Daha 149 keçmiş məcburi köçkün Xocalı şəhərinə qayıdıb
16.02.2026 [16:18]
Fevralın 16-da Xocalı şəhərinə növbəti köç həyata keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən
AZƏRTAC-ın bölgə müxbirinə verilən xəbərə görə, bu gün 149 nəfərdən ibarət 30 ailə doğma yurduna dönüb. 55 nəfərdən ibarət 12 ailə çoxmənzilli yaşayış binasındakı mənzillərlə, 94 nəfərdən ibarət 18 ailə isə yeni bərpa edilmiş fərdi yaşayış evləri ilə təmin edilib.
Bu münasibətlə keçirilən mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Sakinlərə yeni mənzillərinin açarlarını təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılıb. Onun sözlərinə görə, şəhərdə müasir kommunikasiya infrastrukturu qurulub, yaşayış binaları və fərdi evlər yüksək standartlara uyğun inşa olunub, sosial obyektlərin yaradılması istiqamətində işlər davam etdirilir.
Qeyd olunub ki, məskunlaşma prosesi, “Böyük Qayıdış” Proqramına uyğun şəkildə mərhələli qaydada icra olunur. Azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, dayanıqlı yaşayışın təmin edilməsi məqsədilə zəruri sosial, nəqliyyat və kommunikasiya infrastrukturu formalaşdırılır.
Mərasimdən sonra ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.
Xatırladaq ki, indiyədək Xocalı şəhərinə və Xocalının 7 kəndinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşma prosesi planlı şəkildə davam etdirilir.
Xəbər lenti
Hamısına baxDünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21

