Barışığa doğru daha bir addım
14.12.2023 [10:44]
Qırğızıstanın və Tacikistanın əldə etdikləri yeni razılaşma iki ölkə arasında sərhəd münaqişələrinə son qoyacaqmı?
Son illərdə respublikamızda da böyük narahatlıqla izlənilən Qırğızıstan və Tacikistan arasında baş verən insidentlər barışığa doğru istiqamət alıb. Belə ki, iki ölkə öz aralarında sərhəd xəttinin daha 24 kilometrini razılaşdırıb. Bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb. “2023-cü il noyabrın 29-dan dekabrın 5-dək Tacikistanın Soqd vilayətinin Buston şəhərində hər iki ölkənin nümayəndə heyətlərinin hüquqi məsələlər üzrə topoqrafik işçi qruplarının növbəti iclası baş tutub. Qırğızıstan və Tacikistan dövlət sərhədinin 24,01 kilometrlik hissəsinin delimitasiyası və demarkasiyası üzrə razılığa gəliblər”, - deyə məlumatda bildirilir.
Sonu görünməyən sərhəd münaqişələri
İlk baxışda Qırğızıstan və Tacikistan arasında hansısa iqtisadi və siyasi məzmunlu ciddi çəkişmələrin, ixtilafların baş verə biləcəyi ehtimalları azdır. Çünki eyni coğrafiyanı bölüşən hər iki dövlət və xalq məişət tərzi, ənənələri, milli-mənəvi dəyərləri ilə bir-birinə çox yaxındırlar. Eyni zamanda, Qırğızıstan və Tacikistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləridirlər və onlar təşkilat çərçivəsində müəyyən birgə öhdəliklər daşıyırlar.
Ancaq qısa müstəqillik tarixində baş verən insidentlər onu deməyə əsas verir ki, tarixi bağlılıq, qonşuluq və eyni regional təşkilatda təmsilçilik iki ölkənin sərhəd bölgüsü ilə bağlı narazılıqlarını arxa plana keçirmələri üçün yetərli olmayıb. Nəticədə, sərhəd mübahisələri silahlı və qanlı toqquşmalaradək uzanıb.
Əslində, iki ölkə arasında sərhəd ixtilaflarının əsasının keçmiş sovet dönəmində qoyulduğu bildirilir. O dövrdə bölgələr və xalqlar arasında potensial münaqişə mənbələrinin yaradılması mərkəzi hakimiyyətin siyasətinə daxil idi. İttifaqın müxtəlif regionlarında baş qaldıran narazılıqlar eyni ssenari ilə idarə olunurdu. Narazı qonşular problemlərin aradan qaldırılması məqsədilə eyni ünvanlara üz tutmaq məcburiyyətində qalırdılar. Bu yolla mərkəzi hakimiyyət yerlərdə öz nüfuzunu möhkəmləndirirdi. İttifaq dağılandan sonra isə məsuliyyəti Qırğızıstanın və Tacikistanın özləri bölüşürlər.
Xatırladaq ki, keçmiş Sovet İttifaqının dağılmasından sonra Qırğızıstanla Tacikistan arasında sərhədin əhəmiyyətli hissəsi həll olunmayıb. 972 kilometrlik sərhəd xəttindən yalnız 662 km-i razılaşdırılıb. Ən kəskin vəziyyət isə Qırğızıstanın Batken vilayətində (Ak-Sai, Kok-Taş, Səmərqəndıq kəndləri) və Tacikistanın Suqd vilayətində (Çorku və Surx kəndləri) müşahidə olunur. Bölgədə anklav ərazi məsələsi də qalmaqdadır. Qırğızıstanla Tacikistan arasındakı anklavların böyük qismi Qırğızıstanın sərhədləri daxilində yerləşir. Bu vəziyyət də yol keçidləri kimi müəyyən problemlərin yaranmasına gətirib çıxarır. O cümlədən Vorux anklavı ətrafında da daim problemlər yaranır. Anklavlar məsələsinin həlli üçün vaxtaşırı müxtəlif səviyyələrdə ərazi mübadiləsi məsələsi gündəmə gətirilsə də, tərəflər bunu qəbul etmirlər. 70-dən artıq mübahisəli məntəqə var. Tacikistan iki dövlət arasında sərhədin 1924-1939-cu illərin, Qırğızıstan isə sərhədlərin 1958-1959-cu illərin xəritəsinə əsasən müəyyənləşməsini istəyir.
Qanlı su müharibələri
XXI əsrdə hər bir ölkənin etibarlı su təchizatı strateji əhəmiyyət daşıyan məsələyə çevrilib. Yeni minillikdə etibarlı su təchizatının hər bir ölkə üçün strateji əhəmiyyət daşıyan məsələ səviyyəsinə yüksəldiyi, hətta dövlətlər
arası münasibətlərə təsir göstərə bilən faktorlar sırasında yer aldığı artıq heç kəsdə şübhə doğurmur. Mütəxəssislər yeni minillikdə su ehtiyatlarının geostrateji əhəmiyyətinə diqqət çəkərək bildirirlər ki, XXI əsrdə su neftin ötən
əsrdəki yerini tuta bilər. Elə son dövrlərdə Yaxın Şərqdə, MDB məkanında və digər regionlarda baş verən geosiyasi kataklizmlərin həm də bu və ya digər su mənbələrinə nəzarəti ələ keçirmək iddialarından qaynaqlandığı deyilənləri bir daha təsdiqləyir. Belə ki, getdikcə daha çox sayda dövlət malik olduğu su ehtiyatlarından başqa ölkələrə qarşı təzyiq, iqtisadi-siyasi rıçaq vasitəsi kimi istifadə etməyə üstünlük verir.
