Şəkinin tarixi məkanları ilə tanışlıq Humanitar Forumun iştirakçılarında böyük maraq doğurub
09.10.2014 [09:37]
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu oktyabrın 5-də Azərbaycanın qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən olan Şəkiyə səfər edib.
AzərTAc xəbər verir ki, qrupa dünyanın müxtəlif ölkələrini, beynəlxalq təşkilatları təmsil edən tanınmış ictimai-siyasi xadimlər, elm adamları daxil idilər.
Şəkiyə səfərləri çərçivəsində qonaqlar şəhərin görməli yerlərini gəzib, tarixi-memarlıq abidələri ilə tanış olublar.
Forum iştirakçılarının qədim Şəki ilə ilk tanışlığı Azərbaycan memarlığının şah əsərlərindən olan Şəki xanlarının sarayını ziyarətlə başlayıb. Qonaqların diqqətinə çatdırılıb ki, Şərq memarlığının nadir incisi hesab olunan bu saray XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoymuş Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Müştağın dövründə - 1761-1762-ci illərdə tikilib. İnşaat texnologiyasına görə bənzəri olmayan bu sarayın tikintisində mismar və yapışqandan istifadə olunmayıb.
Sarayın həyətindəki 500 ilə yaxın yaşı olan qoşa Xan çinarları forum iştirakçılarında böyük maraq oyadıb. Qonaqların diqqətinə çatdırılıb ki, iki il əvvəl bu bənzərsiz sarayın 250 illik yubileyi Şəkidə böyük təntənə ilə qeyd olunub.
Forum iştirakçıları sarayın həyətində Şəki şirniyyatları ilə bəzədilmiş çay süfrəsinə qonaq olub, abidənin önündə xatirə şəkilləri çəkdiriblər.
Şəkiyə səfərləri çərçivəsində Forum iştirakçıları XVIII əsrin sonu-XIX əsrin əvvəllərində inşa edilmiş “Yuxarı Karvansaray” mehmanxana kompleksi ilə də tanış olublar. Qonaqlara məlumat verilib ki, Şərq memarlığı üslubunda tikilən bu kompleks 300-dək otaqdan və zirzəmidən ibarətdir. XVIII-XIX əsrlərdə Yaxın və Orta Şərq ölkələrindən gələn tacirlər əsasən bu karvansarayda qalır, ticarətlə məşğul olurdular. Bildirilib ki, hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir. Hər il bu abidənin həyətində beynəlxalq səviyyəli tədbirlər, festivallar keçirilir.
Abidə ilə tanışlıqdan sonra qonaqlar şəkili sənətkarların istehsal etdikləri müxtəlif çeşiddə məhsulların, xalq tətbiqi sənəti nümunələrinin satıldığı ticarət obyektlərini, xırda dükanları gəzib, sənətkarların əl işlərinə baxıblar.
Səfər proqramına uyğun olaraq qonaqlar sonra XIX əsrə aid tarixi-memarlıq abidəsi olan Şəki Cümə Məscidini ziyarət ediblər.
Şəkiyə səfərləri çərçivəsində Humanitar Forumun iştirakçıları, həmçinin, Kiş kəndində yerləşən qədim alban məbədi ilə tanış olublar. Qonaqların diqqətinə çatdırılıb ki, məbəd eramızın I əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. Məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Qədim və müasir Şəki ilə tanışlıq IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarında zəngin təəssüratlar yaradıb.
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

