Təbiətin nəfəsi...
11.12.2025 [08:33]
Dağlar dünya turizminin 15-20 faizini əhatə edir
Onlar yalnız landşaftın gözəlliyi ilə deyil, həm də ekosistemin mühüm komponenti olaraq təbiətin tarazlığını qoruyan böyük quruluşlardır. Dağlar təbiətin zənginliklərini özündə cəmləşdirən, həyat üçün vacib olan təbii resursların qaynağıdır. Əzəməti sadəcə hündürlüyü və möhtəşəmliyi ilə bağlı deyil. Əslində dağlar yer kürəsinin dinamik həyat dövrünün bir hissəsidir.
Dekabrın 11-i Beynəlxalq Dağlar Günüdür. Bu təqvim günü BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq hər il qeyd olunur. Hər il fərqli deviz altında qeyd edilən Beynəlxalq Dağlar Gününün builki mövzusu “Buzlaqlar dağlarda və onun hüdudlarından kənarda su, qida və yaşayış üçün vacibdir” adlanır. Dünyanın quru səthinin təxminən dörddə birini əhatə edən dağlar dünya əhalisinin 15 faizinə ev sahibliyi edir. Yeri gəlmişkən, dağ turizmi dünya turizminin 15-20 faizini əhatə edir.
Dünyanın ən hündür 3 dağı...
Dağlar yalnız təbiətin böyük gücünü əks etdirməkdən ibarət deyil, həm də insanın öz sərhədlərini aşmaq, təbiətə meydan oxumaq istəyini simvollaşdırır. Dünyanın ən hündür dağları siyahısında ilk yeri Everest dağı tutur. Everest dağı Nepalda, Çində sərhəddə yerləşir. Everest dağının rəsmi hündürlüyü dəniz səviyyəsindən 8,848 metr (29,029 fut) yüksəkdir. Everest ilk dəfə nepallı Sherpa Tenzing Norgay və Yeni Zelandiya alpinistləri Edmond Hillary tərəfindən 1953-cü ildə Britaniya ekspedisiyası ilə yekunlaşdırılıb.
K2 (8,611 metr)
K2 dağı dünyanın ikinci ən hündür dağıdır. K2 Everestdən sonra ən hündürdür və Pakistanda yerləşir. K2 dağı Pakistanın şimalında Himalay dağlarının Qarakoram silsiləsində yerləşir. Karakoram silsiləsinin ikinci zirvəsi Pakistanın K2 adlanan ən yüksək zirvəsidir.
Zirvə qalxma çətinliyinə görə “Vəhşi dağ”dır və səkkiz min zirvə arasında ikinci ən yüksək ölüm nisbətidir. K2-nin fəthi 31 iyul 1954-cü ildə “Ardito Desiofinally”nin başçılıq etdiyi italyan ekspedisiya komandası tərəfindən tamamlanıb.
Kançencanqa
Dünyanın ən hündür üçüncü dağı Nepalın şərqində Hindistan-Nepal sərhədində yerləşir. Kançencanqa dağının hündürlüyü 8,586 metrdir (28,169 fut). Kançencanqa Hindistanın ən yüksək zirvəsidir, eyni zamanda Himalay dağlarının ətraf hissəsinin adıdır və 5 zirvədən ibarət olduğu üçün “Beş Qar Xəzinəsi” mənasını verir.
Co Braun və Corc Bandın rəhbərlik etdiyi Britaniya ekspedisiyası komandası ilk dəfə 25 may 1955-ci ildə Kançencanqa zirvəsinə qalxıb.
Mikroplastiklərə, hətta Everestin zirvəsində də rast gəlinir
Son illərdə dağların qorunması istiqamətində müxtəlif beynəlxalq təşəbbüslər irəli sürülüb. BMT-nin dağlar üzrə proqramı dağ ekosistemlərinin qorunması və davamlı idarə edilməsi sahəsində bir sıra layihələr həyata keçirir.
Ətraf mühitin pisləşməsi dağlarda quraqlığa, sürüşmələrə və digər təbii fəlakətlərə, dağlıq rayonlarda siyasi vəziyyətin gərginləşməsi isə lokal müharibələrə, terrorizmin yayılmasına, qaçqınların sayının artmasına, aclıq və xəstəliklərin yaranmasına səbəb olur. Dağ ekosistemləri də çirklənmə təhlükəsi altındadır. Mikroplastiklərə, hətta Everestin zirvəsində də rast gəlinir. Dağların iqlim dəyişikliyi, eləcə də istismar və çirklənmə təhlükəsi altında olması insanlar və planet üçün riskləri artırır. Qlobal iqlim dəyişikliyi davam etdikcə dağ buzlaqları əriyərək aşağı axarda şirin su ehtiyatlarına təsir edir. Eroziya və çirklənmə aşağı axınla axan suyun keyfiyyətinə və torpağın məhsuldarlığına xələl gətirir.
Bütün bunlar dağlıq rayonların unikal təbiət və insan potensialının itirilməsinə gətirib çıxarır. Ona görə də dağları qorumaq üçün dünya ictimaiyyətinin diqqətini bu problemlərə cəlb etmək çox vacibdir. Həmin problem hamımıza təsir edir. Mənfi vərdişlərimizin ətraf mühitə təsirini bilməli, təbii sərvətlərin qayğısına qalmalıyıq.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxXəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23

