...
Faşizm dövründən qalma Holokostun layihə şəklini sübut edən yazılı sənədlərin sayı çox azdır. Bununla əlaqədar olaraq faşizm rəhbərliyinin gələcəyə sübut saxlamamaq üçün sənədləri şüurlu olaraq yox etdikləri barədə məlumatlar da var. Holokostun layihə şəkli dövlət sirri olaraq dəyərləndirilirdi və Holokostu hazırlayan rəhbərlik bu işdə əli olan digər insanlara bu mövzunu çölə çıxarmamaq əmri vermişdi. Yəni Holokostu hazırlayanlar etdiklərinin insanlıqdan kənar olduğunu dərk edirdilər. Holokost qurbanlarının sayı uzun zaman ancaq təxmin edilmişdi. Nürnberg məhkəməsi 1946-cı ildə öldürülən yəhudilərin sayını ilk dəfə olaraq 6 milyon nəfər göstərmişdi. 1990-cı ildən bu zamana qədər bilinməyən sənədlərlə dolu Sovet arxivləri tarixçilərə daha çox məlumatlar verdi. Bu arxivlərdə düşərgələrə köçürülənlərin siyahısı, sürgün üçün istifadə olunan qatarların planları və yəhudilərin Holokostdan əvvəlki sayını ehtiva edən sənədlər vardı. Bu sənədlərin köməyi ilə öldürülənlərin sayları təkrar hesablanmış və məsələn, Auschwitz ölüm düşərgəsində 1,1 milyondan daha az yəhudi öldürüldüyü ortaya çıxmışdı. Digər ölkələrdə də ölənlərin sayları daha dəqiq olaraq hesablandı.
Xocalı faciəsinin mahiyyəti Holokostla eynidir
Holokost qurbanlarının xatirəsi hər il bütün dünyada qeyd edilir, anılır. Bu dəhşətli qətliam dünya üçün bir siqnaldır - irqi ayrı-seçkilik, yalnız bir din və ya bir millətə məxsus olduğu səbəbilə bu kimi dəhşətli bir soyqırımın həyata keçirilməsi yolverilməzdir. Təəssüf ki, Holokost bu mənada son faciə olmadı. XX əsrin sonunda ermənilərin Xocalı şəhərində həyata keçirdiyi soyqırımı faktı da Holokostun təkrarı idi. Yalnız azərbaycanlı olduğu üçün öldürülən 613 nəfər dinc insanın 63 nəfəri uşaq, 106-sı qadın, 70-i isə qocalar idi. Bir neçə saatın içində milli zəmində amansızlıqla qətlə yetirilən bu şəxslərlə yanaşı, 487 nəfəri ağır xəsarətlərə məruz qoyuldu, 1275 nəfəri isə girov götürüldü. Ermənilər qaniçənlikdə vaxtilə dünyanı lərzəyə salmış faşizmi də geridə qoyduqlarını nümayiş etdirdilər. Beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə ən müxtəlif konvensiyaları ayaq altına atan erməni hərbi birləşmələri insanları qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atdılar. Şahidlərin təsdiqlədiyinə görə həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək olan uşaqlar, ahıl qocalar güllələnib, insanların başlarının dərisi soyulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb, hamilə qadınların qarınları yarılıb, adamlar diri-diri torpağa basdırılıb və ya yandırılıb. Güllə yarasından ölməyənlərin başlarına sonradan güllə vurulub, meyitlər zorakılığa məruz qalıb.
Holokost bir millətin deyil, bəşəriyyətin faciəsidir
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Anatoliy Rafailov Holokostu dünya tarixinin ən faciəvi səhifələrindən biri kimi qiymətləndirib. O bildirib ki, faşizmin girdabında milyonlarla yəhudi antisemitizmə qurban gedib. Millət vəkili qeyd edib ki, dünya birliyi, beynəlxalq aləm 27 yanvar tarixini - Holokost qurbanlarının anım tarixini qeyd etməklə bir daha buna öz etirazlarını dilə gətirirlər: “Tarixdə bu kimi faciələr az yaşanıb. Holokost bir millətin deyil, bəşəriyyətin faciəsidir. Həmin dövrdə Avropada yaşayan yəhudilərin məruz qaldıqları irqi ayrı-seçkiliklər, antisemitizm, soyqırımı dünya tarixinə qara hərflərlə həkk olunub. Bu gün bütün dünya, hər birimiz əl-ələ verməli və bəşəriyyətin işıqlı və sağlam gələcəyi üçün çalışmalıyıq. Bəşəri mənəvi dəyərlər dünyaya hakim olmalıdır - müharibələr bitməli, silahlı qarşıdurmalar sona yetməlidir. Bunun üçün hər kəs səfərbər olmalıdır. Çünki tarixdə nəticə çıxarılası böyük faciələrə rast gəlinib ki, onlardan biri də məhz Holokost faciəsidir”.
Millət vəkili qeyd edib ki, yəhudi xalqına hər zaman Azərbaycanda münasibət yüksək tolerantlıqla müşahidə olunub. Dostluq və qardaşlıq müstəvisində birgəyaşayış, multikultural həyat yəhudilərin Azərbaycanda dinc həyat sürməsinə şərait yaradıb. “Yəhudi icması hər zaman Azərbaycanın milli maraqlarının qorunması, sülhün və stabilliyin əldə olunması üçün çalışıb. Azərbaycan xalqı yəhudi icmasının tarixən yaşadığı çətin anlarını yaxşı başa düşür. Çünki onların da tarixində bu kimi soyqırımlar olub. Buna ən böyük misal Xocalı soyqırımıdır. Biz hər zaman Holokost qurbanlarının, Xocalı soyqırımı qurbanlarının xatirəsini əziz tuturuq. İnanırıq ki, bir gün bütün dünyada sülh və əmin-amanlıq hakim olacaq”, - deyə millət vəkili əlavə edib.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25

