“Sovetski”də inventarlaşdırma işləri uğurla davam etdirilir
13.08.2014 [09:46]
Səməd İslamov: Biz bu gün artıq görürük ki, işlərimizin nəticəsi çox müsbətdir
Ölkəmizdə həyata keçirilən geniş infrastruktur layihələri, respublikamızda şəhərsalma sahəsində görülən işlər Bakının inkişafına və müasirləşməsinə şərait yaradıb. Bu gün milli memarlıq ənənələrinə sadiq qalaraq müasir üslubda həyata keçirilən həmin layihələr çərçivəsində yeni parklar, xiyabanlar salınır, binalar inşa olunur.
Elə Bakının “Sovetski” adlanan ərazisində nəzərdə tutulan yenidənqurma və abadlıq işləri də məhz şəhərimizin müasir görkəminə əlavə gözəllik qatacaq. Artıq bununla bağlı müəyyən layihələr, fikir və təkliflər də mövcuddur.
Hazırda isə ərazidə inventarlaşdırma işləri uğurla davam etdirilir və həmin ərazidə evlərini müəyyən edilmiş şərtlərlə satmaq istəyən ailələrin sayı 2100-ə çatıb. Bu barədə qəzetimizə açıqlamasında Yasamal rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal rayon İcra Hakimiyyəti nəzdində yaradılmış Köçürmə Komissiyasının sədri Səməd İslamov bildirib: “Köçmək üçün müraciət edənlərin sayı sürətlə artır. Komissiyanın son iclasında 78 mənzil sahibi ilə razılaşma protokolu imzalanıb. Müqayisə üçün deyim ki, Komissiyanın bundan əvvəlki iclasında 66 mənzil sahibi ilə razılaşma protokolu imzalanmışdı. Sənədlərində kiçik çatışmazlıqlarla bağlı müraciət edənlərin də sayını nəzərə alsaq, dünən Komissiya 150 nəfəri qəbul edib, gecə saat 23:00-a qədər işləyib. Çünki qarşımıza məqsəd qoymuşuq ki, müraciət edənlərin hamısını qəbul edək”.
Komissiya sədri söküntü ərazisinə düşən 3480 ünvanda daşınmaz əmlak obyektlərində dəqiq ölçü işlərinin aparıldığını, söküntü işlərinin də intensivləşdiyini bildirib. Qeyd olunub ki, indiyədək 1575 mənzilin sahibi ilə razılaşma protokolu imzalanıb. Artıq 1452 əmlak sahibinin bank hesabına vəsait köçürülüb, söküntü ərazisinə düşən 726 yaşayış və qeyri-yaşayış sahəsi isə sökülüb.
S.İsmayılov, eyni zamanda, onu da vurğulayıb ki, hazırda köçürülmə davam edir, komissiyaya müraciətlər daxil olur: “İlkin mərhələdə nəzərdə tutduğumuz yəni, inventarlaşma və ölçü işləri aparılmış yaşayış və qeyri-yaşayış sahələrinə nisbətdə bu gün əldə etdiyimiz razılaşma protokolları 47 faizdir. Yəni, hansı ünvanlarda ki, biz ölçü və inventarlaşma işləri aparmışıq, həmin mənzillərin və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərinin 46-47 faizi artıq razılaşma protokolunu imzalayıblar”.
Bəzi qüvvələrin bu məsələdən sui-istifadə edərək süni narazılıq və ajiotaj yaratmaq istədiklərini bildirən Səməd İslamov onların səylərinin əbəs olduğunu qeyd edib: “Dövlətimizin məqsədi həmin ərazidə gözəl və müasir istirahət mərkəzləri, yol qovşaqları yaratmaqdır. Heç bir vətəndaşın evindən məcburi şəkildə çıxarılmasından söhbət gedə bilməz. Kim dövlətin onlara təqdim etdiyi bu şərtlərlə razıdırsa, gəlir, öz mənzilini satmağa razılıq verdiyini bildirir. Hər dəfə həmin ərazidə yaşayan insanlarla görüşümüz zamanı bildiririk ki, onları kimsə zorla buradan köçürməyəcək. O insanlar ki, öz razılıqları ilə rəsmi ərizə yazıb müraciət edirlər, biz onların ərizələrinə baxırıq və dəyərləndiririk. Bizə müraciət edənlərin sayı həddindən artıq çoxdur. Təbii ki, bu ərazidə yaşayan insanlar da istəyirlər ki, geniş evlərdə, gözəl təmir olunmuş mənzillərdə yaşasınlar. Düşünürəm ki, bu ərazidə salınacaq yeni parklar uşaqların, yaşlı insanların daha çox sevincinə səbəb olacaq. Yaradılacaq müasir infrastruktur, salınacaq geniş və abad yollar, yeraltı keçidlər şəhərimizin gözəlləşməsinə töhfə verəcək”.
Oktay
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Dünya
17 İyul 21:25
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09
Siyasət
17 İyul 09:56
Elm
17 İyul 09:48
Dünya
17 İyul 09:42
Sosial
17 İyul 09:34
Dünya
17 İyul 09:17
Hadisə
17 İyul 08:47
Dünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16

