Azərbaycanın 76-cı Astronavtika Konqresində iştirakına dair rəsmi nəticələr açıqlanıb
07.05.2025 [23:49]
Bu il sentyabrın 29-dan oktyabrın 3-dək Avstraliyanın Sidney şəhərində keçiriləcək 76-cı Beynəlxalq Astronavtika Konqresi çərçivəsində elmi məqalələrin seçimi prosesi ilə bağlı rəsmi nəticələr açıqlanıb.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Astronavtika Federasiyası tərəfindən Azərbaycanın ümumilikdə 205 elmi məqaləsi qəbul olunub. Bu elmi məqalələrdən 166-sı Azərbaycan Milli Elmi Komandasının üzvləri tərəfindən təqdim olunub və onlar “Azərkosmos”un Kosmik Akademiyası tərəfindən həyata keçirilən birinci mərhələ keyfiyyət yoxlamasından uğurla keçib.
Milli Elmi Komandası üzrə nəticələrin xülasəsi:
* Ümumi təqdim edilmiş elmi məqalələr: 166
* Qəbul edilmiş elmi məqalələr: 140
* Ehtiyat siyahısında: 26
* Gender bölgüsü üzrə: Kişi – 88; Qadın – 78
Bu nəticələr Azərbaycan elmi ictimaiyyətinin beynəlxalq elmi mühitdə artan nüfuzunun, peşəkarlığının və fədakarlığının göstəricisidir.
Qeyd edək ki, 2025-ci ildə ölkəmizdən Sidney Konqresinə 632 elmi məqalə təqdim olunmuşdur. Bu nəticə ilə Azərbaycan elmi məqalələrin sayına görə Konqresdə iştirak edən ölkələr arasında ilk üçlükdə yer alıb. Builki Konqresə 103 ölkədən ümumilikdə 6400-dən çox elmi məqalə təqdim edilib.
“Dayanıqlı Kosmos: Dayanıqlı Yer” (“Sustainable Space: Resilient Earth”) mövzusunda keçiriləcək Sidney Konqresinə təqdim olunan elmi məqalələr maliyyə, sənaye, kənd təsərrüfatı, tikinti, şəhərsalma, İKT və digər sahələrdə kosmosun imkanlarından istifadə, rəqəmsal, yaşıl və dayanıqlı gələcəyin inkişafı üçün kosmik həllər kimi məsələləri əhatə edir.
Xəbər lenti
Hamısına baxDünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45
Gündəm
18 Avqust 11:25
İqtisadiyyat
18 Avqust 10:55
Analitik
18 Avqust 10:30
Analitik
18 Avqust 10:05
Analitik
18 Avqust 09:45
Sosial
18 Avqust 09:05
Dünya
17 Avqust 23:58
Dünya
17 Avqust 23:25
Dünya
17 Avqust 22:50
Dünya
17 Avqust 22:22
Dünya
17 Avqust 21:48
Dünya
17 Avqust 21:10
Dünya
17 Avqust 20:35
Dünya
17 Avqust 20:07
Dünya
17 Avqust 19:45
Dünya
17 Avqust 19:15
Elm
17 Avqust 18:55
İqtisadiyyat
17 Avqust 18:30
Elm
17 Avqust 18:05
Mədəniyyət
17 Avqust 17:40
İdman
17 Avqust 17:10
Elm
17 Avqust 17:01
Dünya
17 Avqust 16:48
Elm
17 Avqust 16:31
İdman
17 Avqust 16:25
Mədəniyyət
17 Avqust 15:55
Sosial
17 Avqust 15:35
Sosial
17 Avqust 15:10
Sosial
17 Avqust 14:50
Sosial
17 Avqust 14:19
Xəbər lenti
17 Avqust 14:13
Elm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55

