Hüququn və ədalətin keşiyində...
01.10.2025 [08:37]
Prokurorluq orqanlarının yaranmasından 107 il ötür
Azərbaycanın dövlətçilik prinsiplərinin ən mühüm sütunlarından biri ədalət mühakiməsinin, qanunun aliliyinin təmin olunmasıdır. Bu baxımdan prokurorluq orqanlarının yaranması, fəaliyyətə başlaması və zamanın sınaqlarından keçərək bu günə gəlib çatması, ölkəmizin hüquq və ədalət sistemində mühüm mərhələdir. Üstündən bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, prokurorluğun tarixi yalnız rəqəmlərlə deyil, həm də dövlətçilik düşüncəsi, milli iradə və hüquqi mədəniyyətin inkişafı ilə ölçülür.
107 illik yol - həm çətinliklərin, həm də uğurların məcmusudur. Əsrin əvvəllərində cümhuriyyətin hüquqi təməlini qoyan bu orqan sonrakı onilliklərdə müxtəlif siyasi, ictimai şəraitlərdən keçərək güclənmiş, müstəqillik dövründə isə tamamilə yeni mahiyyət qazanaraq, dövlətimizin suverenliyi, vətəndaşların hüquq və azadlıqlarının qorunması üçün etibarlı mexanizmə çevrilmişdir.
Bu gün prokurorluq orqanlarının 107 illik yubileyi yalnız tarixi fakt kimi yox, həm də Azərbaycan dövlətçiliyinin yetkinliyinin göstəricisi kimi dəyərləndirilir. Keçmişin təcrübəsi, bu günün tələbləri və gələcəyin hədəfləri fonunda prokurorluğun institusional gücü, peşəkar kadrlara söykənən fəaliyyəti və cəmiyyətin etimadını doğruldan mövqeyi daha aydın görünür.
Bəli, bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib. Prokurorluq orqanlarında aparılan hərtərəfli islahatların ilkin əsasını və qanunvericilik bazasını 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası təşkil edir.
Azərbaycan Konstitusiyasında ölkəmizin dövlət quruluşu sistemində prokurorluğun yeri müəyyənləşdirilib. Belə ki, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokurorluq orqanlarının statusu, təşkili, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələri qanunvericilik qaydasında təsbit edilib.
Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli Sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i Prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanılıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin olunması və vətəndaşların hüquq və azadlıqlarının qorunması prioritet istiqamətlərdən birinə çevrilib. Dövlət başçısı hər zaman vurğulayıb ki, ədalət və qanunçuluq prinsipləri yalnız cəmiyyətin deyil, həm də dövlət idarəçiliyinin əsas dayağıdır. Bu baxımdan prokurorluq orqanlarının fəaliyyəti müasir tələblərə uyğun şəkildə təkmilləşdirilmiş, struktur və kadr islahatları həyata keçirilib, maddi-texniki baza gücləndirilib.
Prokurorluq orqanlarının müstəqilliyi və peşəkarlığının artırılması istiqamətində qəbul edilən dövlət proqramları, qanunvericilikdə aparılan dəyişikliklər və idarəçilikdə tətbiq olunan innovativ mexanizmlər, məhz Prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsidir. Bu gün prokurorluq yalnız cinayətkarlığa qarşı mübarizə aparan bir institut deyil, həm də vətəndaşların ədalətə inamını möhkəmləndirən, dövlətin sosial-siyasi sabitliyinə töhfə verən mühüm hüquq mühafizə orqanıdır.
Xüsusilə son illərdə korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin olunması, elektron xidmətlərin tətbiqi və kadr hazırlığında yeni mərhələnin başlanması prokurorluğun fəaliyyətinə keyfiyyətcə yeni çalarlar gətirmişdir. Bu isə Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursun - hüquqi dövlət, güclü ədalət sistemi və qanunun aliliyinin təmin olunması siyasətinin bariz təzahürüdür.
Azərbaycan Prezidentinin 3 mart 2004-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması həm də prokurorluq strukturunun daha da təkmilləşdirilməsinə yönəldilmiş mühüm bir addım olmaqla, mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində və işin daha səmərəli təşkil olunmasında əhəmiyyətli rol oynayır.
Prokurorluq işçiləri hüquqi maarifləndirmə işlərində də fəal iştirak edirlər. Onlar yalnız cinayətkarları cəzalandırmaqla deyil, eyni zamanda, cinayətin qarşısını almaqla, vətəndaşlara qanunun necə işlədiyini başa salmaqla da məşğuldurlar. Bu isə uzunmüddətli perspektivdə hüquqi savadlı və təhlükəsiz bir cəmiyyətin formalaşmasına xidmət edir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

