Azərbaycan Tibb Universitetində Bilik Günü qeyd olunub
16.09.2014 [09:39]
Dünən Azərbaycan Tibb Universitetində (ATU) “Bilik Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə çıxış edən ATU-nun rektoru, millət vəkili, akademik Əhliman Əmiraslanov bu əlamətdar günün əhəmiyyətindən danışıb, tələbə adını qazanan gəncləri, onların valideynlərini və müəllimləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib.
Universitetin fəaliyyəti haqqında məlumat verən Ə.Əmiraslanov ATU-nu nəzdində onkoloji, tədris-terapevtik və stomatoloji klinikaların olduğunu, bir il əvvəl isə tədris-cərrahiyyə klinikasının istifadəyə verildiyini xatırladıb: “Bizim klinikaları görən xarici qonaqlar şəraitimizin Avropa klinikalarından heç də geri qalmadığını dəfələrlə vurğulayıblar. Hazırda təmirdə olan Onkoloji klinika üçün də yeni avadanlıqlar alınır. 400 çarpayılıq Tədris Terapevtik Klinikada universitetin 16 kafedrası yerləşir. Nisbətən yeni olan Tədris Cərrahiyyə Klinikamız 500 çarpayılıqdır və burada 20-dən artıq kafedra yerləşir”.
ATU nəzdində yeni klinikaların açılmasını Prezident İlham Əliyevin səhiyyə, tibb təhsili sahəsinə xüsusi qayğısı ilə əlaqələndirən Ə.Əmiraslanov bu addımların elm müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksəkixtisaslı tibb kadrlarının hazırlanmasında böyük köməyi olacağına əminliyini vurğulayıb.
Tədbirdə qeyd olunub ki, 2014/2015-ci tədris ilində ATU-ya 1022 nəfər qəbul olunub. Onlardan 957 nəfər həkim və hərbi həkim, 50 nəfər hərbi feldşer, 15 nəfər isə magistr ixtisasını seçib. Eyni zamanda, müqavilə əsasında 145 xarici tələbə hazırlıq şöbəsindən universitetin birinci kursuna qəbul olunub. Bu ilki qəbul imtahanlarında 600-dən çox bal toplamış 366 nəfər, 700 bal toplamış 2 nəfər ATU-da təhsil alacaq. Prezident təqaüdçülərinin sayı isə 25 nəfərdir.
Tədbirdə çıxış edən səhiyyə nazirinin müavini Elsevər Ağayev yeni dərs ilinin başlanması münasibətilə müəllim və tələbələri təbrik edib. E.Ağayev biliyin keyfiyyətli təhsildən keçdiyini vurğulayaraq bu sahədə dövlətin gördüyü işlərdən danışıb. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində əsaslı təmir olunmuş və yenidən tikilmiş tibb ocaqlarının sayının artıq 600-ə yaxınlaşdığını bildirən nazir müavini deyib ki, ən müasir avadanlıqlarla təchiz edilmiş bu müəssisələr gələcəyin kadrları olan indiki tələbələrin yolunu gözləyir.
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Azərbaycan təhsilinin və səhiyyəsinin infrastrukturunda əsaslı islahatlar aparıldığını qeyd edib. M.İbrahimqızı bildirib ki, bütün bu irəliləyişlərin kökündə Azərbaycanın daim artan iqtisadi gücü dayanır. “Dövlətimizin başçısı İlham Əliyevin siyasətinin əsasında milli maraqlarımız dayanır. Ona görə də, xalqımız bu siyasəti birmənalı şəkildə dəstəkləyir və Prezidentimizin ətrafında sıx birləşib.
Tədbirdə ATU-nun müalicə-profilaktika fakültəsinə 700 balla qəbul olmuş İlkin Məmmədzadə çıxış edərək daim bu ali təhsil ocağının adını ucaldacağına və müəllimlərinin etimadını doğruldacağına söz verib.
Sonda AMEA-nın müxbir və həqiqi üzvü adını qazanmış ATU əməkdaşlarına - Biofiziki və bioüzvi kimya kafedrasının müdiri Dilqəm Tağıyev, Mikrobiologiya kafedrasının müdiri Zakir Qarayev, I cərrahi xəstəliklər kafedrasının müdiri Nuru Bayramov, və Tibbi biologiya və genetika kafedrasının professoru İlham Şahmuradova hədiyyələr təqdim olunub.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

