Vardanyan ədalət məhkəməsi qarşısında...
06.03.2025 [10:19]
Təqsirləndirilən şəxsə suallar ünvanlanıb
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, həmçinin terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə dair maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilir. Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında açıq məhkəmə iclasında təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Vəsatətlərin baxılmamış saxlanılması məhkəmədən xahiş edilib
Martın 4-də keçirilən növbəti iclasın əvvəlində Ruben Vardanyanın müdafiəçisi Avraam Berman məhkəməyə müraciət edərək müdafiə etdiyi şəxsə hüquq və vəzifələrinin izahına dair bildirişin təqdim olunması, işin materialları, o cümlədən məhkəmə iclasının protokolları ilə tanış olmaq üçün əlavə şəraitin yaradılması, təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarın rus dilinə tərcümə variantının təqdim olunmasına dair vəsatətləri təqdim edib. Dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətlərə münasibət bildirərək qeyd edib ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərar qəbul olunub. Belə ki, təqsirləndirilən şəxsə həm ibtidai istintaqın, həm də məhkəmənin gedişində işin materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verilib. Həmçinin təqsirləndirilən şəxsə hüquq və vəzifələrinin izahına dair bildirişlərin, cinayət məsuliyyətinə cəlbetmə haqqında qərarın təqdim olunması işin materialları ilə təsdiq edilir. Bütün bunları nəzərə alaraq prokuror həmin vəsatətlərin baxılmamış saxlanılmasını məhkəmədən xahiş edib. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə razılaşdıqlarını bildiriblər. Həmçinin işin materialları ilə tanış olmaq üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verildiyi məhkəmə heyəti tərəfindən diqqətə çatdırılıb - bununla belə, təqsirləndirilən şəxs işin materiallarında olan sənədlər, o cümlədən məhkəmə iclasının protokolları ilə tanış olmaq istəyirsə, bununla bağlı ona yenidən şərait yaradılacağı diqqətə çatdırılıb.
Helikopter tipli PUA-ların alınması soruşulub...
Təqsirləndirilən şəxs Ruben Vardanyana sərbəst ifadə verməsi yenidən təklif olunsa da, o, ifadə verməkdən imtina edib. Dövlət ittihamını müdafiə edən prokurorlar təqsirləndirilən şəxsə ittiham olunduğu cinayət əməlləri üzrə suallar veriblər. Vardanyandan həmtəsisçisi olduğu, humanitar məqsədlər pərdəsi altında fəaliyyət göstərən təşkilatların təyinatı, məqsədləri, vaxtilə işğal altında olmuş ərazilərdə həyata keçirilmiş layihələr, həmin təşkilatların üzvləri ilə münasibətləri, eləcə də ictimai fəal Mirzə Dinnayinin Azərbaycan Respublikasının vaxtilə işğal altında olmuş suveren ərazisi Qarabağa qanunsuz səfər etməsi, onunla keçirdiyi görüşlər, helikopter tipli pilotsuz uçuş aparatlarının (PUA) alınması və onları istehsal edəcək zavodun inşası üçün texniki sənədlərin əldə edilməsi barədə apardığı danışıqlar, Arman Djilavyan adlı şəxsə zavodun inşası məqsədilə müvafiq sənədlərin alınmasına dair verdiyi tapşırıqlar, bu fəaliyyəti Ermənistan Respublikası ilə razılaşdırması barədə suallar ünvanlanıb. Vardanyana “VoMa” terror təşkilatının qurucusu Vartanov Vladimir (Vova) Levanoviçlə münasibəti, aralarında vatsap vasitəsilə aparılan yazışmalar və göndərilən səsli mesajlar, təşkilat tərəfindən Ermənistanın nəzarətində olan Qarabağdakı qanunsuz silahlı birləşmələrə təlimlərin keçirilməsinin təşkili və maliyyələşdirilməsi, Vladimir Vartanovun Birinci Qarabağ müharibəsində, 2016-cı ilin Aprel döyüşlərində və İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikası ərazisində Silahlı Qüvvələrimizə qarşı hərbi əməliyyatlarda iştirak etməsi, təşkilatın təlimçiləri barədə də suallar verib.
Qondarma rejim üçün ZRK təchizi...
Vardanyandan təhlükəsizlik məsələləri üzrə ekspert adı altında fəaliyyət göstərən “27 Komitəsi” hərəkatının təsisçisi və sədri Poqosyan Vladimir Sergeyeviçlə münasibətləri, onunla “Signal” mobil tətbiqi, eləcə də digər mobil tətbiqlər və sosial şəbəkələr vasitəsilə apardığı danışıqlar və yazışmalar, aralarında işbirliyinin olub-olmaması, “düşmən” adlandırdıqları Azərbaycan dövlətini böyük itkilərə məruz qoymaq, hətta zərbə vurmaq məqsədilə “xüsusi əməliyyatlar qüvvələrinin milli mərkəzi”nin yaradılmasının Ermənistan dövlətinin planı olub-olmaması, “böyük itkilər”in nədən ibarət olması, həmin mərkəzin digər üzvləri və maliyyələşmə qaydaları da soruşulub. Təqsirləndirilən şəxsdən Rusiya Federasiyası ərazisində fəaliyyət göstərən “AKVA” şirkətinin məsul şəxsləri ilə danışıqlar aparmaqla qondarma rejim üçün zenit-raket komplekslərinin (ZRK) alınması, eləcə də bu qurğuları istehsal edəcək müəssisənin inşası üçün vəsait toplanması, özünü Qarabağda yaşayan erməniəsilli şəxslərə “humanitar yardım göstərən” sahibkar kimi təqdim edən, bir müddət guya yalnız sosial-iqtisadi məsələlərə cavabdehlik daşıyan “dövlət naziri” kimi hərbi təyinatlı qurğuların istehsalı müəssisəsini yaratmaqda məqsədi də soruşulub. Təqsirləndirilən şəxsə ittiham aktında yer alan digər məsələlər barədə də suallar ünvanlanıb.
“Nemezis-2” terror əməliyyatı...
R.Vardanyana Azərbaycan Respublikasının xarici ölkələrdə olan diplomatik korpusunun nümayəndələrinə qarşı terror aktları törədilməsi üçün “Nemezis-2” terror əməliyyatının başlanılmasına təşəbbüs göstərməsi, həmin terror əməllərinə hazırlıq görməsi, əməliyyatın hansı səbəbdən məhz “Nemezis-2” adlandırılması, bu əməliyyatın başlanılması təşəbbüsünü irəli sürməkdə məqsədi və terror əməliyyatlarını konkret olaraq kimlərə qarşı həyata keçirməyi planlaşdırdığı, azərbaycanlı diplomatlara qarşı terror aktlarını törətməklə vermək istədiyi mesaj, terror əməliyyatının həyata keçirilməsi planları barədə kimlərlə məsləhətləşmələr aparması da soruşulub. Təqsirləndirilən şəxs Ruben Vardanyan ona verilmiş sualların heç birini cavablandırmayıb.
Səsli danışıqlar və yazışmalar, foto və videogörüntülər nümayiş etdirilib
Məhkəmə baxışı zamanı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı aparılmış cinayət işi üzrə toplanılmış materiallar, o cümlədən cinayət işi üzrə sübut kimi çıxış edən Ruben Vardanyanın qeyd olunan məsələlərlə bağlı vatsap, “Signal” və teleqram tətbiqləri üzərindən şəxsən apardığı səsli danışıqlar və yazışmalar, tərtib etdiyi sənədlər, foto və videogörüntülər ona verilən suallarla əlaqədar məhkəmə zalında nümayiş etdirilib.
SADİQ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12

