UNEC-də “Thomson Reuters”in təlimlərinin ilk iştirakçılarına sertifikatlar təqdim edilib
25.06.2016 [13:13]
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Thomson Reuters”in ali təhsil müəssisələrinin qlobal elmi bazası olan “Web of Science” platformasının təlimləri keçirilib.
Dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters” şirkətinin təlimləri Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə UNEC-də təşkil olunub. Təlimlərdə “Thomson Reuters”in nümayəndələri iştirakçılara “Web of Science” platformasından istifadə qaydalarını öyrədib. Təlimdə UNEC-lə yanaşı, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Memarlıq və İnşaat Universiteti və Azərbaycan Dillər Universitetinin nümayəndələri də iştirak ediblər.
“Thomson Reuters”in Elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin Təhsil Proqramları şöbəsinin müdiri Valentin Boqorov təlimlərin yüksək səviyyədə təşkilindən məmnunluğunu bildirib. O, proqramda yalnız UNEC-in deyil, ölkənin digər aparıcı ali təhsil müəssisələrinin nümayəndələrinin də iştirakını yüksək dəyərləndirib: “Sevindirici haldır ki, təlimlərə bir neçə universitetin nümayəndəsi qatılıb. Onlar təcrübələrini öz həmkarları ilə bölüşəcəklər. “Web of Science” proqramından dünyanın 100-dən çox ölkəsinin aparıcı universitetlərinin alimləri, eləcə də, elmi-tədqiqat müəssisələri, təşkilatlar istifadə edir. Əminəm ki, “Thomson Reuters”ə çıxış Azərbaycan alimlərinin beynəlxalq elmi ictimaiyyətdə tanınmasına, ölkədə elmin inkişafına güclü təkan verməklə yanaşı, beynəlxalq əməkdaşlığı inkişaf etdirəcək”.
V.Baqorov UNEC-lə əməkdaşlığın bundan sonra da davam edəcəyini bildirib.
UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov təlimlərin əhəmiyyətindən danışıb. Bildirib ki, “Web of Science” platformasından istifadə UNEC-də aparılan elmi-tədqiqat işlərinin və onların uğurlu nəticələrinin beynəlxalq elmi ictimaiyyətdə tanıdılmasında mühüm rol oynayacaq. Bu platforma vasitəsilə alimlərimiz dünyanın nüfuzlu elmi jurnallarına çıxış əldə etmək imkanı da qazanacaqlar.
İki gün davam edən təlimlərin sonunda 19 iştirakçıya sertifikatlar təqdim olunub. Sertifikata sahib olanlar “Web of Science” platformasından istifadə qaydalarına dair təlim keçmək hüququ əldə ediblər. Onlar bu platforma üzrə Azərbaycanda təlim keçirə biləcək ilk mütəxəssisdirlər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

