Vətən Sizinlə fəxr edir!
05.08.2014 [09:41]
Məlum olduğu kimi, Ermənistanın işğalçı ordusu son günlər cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq Silahlı Qüvvələrimizin mövqelərinə basqın edib. Bu zaman döyüşlərdə həlak olmuş Azərbaycan ordusunun hərbi qulluqçuları müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 2014-cü il 3 avqust tarixli əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif ediliblər. Çünki onların hər biri öz igidliyi və şücaəti ilə Azərbaycan ordusunun yüksək döyüş ruhunu, gücünü düşmənə bir daha göstərib.
Onu da qeyd edək ki, avqustun 3-də və 4-də hərbi qulluqçuların ailələrinə medalların təqdim edilməsi mərasimləri olub. Belə ki, Tovuz rayonunun Aşağı Öysüzlü kəndində şəhid əsgər Poladov Vüqar Hidayət oğlunun valideynlərinə medalın təqdimatı ilə bağlı mərasim keçirilib. Tədbirdə çıxış edənlər son günlər cəbhə xəttində baş verən hadisələrdən, əsgərlərimizin igidliklərindən danışıblar. Sonra Müdafiə Nazirliyinin nümayəndəsi, general-leytenant Rövşən Əkbərov medalı şəhidin atası Hidayət Poladova təqdim edib. Hidayət Poladov mərasimdəki çıxışında şəhid oğlu ilə qürur duyduğunu ifadə edib: “Oğlum ölməyib, Vətən uğrunda şəhid olub və ən yüksək zirvəyə ucalıb. Mən özüm də Vətən uğrunda şəhid olmağa hazıram”.
Qazax rayonunun Cəfərli kəndində isə Azərbaycan Ordusunun giziri şəhid Almazov İsa Ziyad oğlunun xatirəsi ehtiramla yad olunub. General-leytenant Rövşən Əkbərov medalı şəhid İsa Almazovun oğluna təqdim edib. Mərasim iştirakçıları Azərbaycanın müdafiəsi uğrunda canından keçən bütün şəhidlərimizi yad ediblər.
Qax rayonundan hərbi qulluğa çağırılmış və qəhrəmancasına həlak olmuş kiçik gizir Elçin Əhmədovun xatirəsinə həsr olunmuş mərasimdə də şəhidlərin igidliklərindən danışılıb. Mərasimdə çıxış edən Müdafiə Nazirliyinin rəsmisi, polkovnik Abakər Mirzəyev deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti Ali Baş Komandanın bütün əmrlərini yerinə yetirməyə tam hazırdır.
İgid əsgər Rəhimov Əli Fətulla oğlunun doğulub boya-başa çatdığı Masallı rayonun Köçəkli kəndində keçirilən mərasimdə isə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində işğal altındakı torpaqlarımızın tezliklə düşmən tapdağından tam azad olunacağını əminliklə qeyd ediblər. Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini Abdulla Qurbani medalı şəhidin qardaşı Zakir Rəhimova təqdim edib. Z.Rəhimov ailəsi adından ölkə rəhbərliyinə minnətdarlıq edərək Vətənin müdafiəsinin hər şeydən vacib olduğunu, qardaşının şəhidlik zirvəsinə ucalması ilə qürur duyduqlarını bildirib.
Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən mərasimdə şəhid Əhmədov Qaryağdı Eldar oğlunun igidliyindən danışılıb. Müdafiə Nazirliyinin nümayəndəsi İslam Gəncəliyev və “Silahlı Qüvvələrə İctimai Nəzarət” İctimai Birliyinin sədri Emin Həsənli bildiriblər ki, Ermənistan ordusunun son günlər cəbhənin müxtəlif istiqamətlərində mövqelərimizə basqınının qarşısı Silahlı Qüvvələrimizin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində qətiyyətlə alınıb. Şəhidin atası Eldar Əhmədov oğlunun Vətən uğrunda həlak olması ilə fəxr etdiyini deyib: “Təki Vətən sağ olsun!”. Şəhid Qaryağdı Əhmədovun ailəsinə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı təqdim edilib.
Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunun həyatını həkimlərin səylərinə baxmayaraq xilas etmək mümkün olmayıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilən digər şəhidlərimiz gizir Əliyev Pərvin Səlahəddin oğlu, kiçik gizir Hüseynov Rahil Əfsər oğlu, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu əsgər Quliyev Sənan Qeyrət oğlu, əsgər Məmmədov Səftər Əlihüseyn oğlu, əsgər Coşqunov Mustafa Əhmədcan oğlu, əsgər Abdulov Hüseyn Etibar oğlu və əsgər İbrahimov Elnur Məhiyəddin oğludur.
Azərbaycan xalqı özünün igid şəhid oğulları ilə hər zaman fəxr edir, onların xatirəsini əziz saxlayır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

