ABŞ-ın “agent şəbəkəsi” ifşa olunur...
28.11.2023 [10:22]
Səfirlik “məzun günü”nü niyə təxirə saldı?
Dünyada, xüsusilə pots-sovet ölkələrində “yumşaq güc” vasitəsilə öz niyyətinə çatmaq imkanları hər zaman ABŞ üçün aktuallıq daşıyıb. Bunun nəticəsidir ki, indiyə qədər hətta bəzi dövlətlərdə bu istiqamətdə bir sıra “uğurlara” belə imza atıb - amma “oxunun daşa dəydiyi” regionlar da az olmayıb. Məhz bu regionlarda ard-arda və fərqli vasitələrlə özünün çirkin niyyətini reallışdırmaq istəyən ABŞ hər zaman “məğlubiyyət yaşayıb”. Vaxtilə siyasi partiaylar üzərində “sınaq” həyata keçirən, hədəfinə nail olmaqdıqda isə QHT və “KİV-lərə” doğru “istiqamətlənən” ABŞ və onun bu uğurda missionerlik edən təşkilatlarının arzuları ölkəmizdə çin çıxmayıb. Bunun əsl səbəbi isə xalqın dövlətə olan sevgisi, inamı və etimadı olub.
Bununla belə ABŞ USAİD vasitəsilə yeni oyunlarından usanmır. Son dövrlərdə gündəmə gələn “Abzas Media” vasitəsilə ölkəmizdə bəzi qrupların stimullaşdırılması və maliyyələşdirilməsi məsələsi də buun tərkib hissəsidir.
Demokratik “təşkilatlar”ın iç üzü növbəti dəfə ifşa edilir...
Xəbər verildiyi kimi, “Abzas Media”nın pəhbərlərinin və üzvlərinin USAİD-in təlimatlarına əsasən maliyyələşdirildiyi aşkarlanıb. Son günlər dolaşan məlumatlar bir sıra məqamları üzə çıxarıb - özlərini “müstəqil media”nın təmsilçiləri kimi qələmə verən bu şəxslər haqqında külli miqdarda pul vəsaitlərinin qalaqmallılıq yolu ilə ölkə ərazisinə gətirilməsi və şübhəli maliyyə əməliyyatlarının aparılması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə iş başlanılıb. “Abzas Media” xəbər portalının rəhbəri Ülvi Həsənov, baş redaktor Sevinc Abbasova və layihə koordinatoru Məhəmməd Kekalov barəsində yeni məlumatlar isə KİV-i “bəzəməkdədir”.
Bu şəxslər “demokratik inkişafa dəstək vermək” adı altında xeyli sayda donor təşkilatları ilə yaxın əlaqələr quraraq gizli əməkdaşlıq ediblər. Həmin təşkilatlar sırasında özünü “demokratiya fəraisi” kimi qələmə verənlər də var - USAID, “Milli Demokratiya Fondu” (NED), “Avropa Demokratiyaya Yardım Fondu” (EED), “Internews”, “FreedomNow”, “Qlobal Araşdırmarı Jurnalistika şəbəkəsi” (Global Investigative Journalism Network), “Amerika Beynəlxalq Təhsil şurası” (American Councils for International Education), Çexiyanın “Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi” (PCSC), “People in Need” (PIN), “Avropa Ittifaqı Müstəqil Media evin” proqramı (EU4 Independent Media), “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu” (EPCSF), “Niderland Helsinki Komitəsi”, “Norveç Helsinki Komitəsi”, “Avropa Jurnalistika Fondu” (Journalizmfund Europe), “Yeni Demokratiya Fondu” (New Democracy Fund), “Forum 2000”, “German Marşal” Fondu və digərləri bu kimi “xidmətdən” maksimum istifadə ediblər.
Yüz minlərlə dollar və avro - “Abzas Media”nın maliyyələşmə mexanizmi...
Xarici səfərlər, keçirilən görüşlər, “treninqlər” və bu kimi “tədbirlər” kifayət qədər “uğurlu” olub. Belə səfərlər zamanı dövlət qeydiyyatına alınmadan bağlanılmış qrant müqavilələri çərçivəsində avro və ABŞ dolları valyutalarında ayrılan qanunsuz pul vəsaitləri Gürcüstanda fəaliyyət göstərən “TBC Bank” və “Bank of Georgia” banklarında Ülvi Həsənovun və Məhəmməd Kekalovun adlarına açılmış bank hesablarına köçürülüb. Ülvi və Məhəmməd həmin vəsaitləri həm özləri, həm də yaxınları vasitəsilə xarici olkələrdəki bankomatlardan məsuliyyət yaratmayan məbləğlərdə hissə-hissə nağdlaşdırıb ölkəyə gətiriblər. Bəzi layihələr üzrə vəsaitlər isə Londonda adsız bank kartlarına yüklənərək dəstə üzvlərinə təqdim olunub. Bu pullar isə “Abzas Media” adı altında 2020-2023-cü illərə aparılan “fəaliyyətin” “qazancı” sayılır. KİV-də yayılan sənədlərdə Ülvi Həsənov və yaxın ətrafına daxil olan şəxslər tərəfindən hansı layihəni həyata keçirdikləri və bunun müqabilində aldıqları pulun miqdarı ortaya qoyulub.
