ƏƏSMN yanında İctimai Şuranın ilk iclası keçirilib
17.12.2015 [10:02]
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə yaradılmış İctimai Şura ilk iclasını keçirib.
İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov müvafiq fəaliyyət sahələrində vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığın qurulmasının nazirliyin əsas fəaliyyət prinsiplərindən biri olduğunu vurğulayıb: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi vəzifələrdən biri də fəaliyyət sahələrində ictimai nəzarətin həyata keçirilməsinə şərait yaradılmasıdır. Bu baxımdan hazırda əmək və sosial müdafiə sisteminin bütün sektorlarında aparılan işlərdə biz vətəndaş cəmiyyətləri ilə sıx əməkdaşlığa, görülən işlərdə ictimai nəzarətin təmin olunmasına xüsusi önəm veririk. Sosial cəhətdən həssas əhali qruplarını əhatə edən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə mütəmadi görüşlər keçirilir. Yeni qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsində, sosial müdafiə tədbirlərinin daha səmərəli təşkilində onların rəy və təklifləri diqqətlə öyrənilərək nəzərə alınır”.
S.Müslümov həmçinin sosial sifarişlər əsasında sosial xidmətlərin göstərilməsi ilə əlaqədar 20-dən çox ixtisaslaşmış QHT, məişət zorakılığından zərər çəkmiş şəxslərə sosial xidmət göstərilməsi üçün nazirlikdə akkreditasiya olunmuş 10 qeyri-dövlət qurumu ilə əməkdaşlıq həyata keçirildiyini bildirib: “Ötən ilin sentyabrında isə nazirliklə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında Birgə Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb ki, bu da dövlət qurumları ilə həmin Şura arasında əməkdaşlığa dair imzalanan ilk əməkdaşlıq sənədi olub”.
S.Müslümov İctimai Şuranın formal bir qurum kimi mövcud olmayacağına və daim işgüzar ruhda fəaliyyət göstərəcəyinə, müvafiq sahələr üzrə qanunvericilik layihələrinin hazırlanması və təkmilləşdirilməsində, ictimai nəzarətin təmin olunmasında, əmək, məşğulluq, sosial müdafiə sahələrində qərarların qəbulunda, sosial müdafiə işinin daha səmərəli təşkilində əhəmiyyətli rol oynayacağına əminliyini bildirib, İctimai Şuranın üzvlərinə uğurlar arzulayıb.
Sonra İctimai Şuranın üzvlərinə üzvlük vəsiqələri təqdim olunub. Çıxış edən İctimai Şuranın üzvləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaş cəmiyyətləri ilə uğurlu əməkdaşlıq təcrübəsindən bəhs ediblər. Onlar nazirlik tərəfindən son illərdə əmək və sosial müdafiə sisteminin şəffaflaşdırılması və müasir texnologiyalar əsasında qurulması yönündə aparılan islahat tədbirlərinin önəmini qeyd edərək, İctimai Şuranın bu tədbirlərdə daha yaxından iştirak edəcəyini və öz töhfəsini verəcəyini bildiriblər.
İclasda Şuranın gündəliyinin müəyyən olunması və fəaliyyət istiqamətləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43

