“Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun hesabat konfransı keçirilib
25.12.2013 [09:46]
Dekabrın 24-də “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun hesabat konfransı keçirilib.
AzərTAc xəbər verir ki, əvvəlcə müğənni Tünzalə Ağayevanın ifasında “Mənim Prezidentim” klipi nümayiş olunub.
Sonra təşəbbüs qrupunun fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən danışıb, təşəbbüs qrupunun fəaliyyətini yüksək qiymətləndirib. Nazir qeyd edib ki, respublikamızda dövlət gənclər siyasətinin təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təşəbbüs qrupunun yüzlərlə gənci bir araya toplaması, onların müxtəlif layihələrdə əməkdaşlıq etmələri və dövlətimizin başçısının yürütdüyü uğurlu gənclər siyasətini bir parçasına çevrilmələri bu təbəqənin püxtələşməsi üçün zəmin yaradıb.
Nazir vurğulayıb ki, Azərbaycan gəncliyi Prezident İlham Əliyevin qayğısını daim hiss edir. Bunun məntiqi nəticəsidir ki, oktyabrın 9-da keçirilmiş Azərbaycan Respublikasının Prezidenti seçkilərində gənclər yekdilliklə dövlətimizin başçısı İlham Əliyevə səs veriblər. Həmçinin “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupu çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi istiqamətində müxtəlif layihələr həyata keçiriblər.
Çıxış edən təşəbbüs qrupunun üzvləri - “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Seymur Hüseynov və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı sədrinin müavini Nərgiz Hüseynova həyata keçirilən layihələr barədə məlumat verib, ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışıblar.
Natiqlər qeyd ediblər ki, “Mənim Prezidentim” Gənclərin Təşəbbüs Qrupunun əsas məqsədi son on ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan uğurlu siyasətin nəticələrini geniş ictimaiyyətə, xüsusilə gənclərə çatdırmaqdır.
“Mənim Prezidentim” Vətənini sevən, onu daha yüksəklərdə görmək istəyən, daha parlaq Azərbaycan üçün çalışan dövlətimizin başçısı İlham Əliyevə dəstək olan gənclərin sinerjisidir. “Mənim Prezidentim” sıralarında yüz minləri birləşdirən gənclər hərəkatıdır.
Bildirilib ki, avqustun 23-dən başlayan kampaniyanın mühüm cəhətlərindən biri fəaliyyət dairəsinin geniş olmasıdır. “Mənim Prezidentim” kampaniyası yalnız Bakı şəhərini deyil, Azərbaycanın bir çox böyük şəhər və rayonlarını əhatə edir. “Mənim Prezidentim” kampaniyası Azərbaycanda indiyədək görünməmiş layihələrə imza atıb.
Tədbirdə, həmçinin dekabrın 24-də yaradılmasının 5 illiyini qeyd edən “İrəli” İctimai Birliyinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Mərasim konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