Bütün Qərb sifarişlərini yerinə yetirənlərin hamisi rolunda çıxış edən USAİD-ə bağlı olan “DT Global” təşkilatından Ülvi Həsənov 98 600 avro və 30 000 ABŞ dolları alıb. “Milli Demokratiya Fondu”ndan 55 350 ABŞ dolları, “Praqa Vətəndaş Cəmiyyəti” təşkilatından 50 600 ABŞdolları, “German Marşal Fondunun Regional Əməkdaşlıq Qara Dəniz” təşkilatından 24 990 ABŞ dolları, ABŞ-ın Azərbaycandakı Səfirliyindən 21 954 ABŞ dolları, “Internews” təşkilatından 12 000 ABŞ dolları, “People in Need” təşkilatından 11 000 ABŞ dolları, “Niderland Helsinki Komitəsi”ndən 5 000 avro, “Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti” təş kilatından 4 110 avro, “Norveç Helsinki Komitəsi”ndən 4 000 avro, “Freedom House” təşkilatından 2 500 ABŞ dolları, “Amerika Beynəlxalq Təhsil şurası” təşkilatından 2 400 ABŞ dolları, Almaniyanın Azərbaycandakı səfirliyindən 1 500 avro və Fransanın Azərbaycandakı səfirliyindən 700 avro Ümumilikdə 113 910 avro və 210 794 ABŞ dolları həcmində vəsait bu və ya digər şəkildə Ülvi Həsənov və yaxınlarına “verilib”. Bu vəsaitlərin məbləğinin dəqiqliklə göstərilməsinin səbəbi isə hər birinə dair ödəniş sənədlərinin nüsxələrinin yayılmasıdır. Bundan əlavə 210 468 ABŞ dolları və 77 815 avro məbləğdə ilkin layihələndirilmiş sənədlər aşkar edilib.
“Məzun günü”, yoxsa agent şəbəkəsi ilə görüş...
Göründüyü kimi, Qərb xüsusilə ABŞ özünün agentura şəbəkəsini daha da genişləndirmək, inkişaf etdirmək üçün mühüm yollara əl atır. Yeri gəlmişkən, ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikada təhsil almış bir qrup azərbaycanlı məzunlarla görüş keçirəcəyi ilə bağlı məlumat yaymışdı - xəbərə görə, tədbir noyabrın 27-də Bakıda məşhur “JW Marriott Absheron” hotelində baş tutacaqdı. KİV-də yayılan məlumatlara görə, tədbirin adı sözdə “məzunlarla görüş olub - reallıqda isə bu, ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən öz agentura şəbəkəsinin bir araya gəlməsidir. Təcili görüşün təşkil olunması isə ABŞ-ın ölkəmizdə fəaliyyət göstərən agentura şəbəkəsinin tədricən ifşa olunmasından, xüsusilə “Abzas Media” ilə bağlı həqiqətlərin üzə çıxmasından qaynaqlanıb. Bu görüşdə ABŞ-da təhsil almış, əslində isə təhsil adı altında Amerikada olarkən məxfi əməkdaşlığa cəlb edilmiş bir qrup şəxslərin iştirak edəcəkləri bildirilirdi. Hətta iştirakçılara “Məzunların yubiley qalası” adlı dəvətnamə də göndərilmişdi. Azərbaycanın hüquq-mühafizə orqanlarının məsələdən məlumatlı olması isə ABŞ səfirliyini “planlarını dəyişməyə” məcbur edib. Belə ki, səfirlik Amerika universitetlərinin məzunları ilə noyabrın 27-də Bakıda “Marriott Absheron” hotelində keçirilməsi planlaşdırılan təntənəli görüşü təxirə salıb. Yayılan məlumata görə, bu, KİV-in səfirliyin “casus şəbəkəsi” və “ABŞ-da təlim keçərkən Amerika agenti kimi cəlb edilmiş” şəxslərlə görüş təşkil etməsi barədə xəbərindən sonra baş verib. Demək ki, səfirlik “Abzas Media” ifşasının ardından digər “agentlərini” də ifşa etmək istəməyib.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

