“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın növbəti mərhələsinə start verilir
14.11.2015 [09:53]
Ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan gənclərin digər bölgələrə səyahətlərinin təşkilinə dair Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən 74 şəhər və rayondan 3 mərhələdə 7 istiqamət üzrə ümumilikdə 4 minə yaxın şagird “Ölkəmizi tanıyaq” adı altında maarifləndirici tur-aksiyalarda iştirak ediblər.
Aksiya çərçivəsində ölkə gəncləri Naxçıvan, Gəncə, Lənkəran, Lerik, Şəki, Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Naftalan, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər və digər bölgələrdə Azərbaycan xalqının qədim tarixi, milli-mədəni irsi ilə tanış olub, həmçinin bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzlərinə, Tarix-Diyarşünaslıq muzeylərinə, Gənclər mərkəzlərinə, Bayraq meydanlarına, rəsm qalereyalarına və sair obyektlərə baxış keçiriblər. Şəhər, rayon icra hakimiyyətləri tərəfindən təşkil olunan bu aksiyalar ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, gənclərimizə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində görülmüş işlərlə, Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı yaradıb.
2014-cü il avqustun 1-dən sentyabrın 6-dək keçirilmiş tur-aksiyaların birinci mərhələsində 53 şəhər və rayondan 2120 şagird iştirak edib.
2014-cü ilin noyabr ayında keçirilmiş ekskursiyaların ikinci mərhələsində Bakı şəhərinin 12 rayonundan 1035 şagird iştirak edib.
2015-ci ilin mart ayında təşkil edilmiş tur-aksiyaların üçüncü mərhələsində respublikanın 30 şəhər və rayonundan 360 şagird Naxçıvan Muxtar Respublikasına və 360 nəfər isə Naxçıvan Muxtar Respublikasından Azərbaycanın digər bölgələrinə səfərlər ediblər.
2015-ci ilin 16-19 noyabr tarixlərində təşkil olunacaq növbəti tur-aksiyalarda 32 şəhər və rayondan 1280 şagird 4 istiqamət üzrə səfər edəcək. Tur-aksiyalar zamanı Azərbaycanın müxtəlif şəhər və rayonlarından olan şagirdlər Gəncə, Lənkəran, Quba və Şəki şəhərləri, habelə ətraf rayonlarla tanış olacaqlar.
Tur-aksiyaların gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40

