“Öz biliyimi, bacarığımı ölkəmdə tətbiq etmək istəyirəm”
25.07.2014 [10:04]
Qoşqar Qədimbəyli: Azərbaycan dövləti gənclərin təhsilinə böyük diqqət ayırır
Məlum olduğu kimi, iyul ayının 20-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticələrinə əsasən, II ixtisas qrupu üzrə 2 nəfər ən yüksək nəticə - 700 bal toplayıb.
700 bal toplayan abituriyentlərdən olan Qoşqar Qədimbəyli Bakı şəhərində yaşayır, 287 saylı Zəkalar liseyini bitirib. Şahmat üzrə keçirilən beynəlxalq turnirlərdə ölkəmizi təmsil edən Qoşqar riyaziyyat fənnindən Bakı şəhəri üzrə keçirilən olimpiadada birinci yeri tutub. Qəbul imtahanlarına hazırlıq prosesinə gəlincə, o, 11-ci sinifdə oxuyarkən bir neçə fənn üzrə müəllim yanında hazırlaşıb. Sınaq imtahanlarında yüksək nəticələr göstərən Qoşqar qəbul imtahanında 700 bal toplamağı qarşıya məqsəd qoyub və bu səbəbdən də öz üzərində çox çalışıb.
İxtisas və ali məktəb seçiminə gəldikdə, Qoşqar bu barədə yekun qərarını vermədiyini bildirib: “Azərbaycan Diplomatik Akademiyası nəzərdə tutduğum ali məktəblərdəndir. Burada bir il oxuduqdan sonra təhsilimi xaricdə davam etdirmək istərdim. Ümid edirəm ki, Azərbaycan gənclərinə xarici ölkələrdə təhsil almağa imkan yaradan Dövlət Proqramından mən də faydalana biləcəm. Azərbaycan dövləti gənclərin təhsilinə böyük diqqət ayırır”.
Qoşqar bildirib ki, ADA-da təhsil alarsa, diplomatiya sahəsinə üstünlük verəcək, xarici ali məktəblərin birində oxuyarsa, iqtisadiyyat və ya biznesin idarə olunması ixtisaslarını seçəcək: “İstənilən halda, xaricdə oxusam belə, ölkəmə qayıdıb öz biliyimi, bacarığımı ölkəmdə tətbiq etmək istəyirəm”.
İmtahana hazırlaşdığı müddətdə sosial şəbəkələrdəki fəaliyyətini məhdudlaşdıraraq bütün diqqətini dərslərinə yönəldən Qoşqar uğur qazanmaq istəyən digər abituriyentlərə də prinsipial olmağı, çox çalışmağı məsləhət görüb.
Qoşqarın atası Azər Qədimbəyli və anası Səidə Qədimbəyli Qoşqarla fəxr etdiklərini, onun çalışqan, dərslərinə daim məsuliyyətlə yanaşan bir gənc olduğunu bildiriblər. Həmçinin, ailəsi Qoşqarın bundan sonra da təhsili ilə bağlı düzgün seçim edəcəyinə inanır.
Hülya
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

