Natiq Əliyev: Azərbaycan enerji dövləti kimi, öz həlledici mövqeyini qoruyub saxlayır
03.02.2016 [09:32]
Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev fevralın 2-də Balakəndə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, rayon Mədəniyyət Mərkəzində keçirilən görüşdə yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, ictimaiyyətin nümayəndələri, rayon fəalları, sahibkarlar, Milli Məclisin deputatları iştirak ediblər.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən ötən ilin yekunları və regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına həsr olunan son müşavirələrdə verilən tapşırıqlar, 2015-ci ildə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı İslam Rzayev son illər rayonda görülən işlərdən, sahibkarlığın inkişafı üçün yaradılan şəraitdən, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, rayonun sosial-iqtisadi inkişafı üçün nəzərdə tutulan layihələrdən danışıb.
Görüşdə çıxış edən energetika naziri Natiq Əliyev bildirib ki, Prezident İlham Əliyevin iştirakı ilə keçirilən son müşavirələrdə dünyada, o cümlədən regionda cərəyan edən geosiyasi hadisələr, iqtisadi, maliyyə və digər vacib məsələlər hərtərəfli təhlil olunub, ölkə iqtisadiyyatına mənfi təsir edən bir sıra amillər müəyyən edilib, hökumət qarşısında yeni vəzifələr, tələblər qoyulub, fəaliyyət istiqamətləri dəqiqləşdirilib, ciddi tapşırıq və göstərişlər verilib.
Nazir bildirib ki, müasir dünyada baş verən bütün bu proseslərdə, həmişə olduğu kimi, enerji amilinin əhəmiyyətli rolu var. Dünya bazarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli şəkildə azalması, heç şübhəsiz ki, ölkəmizin inkişaf dinamikasında da özünü göstərir. Bu təsir Azərbaycan manatının məzənnəsinin aşağı düşməsi ilə nəticələnsə də, ölkəmiz enerji dövləti kimi, öz həlledici mövqeyini qoruyub saxlaya bilib.
Natiq Əliyev vurğulayıb ki, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü dövlət siyasətinin əsas tərkib hissəsi kimi ölkəmizdə yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun yenidən qurulması istiqamətində aparılan genişmiqyaslı islahatlar öz bəhrəsini verir.
Tədbirdə Milli Məclisin deputatları Nəsib Məhəməliyev və Kamilə Əliyeva çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən genişmiqyaslı antiböhran tədbirlərindən danışıb, təklif və tövsiyələrini bildiriblər.
Görüşdə rayon ağsaqqalı Xəlifə Mirəliyev, sahibkarlar Məhəmməd Bazarov, Saleh İbrahimov, fermer İslam Muradov və başqaları çıxış edərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafına göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

