Prezidentimizin Gəncəyə səfəri bizə qürur verdi
22.10.2014 [09:54]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı ilə birgə Şeyx Nizami yurdu Gəncəyə səfəri bütün gəncəlilər tərəfindən böyük rəğbətlə qarşılandı. 18 oktyabr - Dövlət Müstəqilliyi Gününü gəncəlilərlə birgə qeyd edən ölkə başçısının ənənəvi olaraq, təhsil, mədəniyyət, sənaye obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirakı hər birimiz üçün tarixi və əlamətdar hadisə oldu. Xüsusən, 32 minlik YAP Gəncə şəhər təşkilatının fəalları ölkə başçısının, partiyanın Sədrinin şəhərimizə bu səfərini diqqət və qayğının bariz nümunəsi olaraq dəyərləndirdilər, Onun tövsiyə və tapşırıqlarını gələcək fəaliyyət proqramı olaraq qəbul etdilər.
“Gəncə gözəlləşir, abadlaşır. Hər dəfə burada olanda görürəm ki, Gəncə daha gözəl şəhərə çevrilibdir”. Cənab İlham Əliyevin hər birimizdə qürur yaradan bu sözləri Prezidentimizin bütün tapşırıqlarını yüksək təşəbbüskarlıqla, təşkilatçılıqla yerinə yetirən şəhər rəhbərliyinin yorulmaz fəaliyyətinə, hər bir partiya fəalının, hər bir gəncəlinin işinə verdiyi yüksək qiymətdir.
Müstəqil Azərbaycanımızın memarı və qurucusu Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü, uzaqgörən və praqmatik dövlət siyasətinin uğurlu nəticəsidir ki, bu gün respublikamızın Qərb bölgəsinin mərkəz şəhəri olan, öz tarixi dəyərlərini qoruyub saxlamaqla gündən-günə gözəlləşən, 4000 illik tarixi olan Gəncə beynəlxalq miqyasda tanınır. Bu, bizim hər birimizi ürəkdən sevindirir. Gəncə Avropa şəhərləri ilə qardaşlaşır, Gəncə ilə adı bir çəkilən Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin yubileyləri onların doğma şəhəri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində də qeyd olunur. Şəhərimizdə Dünya Gənclər Festivalı, Madrid Klubunun xətti ilə keçirilən tədbirlər, beynəlxalq elmi-praktik konfranslar, I, II, III Beynəlxalq Şərab festivalları, IV Beynəlxalq Humanitar Forum iştirakçılarının Gəncəyə gəlişi və digər tədbirlər bir daha onu təsdiqləyir ki, Gəncə dünyanın diqqət mərkəzindədir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, hazırda Onun adını daşıyan Heydər Əliyev park-kompleksi və möhtəşəm Heydər Əliyev Mərkəzi, qurtuluşumuzun əzəmətli rəmzi olan “Zəfər Tağı” şəhərimizə gələn qonaqlarda heyrət doğurur.
Xalqımızın iftixarı olan dahi şairimiz Nizami Gəncəvinin Məqbərəsinin yenidən qurulması və ərazinin abadlaşdırılması, Nizami Muzeyinin və Mərkəzin yaradılması, “Xəmsə” kompleksi, Məhsəti Mədəniyyət Mərkəzi, Gəncə Qala Qapıları - Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə - Kompleksi və sair möhtəşəmliklər tariximizə, milli-mənəvi dəyərlərimizə göstərilən dövlət qayğısının parlaq təzahürü kimi Gəncənin yeni tarixinə zənginlik və şöhrət gətirib. Ölkə başçısının Gəncəyə 13-cü səfəri bu zənginliyi daha da artırıb, şəhərin şöhrət salnaməsinə yeni çalarlar gətirib.
Milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması, mədəniyyət, incəsənət, elm və təhsilin inkişafı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirən cənab Prezident İlham Əliyev ecazkarlığı, gözəlliyi ilə hamını heyran edən Heydər Əliyev Parkında, “İmamzadə” dini kompleksində, Gəncə Dövlət Filarmoniyasının yeni binasında tikinti işlərinin gedişi ilə tanış olub, Gəncə Dövlət Dram Teatrının yeni binasının, “Ştadler” Gəncə vaqon istehsalı zavodunun təməlini qoyub, 4 nömrəli orta məktəbin yeni korpusunun, 2 nömrəli körpələr evi-uşaq bağçasının açılışını edib. Möhtərəm Prezidentimizin təhsilin inkişafına göstərdiyi diqqətin nəticəsidir ki, son illərdə heç bir dövrdə olmayan qədər məktəb binası tikilib, təhsil müəssisələri üçün yeni korpuslar inşa olunub. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də mühüm işlər görülüb. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva da dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyət proqramına güclü dəstək verib.
Ölkə Prezidenti Gəncənin hər qarışına, hər guşəsinə bələddir. Ətrafdakı bütün yeniliklər, şəhərin həyatındakı dəyişikliklər nəzər-diqqətindən yayınmır. Cənab Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın açıq səma altında muzeyə bənzəyən Cavad xan küçəsində sakinlərlə, uşaqlarla görüşüb, səmimi söhbət etməsi, xatirə şəkilləri çəkdirməsi unudulmaz təəssüratlarla yadda qaldı. 5-ci sinif şagirdi Eminin Prezident və Onun xanımını öz ad gününə dəvət etməsi, ölkə başçısının bu dəvəti qəbul etməsi bir daha təsdiqlədi ki, cənab İlham Əliyev ölkənin hər bir vətəndaşının Prezidenti, xoşbəxt və parlaq gələcəyinin qarantıdır. Fəxrlə deyə bilərəm ki, bu gün Gəncənin tərəqqisi, zəfəri fövqündə yüksək intellektli, əzmkar və qətiyyətli gənclik yetişir. Bu gəncliyin yolu şanlı və şərəfli mübarizə tarixi olan Yeni Azərbaycan Partiyasından keçir. YAP Gəncə şəhər təşkilatının üzvlərinin yarıdan çoxu gənclərdir. Onlar bütün quruculuq işlərinin önündə addımlayırlar. Gəncənin 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı müsabiqəsinin qalibi olması da, gənclərin vətənpərvərliyinin, Vətənimizə, dövlətçiliyimizə sədaqətinin təzahürüdür. Bu gün partiya sıralarına gələnləri bir amal birləşdirir: Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin ətrafında daha sıx birləşmək, güclü və qüdrətli Azərbaycanın nüfuzunu dünya miqyasında daha yüksəklərə qaldırmaq, Şeyx Nizami yurdunu gündən-günə çiçəkləndirmək və gözəlləşdirmək.
Naqif HƏmzƏyev,
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