Qırğızıstanın və Tacikistanın da yerləşdiyi coğrafiyada su ehtiyatları azdır və buna görə də zaman-zaman təkrarlanan sərhəd münaqişələri həm də sudan istifadəyə görə yaranır. Belə münaqişələrdən biri 2021-ci ilin aprelində yaşanıb. Aprelin 28-də axşam saatlarında İsfara çayının yuxarı axınında yerləşən “Qolovnoy” supaylayıcı məntəqəsindəki sahədə sakinlər arasında daşatma ilə müşayiət olunan münaqişə baş verib. Aprelin 29-da isə sərhədçilər bir-birinə atəş açıb. Qırğızıstan tərəfi 13 vətəndaşının öldüyünü, 100-dək sakinin yaralandığını, qarşı tərəf isə 3 tacikistanlının öldüyünü, 31 sakinin yaralandığnı bildirib.
İsfara (tacikcə), yaxud Isfara (özbəkcə) Qırğzıstanın Batken, Tacikistanın Soğdi və Özbəkistanın Fərqanə vilayətləri arasında Sırdərya çayı hövzəsində yerləşir. Hazırda bu çay tamamilə əkinçilikdə istifadə edildiyindən onun suyu Sırdəryaya çatmır. İsfara hövzəsində 185 min əhali yaşayır. Hazırda çayın səviyyəsi 50 sm azalıb. 1960-cı ildə əldə edilən razılığa görə, suyun 37 faizinin istifadəsinə dair limit qoyulub. Ancaq su çatışmazlığı səbəbindən tərəflər arasında münaqişə yaranır. 2015-ci ilin avqustunda Qırğızıstanın Kuktaş kəndinin sakinləri su kanalının qarşısını kəsərək Tacikistanın Çorkuh camaatının əraziyə keçməsinin qarşını alıblar. Buna cavab olaraq Tacikistan qırğızların qəbiristanlığına keçən yolu bağlayıb. Onda baş vermiş münaqişə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilmişdi. Regionda suya çıxış uğrunda belə münaqişələr vaxtaşırı təkrarlanır.
Sülhə çağırış edilsə də...
Həm Qırğızıstanın, həm də Tacikistanın siyasi rəhbərliyi dəfələrlə bildiriblər ki, sərhədlərin delimitasiya və demarkasiyası danışıqlar prosesinin predmetidir. Bununla belə sülhə çağırış edilsə də və atəşkəslə bağlı razılaşma əldə olunsa da, zaman-zaman sərhədlərdə insidentlərin baş verməsi qaçılmaz olur. Su müharibəsindən sonra ötən ilin aprelində Qırğızıstan və Tacikistan sərhədində yenidən gərginlik yaranıb. Qırğızıstan əsgərləri Tacikistan sərhədindəki Leylək rayonunun Selkana qəsəbəsində xidmət edərkən, qarşı tərəfin əsgərləri Qırğızıstan ərazisinə 20 metr daxil olublar. Qırğızıstan hərbçiləri isə buna mane olmaq üçün havaya xəbərdarlıq atəşi açıblar və bundan sonra atışma başlayıb. Qırğızıstan Sərhəd Xidməti, eyni zamanda, Tacikistan əsgərlərinin sərhəddəki Dostuk kəndini minaatanlardan vurduğunu bildirib və qarşı tərəfi vəziyyəti daha da gərginləşdirməməyə çağırıb. Qırğızıstan-Tacikistan sərhədində iki ölkənin sərhədçiləri arasında baş verən atışma nəticəsində 2 qırğız əsgəri yaralanıb, 1 tacik əsgəri isə həlak olub. Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada 246-sı uşaq və 345-i qadın olmaqla, ümumilikdə 644 nəfərin sərhəd bölgəsindən təhlükəsiz ərazilərə təxliyə edildiyi bildirilib. Atışma bitdikdən sonra təxliyə edilənlərdən 50 nəfəri öz evinə qayıdıb.
Tezliklə sərhəddə sərhəd xidmətlərinin nümayəndə heyətlərinin görüşü keçirilib və müvafiq protokol imzalanıb. Tərəflər münaqişə zamanı sərhədə cəlb olunmuş qüvvələrin çıxarılmasının davam etdirilməsi, sərhəd dəstələrinin hərəkət marşrutlarını dəqiqləşdirəcək işçi qrupunun yaradılması barədə razılığa gəliblər.
Bəs bu günlərdə iki ölkə arasında əldə olunan yeni razılaşma sərhəd münaqişələrinin sonunu gətirəcəkmi? Suala birmənalı şəkildə “hə” cavabını vermək çətindir. Biz yuxarıda keçmiş sovet dönəmində mərkəzi hakimiyyətin yerlərdə milli zəmində potensial münaqişə ocaqları yaratması siyasətindən bəhs etdik. Oxşar ssenarilər imperialist güc mərkəzlərinin mətbəxində bu gün də hazırlanır. Bəlli mərkəzlərin Qırğızıstanın və Tacikistanın yerləşdiyi ərazilərə və ora yaxın coğrafiyalara geosiyasi və geoiqtisadi maraqları artıb. Bu isə gələcəkdə yeni arzuolunmaz insidentlərin təkrarlanacağını istisna etmir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

