Akademik Məmmədbağır Əliyev 60 illik yubileyini qeyd edib
10.04.2015 [10:02]
Aprelin 8-də Rusiya paytaxtındakı “Four Seasons Hotel Moscow” otelində Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktor müavini, Elmi-Tədqiqat Uşaq Onkologiya və Hematologiya İnstitutunun direktoru, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) prezidenti Məmmədbağır Əliyevin anadan olmasının 60 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilib.
Dünyanın ən məşhur azərbaycanlılarından birini yubiley münasibətilə təbrik etmək üçün onun dostları, həmkarları, doğmaları və yaxınları, Azərbaycanın Rusiya Federasiyasındakı diasporunun üzvləri gəlmişdilər. Azərbaycandan gəlmiş nüfuzlu nümayəndə heyəti də zalda idi. Bu nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Azərbaycan Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev və başqaları vardı.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə dövlətimizin başçısı İlham Əliyevin təbrik məktubunu və M.Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilməsi barədə Sərəncamını oxuyub.
Yubilyarın ünvanına Rusiya Prezidenti Vladimir Putinin, RF hökumətinin sədri Dmitri Medvedevin, Dövlət Dumasının sədri Sergey Narışkinin, Moskva meri Sergey Sobyaninin adından təbriklər daxil olub. RF səhiyyə naziri Veronika Skvortsovanın adından M.Əliyevə “Vətən səhiyyəsi qarşısında xidmətlərinə görə” mükafatı təqdim edilib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu M.Əliyevi təbrik edərək deyib ki, hər bir ölkə, hər bir xalq özünün görkəmli insanları ilə fəxr edir. Məmmədbağır Əliyev də belə insanlardan biridir. İşinin hədsiz çox olmasına baxmayaraq, o həm də öz üzərinə böyük ictimai yük götürüb - Rusiyadakı ən böyük diaspor təşkilatlarından biri olan Ümumrusiya Azərbaycanlılar Konqresinə rəhbərlik edir. O, öz nüfuzu ilə Rusiyada yaşayan bütün azərbaycanlıları dəstəkləyir. P.Bülbüloğlu deyib: “60 yaş - müdriklik və kamillik çağıdır. Sizin bu 60 ildə gördüyünüz işlər 100 il üçün kifayət edər. Mən sizə bu qədər yaşamağı arzu edirəm”.
N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzinin direktoru, akademik Mixail Davudov deyib: “Məmmədbağır Əliyev görkəmli alim, gözəl insan, əla dost, sevən və sevilən ailə başçısıdır”.
O qeyd edib ki, Onkoloji Elmi Mərkəzin bəxti gətirib, çünki bu mərkəzdə Məmmədbağır Əliyev kimi mahir mütəxəssis işləyir, öz böyük müəllimi, istedadlı alim, cərrah-onkoloq Nikolay Trapeznikovun işini davam etdirir.
M.Davıdov daha sonra deyib: “Məmmədbağır Cavad oğlu kimi insanlar tarixi yazırlar”.
Azərbaycan Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev yubilyarı Azərbaycan onkoloqları adından təbrik edib. Məmmədbağır Əliyevi “səhiyyə sahəsində Azərbaycanın Rusiyadakı səfiri” adlandıran akademik Cəmil Əliyev yubilyara Azərbaycanda təbabətin inkişafını dəstəklədiyinə görə təşəkkürünü bildirib.
M.Əliyevin N.N.Bloxin adına Rusiya Onkoloji Elmi Mərkəzində çalışan həmkarları onu görkəmli alim, əsl peşəkar, böyük nüfuz sahibi olan istedadlı klinisist kimi səciyyələndiriblər. Onlar qeyd ediblər ki, M.Əliyev onkoloji ortopediya üzrə Rusiyada, MDB-də və Avropada ən nüfuzlu elmi-praktiki məktəblərdən birini yaradıb.
SSRİ-nin və Azərbaycanın Xalq artisti Tamara Sinyavskaya yubilyarın uzun illər boyu Müslüm Maqomayevlə səmimi dost olduğunu qeyd edib. T.Sinyavskaya vurğulayıb ki, böyük müğənni dünyasını dəyişəndən sonra Məmmədbağır ƏIiyevin ailəsi həmişə onu dəstəkləyib.
Gecənin aparıcısı, tanınmış şoumen Valdis Pelş çıxış üçün M.Əliyevin xanımı, ÜAK-ın təhsil və elm komitəsinin sədri Xumar Əliyevaya söz verib. Xumar xanım qızı Fərəh və nəvələri ilə birlikdə yubilyarı təbrik edib və xoş arzularını bildirib.
Yubiley gecəsində çıxış edən M.Əliyev deyib: “Mən əlimdən gələni etmişəm, qoy mənim şagirdlərim daha yaxşı işlər görsünlər!”.
Yubiley gecəsi konsert proqramı ilə davam edib. Konsertdə Emin, Aleksandr Rozenbaum, Murad Hüseynov, Xəyyam Mustafazadə, Elmira Kalimullina və başqaları çıxış ediblər.
Xəbər lenti
Hamısına baxSosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03

