“Ağacların kəsilməsinə yox!” proqramının 6 aylıq hesabatı dərc olunub
18.12.2014 [10:02]
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin həyata keçirdiyi “Ağacların kəsilməsinə yox!” proqramının 6 aylıq hesabatı dərc olunub.
İctimai Birlikdən AzərTAc-a verilən məlumata görə, qanunsuz ağac kəsilməsi halları ilə rastlaşan vətəndaşlar “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılmış “Təbiətə təcili yardım” qaynar xətti (bütün mobil operatorlardan və şəhər nömrələrindən -1113) vasitəsilə şikayətlərini IDEA İctimai Birliyinə çatdırırlar. Daxil olan şikayətlər əsasında hadisə yerinə yollanan IDEA-nın xüsusi mobil qrupu hadisəni yerində araşdırır, qanun pozuntusu barədə əlavə sübutlar, foto və video materiallar toplayaraq, müvafiq dövlət qurumları ilə birlikdə aidiyyəti tədbirlər görür.
Cari ilin 6 ayı ərzində qanunsuz ağac kəsilməsi halları ilə bağlı IDEA İctimai Birliyinə Bakı və Sumqayıt şəhərlərindən ümumilikdə 78 müraciət daxil olub. IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər bir müraciətə ayrı-ayrılıqda baxılıb, müvafiq qaydada sənədləşdirilib. Kəsilmiş ağaclarla bağlı hər bir şikayət barədə geniş məlumat, eləcə də hadisə yerində çəkilmiş fotoşəkillər və rəsmi qurumlardan daxil olmuş sənədlər anket formasında hazırlanaraq, IDEA İctimai Birliyinin internet səhifəsində (httr://ideacamraign.org/first_aid_to_the_nature/) yerləşdirilib. Proqram barədə ətraflı məlumatı həmin səhifədən əldə etmək mümkündür.
Aşkar edilmiş faktlar üzrə qanun pozuntusuna yol vermiş fiziki və hüquqi şəxslərə qarşı aidiyyəti qurumlar tərəfindən akt və protokollar tərtib olunaraq inzibati cərimələr tətbiq edilib və zəruri tədbirlərin görülməsi üçün şəhər, rayon icra hakimiyyətlərinin müvafiq qurumlarına, hüquq mühafizə orqanlarına rəsmi müraciətlər göndərilib.
IDEA İctimai Birliyinin həyata keçirdiyi “Ağacların kəsilməsinə yox!” proqramının 6 aylıq hesabatı ilə http://ideacampaign.org/az/6_aylıq_hesabat.html internet səhifəsində tanış olmaq mümkündür.
IDEA İctimai Birliyi “Ağacların kəsilməsinə yox!” proqramına verdikləri dəstəyə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, müvafiq İcra hakimiyyətlərinə və ekoloji problemlərə biganə qalmayan vətəndaşlara təşəkkürünü bildirir.
İctimai Birlik bir daha vətəndaşları rastlaşdıqları qanunsuz ağac kəsilməsi halları barədə bütün mobil operatorlardan və şəhər nömrələrindən 1113 qaynar xəttinə zəng edərək, məlumat verməyə çağırır.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

