Tibb Universiteti ekoloji fəlakətin qarşısının alınması naminə petisiyaya qoşuldu
22.04.2016 [10:07]
Azərbaycan Tibb Universitetində (ATU) Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası tərəfindən irəli sürülmüş “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi ilə bağlı geniş toplantı təşkil edilib.
ATU-dan AZƏRTAC-a bildiriblər ki, ATU-nun professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Gəray Gəraybəyli petisiyanın mahiyyəti ilə bağlı məlumat verib və bu sənədin erməni işğalını dayandırmaq yönündə atılan ciddi bir addım olduğunu bildirib.
Uzun illərdir ki torpaqlarımızın erməni işğalçılarının tapdağı altında qaldığını qeyd edən rektor Dağlıq Qarabağ münaqişəsini xalqımızın ən ağrılı problemlərindən biri kimi qiymətləndirib. G.Gəraybəyli deyib: “Bir milyona yaxın əhalimiz öz yaşadığı yerlərdən didərgin düşüb. Uzun illər keçməsinə baxmayaraq, Ermənistan tərəfindən aparılan təcavüzkar siyasət bu məsələnin hələ də həll olunmamasına gətirib çıxarır. Ermənistanın aqressiv siyasət aparan rəhbərliyi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş sənədlərin tələblərinə məhəl qoymur”.
Azərbaycanın mədəni abidələri ermənilər tərəfindən dağıdılır, bizə qarşı ekoloji müharibə aparılır. Təbii sərvətlərimiz hələ də düşmən tapdağı altındadır. Məhz AVCİYA-nın apardığı kampaniya çərçivəsində bütün dünya Azərbaycanı qarşı aparılan ekoloji təcavüzdən xəbər tutdu. Bu ilin yanvarında təşkilatın sədri, millət vəkili Elan Süleymanovun təşəbbüsü ilə AŞPA-nın sessiyasında 2085 saylı qətnamə qəbul olunub.
Rektor qeyd edib ki, bu fəaliyyətin davamı olaraq AVCİYA “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsini həyata keçirir. Hər bir vətəndaş, o cümlədən universitet əməkdaşı bu petisiyanın imzalanmasını özünə mənəvi borc bilməlidi.
AVCİYA-nın sədri, Milli Məclisin deputatı Elxan Süleymanov qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından petisiya layihəsi müstəsna əhəmiyyətə malikdir. Onun sözlərinə görə, petisiya layihəsində həmçinin işğalın nəticələrinin gələcəkdə daha böyük humanitar fəlakətə və ekoloji təcavüzə yol aça biləcəyi əksini tapıb. E.Süleymanov ATU-nun da çoxsaylı kollektivinin bu layihəyə qoşulduğundan məmnun olduğunu bildirib və hər kəsə bu vətəndaşlıq mövqeyinin nümayişinə görə təşəkkür edib.
Qeyd edək ki, artıq Azərbaycan Tibb Universitetinin 2 mindən çox tələbəsi petisiyaya qoşulub.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

