Mətanət Ağamirli: "Ən uğurlu QHT rəhbərləri ictimai fəallar və media nümayəndələridir"
27.02.2025 [17:38]
Bu gün dünyanın 100-ə yaxın ölkəsində Qeyri-Hökumət Təşkilatlarının (QHT), vətəndaş cəmiyyətinin günü kimi qeyd olunması Azərbaycan üçün də əhəmiyyətlidir. Əməkdar jurnalist Mətanət Ağamirli Yeniazerbaycan.com-a açıqlamasında bu günü ölkəmiz üçün önəmli hadisə kimi dəyərləndirib.
Onun sözlərinə görə, Azərbaycanda QHT-lər artıq formalaşıb, fəaliyyət göstərir və onların işinə cəmiyyət tərəfindən müəyyən qədər etimad var. Mətanət Ağamirli qeyd edib ki, bununla yanaşı bütün QHT-lərin fəaliyyəti tam şəffaf və ürəkaçan deyil:
"Arzu edərdim ki, ölkəmdə fəaliyyət göstərən bütün QHT-lər şəffaf və vicdanla çalışaraq, vətəndaşların, toplumun və dövlətin inkişafına töhfə versinlər. Vətəndaş cəmiyyətinin fəaliyyəti birbaşa vətəndaşın inkişafına, hüquqlarının qorunmasına və maariflənməsinə xidmət edir. Yəni QHT sektorunun prioriteti vətəndaşın inkişafıdır. Bu baxımdan, dövlətin də qeyri-hökumət təşkilatlarına verdiyi dəstəyi hamımız görürük. Ola bilər ki, bu, hər kəsi qane etmir, ola bilər bu ən yüksək səviyyədə deyil. Amma reallıq odur ki, bu dəstək var və bu özü təqdirəlayiqdir. QHT-lərin vətəndaşın maariflənməsindən tutmuş turizmin inkişafına, təhsilin və milli-mənəvi dəyərlərimizin qorunmasına qədər müxtəlif sahələrdə yer aıması, ümummilli mövzularda mövqe bildirməsi və bu istiqamətdə düzgün fəaliyyət göstərməsi həm vətəndaşa, həm xalqa, həm də dövlətçiliyə xidmətdir. Hər şey birbaşa vətəndaşın düşüncəsindən, intellektindən, dövlətinə və xalqına sədaqətli xidmətindən asılıdır. Qeyri-hökumət təşkilatlarını idarə edən insan faktorudur – vətəndaşdır. Buna görə hesab edirəm ki, QHT-lərdə xalqına, dövlətinə, vətəninə və insanına fədakarcasına xidmət etməyi bacaran şəxslər təmsil olunmalıdırlar. Arzu edərdim ki, qeyri-hökumət təşkilatlarında çalışan və bu sektorda təmsil olunmağa iddialı kəslər vətəndaş məsuliyyətini heç vaxt unutmasınlar. Əgər vətəndaş məsuliyyəti hər bir insan üçün yüz faiz keçərlidirsə, QHT sektorunun nümayəndələri üçün bəlkə də bu məsuliyyətin ölçüsü yoxdur."
Bu özəl gündə QHT sektorunda vicdanla çalışan insanları təbrik edən Mətanət Ağamirli həmçinin bildirib ki, bəzi şəxslər QHT-ni yalnız qrant almaq və maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün yaradırlar. Lakin təcrübə göstərir ki, Azərbaycanda QHT-ləri daha uğurla idarə edənlər ictimai fəallar, ictimai xadimlər və media nümayəndələridir.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

