Şəhid ailələrinin hüquqları artırılır
15.06.2024 [10:21]
Dövlətin xüsusi diqqəti sayəsində şəhid ailələri 20 adda təminat və sosial qayğı ilə əhatə olunublar
Milli Məclisdə müzakirəyə çıxarılan “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna dəyişiklik layihəsi ilk oxunuşda qəbul edilib. Sənəd şəhid ailəsinin üzvlərinə münasibətdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçotun saxlanılması ilə bağlı dəyişikliyi nəzərdə tutur. Belə ki, hazırkı qanunvericilik sənədində yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması və yaxud saxlanılmaması ilə bağlı müddəa nəzərdə tutulmayıb. Bu isə yaşayış sahəsinin uçotu ilə bağlı bir sıra uyğunsuzluqlara yol açır. Sözügedən qanun layihəsinə dəyişikliklər də məhz həmin kateqoriyaya aid olan subyektlərin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Beləliklə, qanunvericiliyin təkmilləşdirilməsindən sonra mövcud uyğunsuzluqlar tam aradan qalxmış olacaq və şəhid ailələrinin hüquqları artırılacaq.
Bu addım şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması ilə bağlı ölkə Prezidentinin bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm təzahürlərindən biri hesab oluna bilər.
Şəhid ailələrinin üzvlərinin etibarlı və fasiləsiz sosial müdafiəsi, mənzil-məişət şəraitlərinin və sosial şəraitlərinin yaxşılaşdırılması, müxtəlif güzəştlərin tətbiqinin artırılması dövlətimizin yürütdüyü sosial siyasətin ən başlıca istiqamətlərindən birini təşkil etdiyindən sosial təminat sahəsində ilk tədbirlər məhz onlar üçün nəzərdə tutulur.
Dövlətimizin ərazi bütövlüyümüzün təmin olunmasında canını fəda etmiş şəhidlərimizin ailələrinə əlavə güzəştlərin edilməsi üçün qanunvericilikdə bir neçə dəfə dəyişikliklər olunub. Ötən illərdə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanuna bir neçə dəfə dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, ailəsinin üzvü hesab edilmə halları artırılıb. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar da həmin təhsil müəssisələrini və elmi təşkilatların magistratura səviyyəsini bitirənədək şəhid ailəsinin üzvləri hesab ediliblər.
Həmçinin, ötən illərdə qanunda edilmiş digər dəyişikliyə əsasən, şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada təminatların verilməsi halları artırılıb. Belə ki, dəyişikliyə əsasən, yalnız orta peşə-ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alanlar deyil, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alanlar da təhsil haqqını ödəməkdən azad olunublar.
44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfərdən sonra bu istiqamətdə daha əhatəli sosial əhəmiyyətli addımlar atılıb, büdcənin imkanları artdıqca bu sosial kateqoriayaya aid şəxslərin müavinətlərinin artımı həyata keçirilib. “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” fərmanda da dəyişiklik edilərək şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 500 manatdan 600 manata qaldırılıb. Bundan başqa, şəhid ailələrinə Prezident təqaüdü, şəhidin pensiya hüququ olduqda ailə üzvlərinə ailə başçısını itirməyə görə pensiya, pensiya hüququ olmadıqda isə ailə başçısını itirməyə görə hər bir ailə üzvünə müavinət müəyyən edilib.
Şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin elektron reyestiri yaradılıb ki, bu da həmin şəxslər barədə vahid informasiya bazasının təmin edilməsinə və daha çevik və operativ sosial xidmətlər göstərməyə imkan verməkdədir.
Həmçinin, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” və qanunlarda, Əmək və Vergi Məcəllələrinə dəyişikliklər edilməsi nəticəsində sosial güzəştlər tətbiq olulub. Belə ki, 2023-cü il üçün Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklərdən biri də şəhid statusu verilmiş şəxsin valideynlərinin, dul arvadlarının və ərlərinin və övladlarının vergi tutulmalı olan aylıq gəlirləri, əməkhaqqı gəlirləri ilə bağlı 800 manat məbləğində vergi güzəştinin verilməsidir.
Beləliklə, çoxşaxəli sosial müdafiə tədbirləri nəticəsində hazırda 20 adda təminat və sosial qayğı ilə əhatə olunmuş şəhid ailələrinin davamlı olaraq bütün problemləri, o cümlədən mənzil qayğıları dövlətin xüsusi nəzarətində saxlanılmaqla ardıcıl qaydada öz həllini tapır. Dövlət şəhid ailələrinin sosial müdafiəsi istiqamətində sistemli tədbirləri həyata keçirərək qanunvericilikdə hansısa boşluqlar olduqda dərhal onların həllinə nail olur.
ELBRUS
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

