“Zəmanət institutu” təklifi nəyə xidmət edir?
12.12.2023 [10:45]
Əslində, bu zəmanəti Ermənistan verməlidir
Nardar BAYRAMLI
Azərbaycan dövləti Cənubi Qafqazda sülh və əməkdaşlığın bərqərar olunmasına maraqlıdır. Bu məqsədlə regionda etimad quruculuğu naminə əlverişli zəmin formalaşdırılır, sülhə doğru qəti addımlar atılır. Əlbəttə, Cənubi Qafqaz regionunda sülh prosesinin diqqət mərkəzində olması təsadüfi deyil. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanmaqla bütöv bir regionu sülh, sabitlik və əməkdaşlıq məkanına çevirmək istiqamətində əlverişli şərait formalaşdırıb. Rəsmi Bakı müharibənin bitməsilə regionda yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Artıq regionda postmüharibə mərhələsidir və yeni geostrateji reallıqların müəllifi Azərbaycandır. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, “biz Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyirik”.
Azərbaycan sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, Türkiyə ilə ortaq təşəbbüs əsasında yeni əməkdaşlıq platformalarının yaradılması kimi istiqamətlərdə fəallıq nümayiş etdirməklə bölgədə yeni düzən formalaşdırır. Üstəlik, bu geosiyasi fəaliyyət təkcə Cənubi Qafqaz ölkələri deyil, bir çox dövlətlər, o cümlədən güc mərkəzləri üçün strateji maraqları təmin etmək baxımından cəlbedici və faydalıdır. Başqa sözlə, yeni situasiya həm region dövlətləri, həm də bölgədənkənar qüvvələr üçün tarixi fürsətdir. Əsas məsələ postkonflikt dövründə regionun geostrateji dizaynında fəal iştirak etmək və ya prosesə dəstək verməkdir.
Əlbəttə ki, sülhün əldə olunması üçün Ermənistan Azərbaycanın təşəbbüslərinə adekvat cavab verməlidir, qeyri-konstruktiv mövqeyindən əl çəkməlidir. Rəsmi İrəvan sülhdən danışsa da, bugünədək sazişin imzalanması üçün real addımlar atmayıb. Bugünlərdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da yerli mediaya açıqlamasında İrəvanın dekabrın sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. Onun sözlərinə görə, Bakının sülh müqaviləsi ilə bağlı təkliflərində hələ də razılaşdırılmamış bir sıra məsələlər üzrə həll yolları tapılıb.
Qriqoryan deyib ki, Ermənistanın təklif etdiyi münasibətlərin nizamlanması üçün üç əsas prinsip qəbul olunarsa, bu, sülh müqaviləsi mətninin 70 faizdən çoxunu razılaşdırmağa imkan verəcək: “Əgər xarici işlər nazirləri, sonra isə ölkələrin liderləri mümkün qədər tez bir araya gəlsələr, hazırlıqlar bir ay ərzində tamamlana bilər və siyasi iradə olarsa, sülh müqaviləsi imzalana bilər. Bununla belə, Qriqoryan söyləyib ki, erməni tərəfinin son variantında sülh anlaşmasına zəmanət institutunun yaradılması təklifi yer alır. Maraqlıdır ki, Ermənistan hansı zəmanətdən danışır? “Zəmanət institutu” ilə bağlı indiyədək bu ölkənin digər rəsmiləri də açıqlamalar veriblər. Bu məsələni ortaya atmaqla rəsmi İrəvanın əsas niyyəti sülh prosesini uzatmaqdır. “Zəmanət” məsələsinin Azərbaycanın Ermənistana “hərbi müdaxiləsi” ilə əlaqələndirilməsi isə ümumiyyətlə qəbulolunmazdır. 30 il Azərbaycan torpaqlarını işğal atında saxlamış təcavüzkar ölkə tərəfindən belə bir iddianın səsləndirilməsi həm təəccüblü, həm də gülüncdür. Təbii ki, Ermənistanın bu “təklif”i xoşniyyətli deyil və özünün xarici havadarlarına gələcəkdə Azərbaycana qarşı təzyiq, təhdid imkanları yaratmaq, regiona bəzi beynəlxalq gücləri gətirmək niyyəti də güdür.
Əslində isə zəmanət Azərbaycana verilməlidir. Çünki 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan o dövrdə aparılan diplomatik danışıqlara rəğmən ərazilərimizi sülh yolu ilə azad etmədi. Ona görə də, Azərbaycan dövləti 2020-ci ildə məcbur olaraq öz gücünə işğalçıları torpaqlarımızdan qovdu. Bununla belə, hələ də Ermənistanda revanşizm meyilləri var. Xaricdəki havadarlarının İrəvanı silahlandırması da bu prosesi stimullaşdırır. Bütün bunların fonunda Prezident İlham Əliyevin dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda çıxışı zamanı “Ermənistanda hər hansı bir revanşizm cəhdlərinin olmayacağı ilə bağlı Azərbaycana qəti şəkildə qarantiya lazımdır. Çünki biz bilirik Ermənistanda nə baş verir. Həmçinin bilirik ki, Ermənistanın bəzi Avropa paytaxtlarında çox “müşavirləri” var” fikirləri təsadüfi deyil. Dövlətimizin başçısı qeyd edib: “İstərdik ki, iki ölkə arasında, ümumiyyətlə, müharibə olmasın, bununla bağlı qarantiya olsun”. Azərbaycan bu tələblərində haqlıdır.
Beləliklə, sülh üçün rəsmi Bakı hər zaman öhdəliklərə sadiq olub və bu gün də sadiqdir. Amma eyni fikri Ermənistan haqqında əminliklə söyləmək mümkün deyil. Çünki ayrı-ayrı görüşlərdən sonra İrəvan ənənəsinə sadiq qalaraq prosesi pozmağa çalışıb. Qarşı tərəf sülh gündəliyini hədəfə almağa çalışsa da, bunun heç bir əhəmiyyəti yoxdur. Çünki birincisi, Ermənistan geosiyasi reallıqları dəyişdirmək, prosesi pozmaq gücündə və iqtidarında deyil. İkincisi, bu ölkənin baş naziri sənədlərə imza ataraq siyasi-hüquqi öhdəlik götürüb və bu, hakimiyyətin deyil, dövlətin öhdəliyidir. Bu məsuliyyətdən yayınmaq mümkün deyil. Nəhayət, haqlı və qalib Azərbaycanın iradəsi həlledicidir. Ona görə də Ermənistanın yanaşması adekvat olmalı, prosesi uzatmaq cəhdlərinə, vaxt itkisinə yol verilməməlidir. Nəzərə alınmalıdır ki, hərbi-siyasi təxribatlar, vaxtı uzatmaq, prosesdən yayınmaq və təxribat cəhdləri İrəvan üçün, sadəcə, bumeranq effekti vəd edir: iqtisadi tənəzzülün sürətlənməsi, geosiyasi təcridin dərinləşməsi və s. Bu səbəbdən də, İrəvanın taleyi öz seçimindən asılıdır. Ermənistan məsuliyyətini dərk etməli və öhdəliklərini yerinə yetirməlidir.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

