Kökləri türklərə bağlı olan Buranqurdlu nənələr
23.05.2012 [00:31]
Məlum olduğu kimi, dünən “Bakı Kristal Zalı”nda “Eurovision-2012” mahnı müsabiqəsinin 1-ci yarımfinalı keçirilib. İlk yarımfinalda 18 ölkə təmsilçisi yarışıb ki, onlar arasında da yarışın favoritlərindən sayılan Rusiyanın “Buranovskiye babuşki” qrupu da var. Qeyd edək ki, əsasən, yaşlı nənələrdən ibarət olan bu qrup müsabiqəni izləyən xarici KİV-lərin diqqət mərkəzindədir. Bu marağı nəzərə alaraq, biz də “Buranovskiye babuşki” haqqında daha ətraflı məlumatları öyrənməyə çalışdıq. Bundan öncə isə nənələrin ana vətəni Udmurtiya haqqında tarixi məlumatları qısa şəkildə oxucularımıza təqdim edirik.
Məlumat üçün bildirək ki, paytaxtı İjevsk şəhəri olan Udmurtiya Respublikası Rusiya Federasiyasının tərkibinə daxildir. Bu ərazidə ilk insanların məskunlaşması eramızdan 8-6 min il əvvələ təsadüf edib. Bizim eranın 1-2-ci minilliklərinin astanasında isə indiki udmurt etnosu formalaşmağa başlayıb ki, bu formalaşmada da türk etnoslarının xüsusi rol oynadığı söylənilir.
XVI əsrdə şimaldakı udmurtlar Moskva dövlətinə tabe olsalar da, cənubdakılar Kazan xanlığının tərkibində olublar. çar İvan Qroznının 1552-ci ildə Kazanı tutmasından sonra udmurt xalqı bütövlükdə Rusiya imperiyasının əsarəti altına düşüb. 1731-ci ildən etibarən isə, udmurtların kütləvi surətdə xristianlaşdırılmasına başlanılıb.
Oktyabr inqilabından sonra, daha dəqiq desək, 1934-cü ildə bu ərazidə Udmurt Muxtar Sovet Sosialist Respublikası (UMSSR) yaradılıb. 1991-ci il oktyabrın 11-də isə UMSSR-nin Ali Məhkəməsi ərazinin Udmurtiya Respublikası adlanmasına dair qərar qəbul edib.
Qədim türk torpağından boy atan folklor kollektiv
Beləliklə, Udmurtiyanın Malopurqinski rayonuna bağlı Buranova kəndindən olan bu folklor kollektiv 40 il öncə yaranıb. “Buranovskiye babuşki” qrupu, əsasən, udmurt dilində müxtəlif mövzulu mahnıları, həmçinin, rus və xarici musiqiləri ifa edir. Bu qrupun ulduzunun parlaması isə 2008-ci ilə təsadüf edir. Belə ki, həmin il ana dili günü münasibətilə Udmurtiya Flarmoniyasında çıxış edən nənələrin doğma dildə oxuduqları mahnılar tamaşaçıları heyrətə gətirib və onların KİV-in diqqətini cəlb edib. Nənələrin “Eurovision” mahnı müsabiqəsində iştirak arzusu isə ilk dəfə 2010-cu ildə baş qaldırıb. Lakin həmin il onlar Rusiyada keçirilən seçmə mərhələdə üçüncü yerlə kifayətlənməli olublar. “Eurovision-2012” mahnı müsabiqəsinin seçmə turunda isə onlar qələbə qazanaraq, Bakıda Rusiyanı təmsil etmək hüququnu qazanıblar.
Buranova, yoxsa Buranqurd?
Nənələrin gündəlik yaşam tərzi haqqında məlumat verməzdən öncə isə, onların yaşadıqları kənd haqqında bəzi maraqlı məlumatları oxucularla bölüşməyi vacib hesab etdik. Qeyd edək ki, Buranova yaşlı udmurtlar tərəfindən Buranqurt, yəni, Buranqurd adlanır ki, bu da özlüyündə həmin kəndin türklərlə bağlılığına (qurd türklərin xilaskarlıq totemidir) işarə edir. Hazırda, 658 sakini olan və İjevsk şəhərindən 30 km aralıda yerləşən bu kəndin yaranması haqqında müxtəlif əfsanələr dolaşır. Həmin əfsanələrdən birində deyilir ki, bu kəndin əsası udmurtların əcdadları tərəfindən qoyulub. O zaman kəndin yerində qalın və vahiməli meşəlik olub. Həmin meşəliyin ətrafında salınan kiçik yaşayış məskəni ilə Buranqurdun əsası qoyulub. Tarixi mənbələrə əsasən bu kənddə 4 nəsil qrupu yaşayıb: Turya, çola, Pelqa və Biqra. Bu nəsil qruplarının bəzilərinin isə müxtəlif türk torpaqlarından, o cümlədən, Tatarıstandan gəldiyi ehtimal edilir.
Bu kənd XIX əsrə qədər Buranqurd adlanıb. Yalnız XIX əsrdə kənddə kilsənin tikilməsindən sonra bu ərazi Buranova adlanmağa başlayıb.
Yeri gəlmişkən, kəndin adındakı Buran sözünün də türklüklə əlaqəsi var. Daha doğrusu, bu “boran” sözünün rusca variantıdır. Tarixi məlumatlara görə, Puroşur çayı sahilindəki meşələrin ağacları kəsildikdən sonra bu ərazidə əsən küləklər qış aylarında boranın, çovğunun yaranmasına səbəb olub. Buradan da kəndin adı formalaşıb. Yəni, boranlı, şaxtalı kənd.
Bu sırada onu da vurğulamaq yerinə düşər ki, əslində, kəndin indiki adında belə türk mənası yatır. Yəni, Buranovanı boranlı oba kimi də, qəbul etmək mümkündür. Böyük ehtimalla məhz boranlı oba kimi adlanan kənd sonunda Buranova kimi tanınıb.
Nənələrin gündəlik həyat tərzi də bizlərə yad deyil
Beləliklə, kənd haqqında qısa məlumatdan sonra yenidən qayıdaq “Buranovskiye babuşki” qrupuna. Rusiya mətbuatının məlumatına görə, qrupun üzvləri sadə kənd həyatı yaşayırlar. Qədim milli paltarla publika qarşısına çıxan nənələrin həyat tərzi də bizlərə çox doğmadır. Belə ki, onlar hər gün keçilərini örüşə ötürür, toyuqlarını yemləyir, bostanlarını becərir, qalan vaxtlarında isə məşq edirlər. Axşamlar isə nəvələrinin beşiyi başında mahnıları zümzümə edirlər. Nənələrin paltarları isə özündə qədim bir tarixi yaşadır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxSosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06
Xəbər lenti
28 Aprel 17:05
YAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14

