Baş prokuror tərəfindən cinayət işi başlanıb
02.07.2025 [09:07]
Ekspertizanın nəticələri - çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş posttravmatik şok nəticəsində...
İyunun 27-də Yekaterinburqda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin basqınında vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar - Ziyəddin və Hüseyn Səfərov qardaşlarının nəşləri Azərbaycana gətirilib və ölkəmizdə yenidən ekspertiza olunub. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Ədalət Həsənov meyitlərin ekspertizasının nəticələri ilə bağlı mətbuat konfransında bildirib ki, onlara Səfərov Ziyəddinin ölüm haqqında tibbi şəhadətnaməsi təqdim edilib və orada qeyd olunub ki, ölüm xəstəlikdən baş verib. Ona ürəyin kəskin işemik xəstəliyi diaqnozu qoyulub. Ədalət Həsənov bildirib ki, meyitin xarici müayinəsi zamanı çoxlu xəsarətlər, qançırlar, sıyrıqlar, hematomalar müşahidə edilib: “Bədən başdan-başa hematoma idi. Hər iki gözün ağlı qişasında, sağ alın və gicgah nahiyələrində qansızmalar, sağ gözün üst və alt qapaqlarında, boyunun sol və sağ yarısında, döş qəfəsinin sol qoltuqaltı nahiyəsində qançırlar, sol çiyinüstü nahiyədə qançırlı sıyrıqlar müşahidə edilib. Döş qəfəsi deformasiyalı və asimmetrikdir. Döş qəfəsinin sağ yarısının yan səthində zolaq şəkilli sıyrıqlar vardı. Qarının sağ yan səthində və qalça qanadı hüdudunda qançırlı sıyrıqlar, bud, baldır və topuq nahiyələrinin sıyrıqları və qançırları, xayalığın dərisində qeyri-müəyyən formalı qırmızımtıl, göyümtül rəngli qançırlar müşahidə olunub”.
Onun sözlərinə görə, Ziyəddin Səfərovun meyitinin daxili müayinəsi zamanı aşkarlanan dəyişikliklər, heç də Hüseyn Səfərovun meyitinə qoyulan diaqnozlardan fərqlənmir. “Belə ki, müayinə zamanı başın dəri örtüyünün iç səthinə, baş beynin sərt və yumşaq qişalarına qansızmalar, döş qəfəsinin küt travması, sıxılması aşkarlandı. Ən çox döş qəfəsində, xüsusilə iki xətt üzrə çoxsaylı sınıqlar vardı. Sol tərəfdə, eləcə də paravertebral onurğanın sağ tərəfi boyunca da sınıqlar müşahidə edildi. Bu, sol tərəfdən güclü sıxılmanın olduğunu göstərir. Həm solda ön tərəfdə, sağda arxa tərəfdə bütün qabırğaların hamısı sınmışdı. Kobud yerdəyişən sınıqlar ağciyəri zədələyib. Hətta qabırğalardan birini tapa bilmədik, onu yəqin Rusiyada müayinə zamanı götürüblər”, - deyə o əlavə edib. Ədalət Həsənov bildirib ki, Ziyəddin Səfərovun ölümünə səbəb çoxsaylı xəsarətlərlə əlaqədar baş vermiş ağır posttravmatik şokdur.
Azərbaycanın Baş prokuroru tərəfindən isə Azərbaycan Respublikası vətəndaşlarının və azərbaycanəsilli şəxslərin Rusiya Federasiyasının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən işgəncələrə məruz qoyulmaqla iki nəfərin xüsusi amansızlıqla qəsdən öldürülməsi faktı üzrə cinayət işi başlanıb. Bildirilib ki, ilkin istintaqla müəyyən edilib ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Milli Qvardiyasının, Daxili İşlər Nazirliyinin və Federal Təhlükəsizlik Xidmətinin Sverdlovsk vilayəti üzrə əməkdaşlarının iştirakı ilə Yekaterinburq şəhərində həyata keçirilmiş birgə əməliyyat-axtarış tədbirləri zamanı Yekaterinburq şəhərində müxtəlif ünvanlarda yaşayan Azərbaycan vətəndaşları və azərbaycanəsilli şəxslər əvvəlki dövrlərdə törədilmiş cinayətlərdə iştirak etməkdə şübhəli bilinərək saxlanılıb. Rusiyanın adları qeyd olunan əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyətli vəzifəli şəxsləri tərəfindən bir qrup halında azadlığı məhdudlaşdırılmaqla faktiki köməksiz vəziyyətdə olan, özünü zərbələrdən qorumaq imkanı olmayan Azərbaycan vətəndaşları və azərbaycanəsilli digər şəxslərə həm saxlama prosesində, həm daşındıqları nəqliyyat vasitələrində, əməliyyat-axtarış subyektlərinin yerləşdiyi inzibati binalarda bərk küt əşyalarla bədənlərinin müxtəlif nahiyətlərinə çoxsaylı zərbələr endirilməklə işgəncələrə məruz qoyulub və ağır bədən xəsarətləri yetirilib. Nəticədə Hüseyn Səfərov və qardaşı Ziyəddin Səfərov aldığı xəsarətlər nəticəsində xüsusi amansızlıqla qəsdən öldürülüb. Toplanmış materiallar əsasında Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 12.2 (ölkə xaricində Azərbaycan Respublikasının vətəndaşına qarşı cinayət törədildikdə məsuliyyətin Azərbaycan qanunvericiliyi ilə müəyyən olunması), 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda) və 293.3-cü (işgəncə vermə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qoyma, bu hərəkətlər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

