Birinci Avropa Oyunları ilə bağlı yeni kampaniyaya start verilib
06.12.2014 [11:58]
Dekabrın 5-də Gənclər və İdman Nazirliyi, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin könüllülər departamenti və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə “Könüllü ol! Paylaş, faydalan və dəstək ol!” şüarı altında yeni kampaniyanın həyata keçirilməsinə başlanılıb.
AzərTAc xəbər verir ki, 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə keçirilən kampaniyanın məqsədi milli və beynəlxalq səviyyədə təşkil edilən könüllülük proqramları haqqında gənclərin məlumatlandırılması və onların bu fəaliyyətə cəlb olunmalarına imkan yaratmaqdır.
Kampaniya çərçivəsində üç istiqamət üzrə gənclərə könüllülük haqqında məlumat verilib. Həmçinin onlara Azərbaycanın aparıcı könüllülük proqramlarında iştirak imkanı yaradılıb.
Kampaniyanın açılışında ARGTMŞ-nin sədri Şahin Seyidzadə və “Bakı-2015”in könüllülər departamentinin baş meneceri Anna Poronik Beynəlxalq Könüllülər Gününün tarixindən danışıblar. Diqqətə çatdırılıb ki, 5 dekabr - Beynəlxalq Könüllülər Günü 1985-ci ildən başlayaraq BMT Baş Məclisi tərəfindən iqtisadi və sosial inkişaf naminə qeyd edilir. Könüllülüyün sosial fəaliyyət olduğunun vurğulandığı çıxışlarda bildirilib ki, onun əsas məqsədi cəmiyyətə və insanlara təmənnasız xidmət etməkdir.
Çıxış edənlər ölkəmizin könüllülük sahəsində kifayət qədər yaxşı təcrübəsinin olduğunu vurğulayaraq, əlamətdar gün münasibətilə təbriklərini çatdırıblar.
Sonra tədbirdə “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları könüllülük proqramını təbliğ ediblər.
Mərasimdə gənclərə gələn il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında könüllü olmaq üçün müraciət etmək imkanı yaradılıb. Həmçinin musiqi parçaları və rəqslər ifa olunub, könüllülüklə bağlı müxtəlif yarışlar keçirilib. Fəallığı ilə seçilən gənclər hədiyyələrlə mükafatlandırılıb.
Gənclərin böyük marağına səbəb olan tədbir könüllülüklə bağlı müxtəlif intellektual yarışmalarla davam edib.
Xəbər lenti
Hamısına baxMədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07

