“Azercell”in dəstəklədiyi “MilliNet” müsabiqəsinin qalibləri bəlli olub
24.12.2014 [09:27]
“Azercell Telekom” MMC-nin artıq 6 ildir ki, baş sponsoru olduğu Azərbaycanın ilk və yeganə peşəkar internet mükafatı olan “MilliNet”in qalibləri bəlli olub. Mükafatların təqdimetmə mərasimində internet ictimaiyyətinin, İKT sahəsində fəaliyyət göstərən dövlət və özəl sektorun, təhsil müəssisələrinin nümayəndələri, “MilliNet” təşkilatçıları iştirak ediblər. Tədbirdə bildirilib ki, bu il mükafata 322 saytın namizədliyi təqdim edilib, lakin onların sırasından qaydalara uyğun olan 272 sayt səsverməyə çıxarılıb. Səsvermənin 1-ci mərhələsinin yekununda 14 nominasiya üzrə 272 sayt arasından 78 sayt nominant statusu alıb. Azərbaycan İnternet Forumunun 3 istiqamət üzrə formalaşdırdığı münsiflər heyəti 2-ci səsvermə prosesində 78 nominant arasından ən yaxşılarını seçib. Təqdimat mərasimində “Azercell”in Korporativ Ünsiyyət Bölümünün rəhbəri Nigar Şıxlinskaya çıxış edərək “MilliNet” müsabiqəsinin ölkədə internetin və ümumilikdə isə İKT sahəsinin inkişafında mühüm rol oynadığını qeyd edib. O, gələcəkdə də internetin inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib. Sonra qaliblərə mükafatlar təqdim edilib. Nominasiyanın hər biri üzrə qalib gələnlərə “MilliNet”in tuncdan hazırlanmış xüsusi mükafatı - hörümçək toru əks olunan buta təqdim olunub. Xatırladaq ki, Azərbaycan internetinin inkişafına təkan vermək, ən yaxşı milli internet resurslarının yaradılmasını stimullaşdırmaq, onları üzə çıxartmaq və populyarlaşdırmaq məqsədilə keçirilən müsabiqəyə cari ilin sentyabr ayında start verilib.
Qeyd edək ki, “Azercell” Azərbaycanda yaradıcılığın, peşəkar fəaliyyətin və informasiya mübadiləsinin yeni bir sahəsi olan internet sektorunun inkişafına xidmət edən layihələri daim dəstəkləyir. Şirkət daim Azərbaycan dilinin internetdə tətbiqinin genişləndirilməsinə yardım edən, milli internet resurslarının yaradılmasını stimullaşdıran belə təşəbbüslərin tərəfdarı kimi çıxış edib. Məlumatda qeyd olunur ki, ölkənin lider mobil rabitə operatoru “Azercell Telekom” öz öhdəliyinə sadiq qalaraq bundan sonra da bu cür layihələrə öz dəstəyini göstərməkdə davam edəcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxHadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25

