Heydər Əliyev Fondu və RİİB-in dəstəyi ilə Bakıda və regionlarda tibbi müayinələr keçirilib
30.08.2016 [09:48]
Avqustun 25-27-də Bakı, Mingəçevir və Gəncə şəhərlərində İsrail həkimlərinin iştirakı ilə qadınlarda müxtəlif xəstəliklərin erkən diaqnostikası məqsədilə pulsuz tibbi müayinə və konsultasiyalar təşkil olunub. Layihə Heydər Əliyev Fondu və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) dəstəyi ilə həyata keçirilib. Müayinələri İsrailin Qadın Sağlamlıq Mərkəzi, “Xorev” Tibb Mərkəzi və Torakal Cərrahiyə İnstitutunun 14 nəfərlik nümayəndə heyəti aparıb.
Heydər Əliyev Fondu, RİİB və Milli Onkologiya Mərkəzinin təşkilatçılığı ilə İsrailin Hayfa şəhərindəki “Xorev” Tibb Mərkəzinin baş həkimi Roman Barakın başçılıq etdiyi nümayəndə heyəti qadınlarda süd vəzi xəstəlikləri, ginekologiya, onkologiya, dermatologiya, endokrinologiya, terapevtik sahələr üzrə müayinələr keçirib. Hər şəhərdə 100-dən çox xəstəyə baxış keçirilib və onlar müvafiq təyinat alıblar. Müayinələr Bakıda Milli Onkologiya Mərkəzi, Mingəçevir və Gəncə şəhər klinik xəstəxanalarında təşkil olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinə ötən müddət ərzində bölgələrdən sağlamlığa dair müxtəlif problemlərin, o cümlədən qadınlarda reproduktiv sistem xəstəliklərinin müayinə və müalicəsinə kömək göstərilməsi ilə bağlı müraciətlər daxil olub. Onların təhlili nəticəsində RİİB ilkin olaraq qeyd edilən pulsuz tibbi müayinələrin təşkili ilə bağlı layihənin həyata keçirilməsinə qərar verib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyi regionlarda əhalinin elm, təhsil, səhiyyə, idman, turizm, ekologiya, sosial təminat, mədəniyyət, incəsənət, sahibkarlığın inkişafı və digər sahələrdə mövcud problemlərinin öyrənilməsi və onların həlli istiqamətində vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun və əməkdaşlığın qurulması istiqamətində layihələr həyata keçirir.
Azərbaycan və İsrail mütəxəssisləri müayinələrlə yanaşı, həmçinin qarşılıqlı təcrübə mübadiləsi aparıblar. Eyni zamanda, İsrail həkimləri azərbaycanlı həmkarları ilə birgə Bakıda xəstənin döş qəfəsində uğurla nəticələnən torakoskopik əməliyyat ediblər.
Milli Onkologiya Mərkəzində keçirilən elmi konfransda iki ölkənin alimləri onkoloji xəstəliklərin erkən və dəqiq diaqnostikası mövzusunda məruzə ilə çıxış edib, yeni texnologiyaların tətbiqi ilə bağlı təkliflər irəli sürüblər. Tərəflər tibb sahəsində əlaqələrin genişləndirilməsinin zəruriliyini qeyd edərək, gələcəkdə də bu cür görüşlərin keçirilməsinin nəzərdə tutulduğunu bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

