Azərbaycan və Özbəkistan universitetləri arasında protokol imzalanıb
16.10.2024 [22:39]
Oktyabrın 16-da Azərbaycanın Odlar Yurdu Universiteti və Özbəkistanın Fərqanə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Özbəkistan tarixinə və mədəniyyətinə səyahət” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları və qonaqlar universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyublar. Sonra özbəkistanlı tələbələrin əl işlərindən ibarət sərgi nümayiş olunub.
Tədbirdə Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib, Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev bildirib ki, Azərbaycanla Özbəkistan arasında tarixən sıx mədəni əlaqələr mövcud olub. Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir.
“Bu gün Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzu üçün olduqca əhəmiyyətlidir. Özbəkistandan gəlmiş nümayəndə heyətinin bu tədbirdə iştirakını yüksək qiymətləndirirəm”, - deyə rektor vurğulayıb.
Tədbirdə Fərqanə Dövlət Universitetinin rektoru Bahodirjon Şermuhammedov, Özbəkistan Respublikasının Azərbaycandakı səfiri Bahrom Aşrafxanov iki ölkənin dostluq, mədəni əlaqələrini yüksək qiymətləndiriblər. Qeyd ediblər ki, kökləri eyni olan iki qardaş ölkənin tarixi və mədəniyyəti qədim dövrlərə gedib çıxır və Özbəkistanla Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.
Rektor Əhməd Vəliyev tərəfindən səfir Bahrom Aşrafxanova Odlar Yurdu Universitetinin “Fəxri qonağı” diplomu təqdim edilib. Fərqanə Dövlət Universitetinin rektoru Bahodirjon Şermuhammedov isə “Fəxri professor” adına layiq görülüb.
Odlar Yurdu Universiteti ilə Fərqanə Dövlət Universiteti arasında elm və təhsil sahəsində ikitərəfli protokol imzalanıb.
Tədbirdə Özbəkistanın mədəni, tarixi və mənəvi zənginlikləri və UNESCO-nun Özbəkistan Respublikasındakı tarixi miraslarına aid videoçarx nümayiş olunub.
Tədbir bədii hissə ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23

