Bakı Ali Neft Məktəbinin 17 tələbəsi Prezident təqaüdünə layiq görülüb
16.09.2014 [09:40]
Sentyabrın 15-də Bakı Ali Neft Məktəbində (BANM) yeni tədris ilinin başlanması və “Bilik Günü” münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin bu təhsil ocağındakı büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən BANM-ın rektoru Elmar Qasımov qəbul imtahanlarında yüksək bal toplayaraq bu alı təhsil ocağının tələbəsi adını qazanan abituriyentləri yeni tədris ilini başlanması münasibəti ilə təbrik edib.
Bildirilib ki, bu tədris ilində BANM-a qəbul üzrə orta keçid balı 668 bal olub. Yeni yaranmasına baxmayaraq, məktəb ali təhsil müəssisələrinin reytinq cədvəlində birinci yerə yüksəlib. Dövlətimizin başçısının 2014/2015-ci tədris ilində respublikanın ali məktəblərinə yüksək balla daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncamına əsasən bu ali təhsil ocağının 17 tələbəsi də fəxri təqaüdə layiq görülüb.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Böyük Britaniyanın Heriot-Vatt Universitetinin Neft Mühəndisliyi İnstitutunun professoru Con Ford çıxış edərək ali məktəbin pedaqoji kollektivini və tələbələri “Bilik Günü” münasibəti ilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.
Builki qəbul imtahanlarında 700 bal toplayaraq BANM-a qəbul olunan Eltun İbrahimov tələbələr adından çıxış edərək təhsilin inkişafına göstərilən qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda BANM-in ilkin hazırlıq ilini müvəffəqiyyətlə bitirmiş tələbələrə Heriot-Vatt Universitetinin tələbə vəsiqələri, 2014/2015-ci tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazananlara isə tələbə biletləri təqdim edilib.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

