Səhiyyə xidməti regionlarda yüksək səviyyədə təşkil olunub
05.10.2016 [16:21]
Səhiyyə Nazirliyi Göygöl və Yevlax rayonlarına press-tur təşkil edib
Azərbaycanda səhiyyənin inkişafı sosial siyasətin başlıca istiqamətlərindən biridir. Səhiyyə ilə bağlı mühüm Dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunmasında müstəsna əhəmiyyətə malikdir. Məhz dövlətin diqqət və qayğısı sayəsində regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə lazımınca keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları uğurla həyata keçirməyə imkan verən yeni səhiyyə müəssisələri yaradılıb. Son illərdə bu sahənin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının inşası və mövcud səhiyyə müəssisələrinin əsaslı bərpası geniş vüsət alıb. Elə Səhiyyə Nazirliyi də regionlarda fəaliyyət göstərən tibb müəssisələrinin şəraiti ilə tanış olmaq və real vəziyyətlə bağlı əhalini məlumatlandırmaq məqsədilə Göygöl və Yevlax rayon mərkəzi xəstəxanalarına növbəti press-tur təşkil edib.
Press-tur çərçivəsində jurnalistlər ilk olaraq Göygöl RMX-yə baş çəkiblər. Media nümayəndələrinin suallarını cavablandıran xəstəxananın baş həkimi Hamlet Ömərov bildirib ki, Göygöl RMX-nin inşasına 2007-ci ilin əvvəlində başlanılıb. Burada əsas korpus, poliklinika, inzibati bina, uşaq-qadın məsləhətxanası, infeksion, patolojianatomiya və tibbi ekspertiza şöbələri fəaliyyət göstərir: "180 çarpayılıq səhiyyə ocağında 78 həkim çalışır. Texniki və içməli su üçün hər birinin tutumu 200 ton olan hovuz inşa edilib, su nasos stansiyası və içməli suyu təmizləmək üçün isə müasir avadanlıqla təchiz olunub".
Onun sözlərinə görə, xəstəxanada Göygöl sakinləri ilə yanaşı, ətraf rayonlardan gələnlərə də müasir səviyyədə tibbi xidmət göstərilir.
O da qeyd olunub ki, xəstəxanada qəbul şöbəsi, poliklinika, rentgen, sanitar-təmizləmə, sarğı, müayinə və növbətçi həkim otaqları yerləşir. Həmçinin poliklinikada analiz qəbulu, ümumi laboratoriya, fizioterapiya, ultrasəs müayinəsi, terapevt, elektroensefaloqramma, elektrokardioqramma, stomatologiya, ginekologiya, endokrinologiya, otolarinqologiya, oftalmoloq və terapevt otaqları ən son avadanlıqla təchiz olunub: "30 çarpayılıq uşaq xəstəlikləri, ginekologiya və doğum şöbələri, izolyator, əməliyyat otağı yerləşir. 15 çarpayılıq doğum şöbəsində doğuş zalı, yeni doğulan körpələr üçün xüsusi otaq da yüksək səviyyədə qurulub".
KİV nümayəndələrinin növbəti dayanacağı isə Yevlax RMX-yə olub. Jurnalistlərə açıqlamasında xəstəxananın baş həkimi İlhami Quliyev vurğulayıb ki, inşasına 2012-ci ilin martında başlanan xəstəxanada 218 həkim və 564 orta tibb işçisi çalışır: "176 çarpayılıq tibb ocağında poliklinika, yoluxucu xəstəliklər, şüa-diaqnostika, qadın məsləhətxanası və ailə planlaşdırma, doğum, qəbul, laboratoriya, urologiya, cərrahiyyə, travmatologiya, hemodializ şöbələri fəaliyyət göstərir".
Baş həkimin sözlərinə görə, ən müasir avadanlığın quraşdırıldığı bu tibb ocağında kompüter tomoqrafiyası, rəqəmsal rentgen, flüoroqraf, 4D və 3D ultrasəs müayinə aparatları, oftalmoloji kombayn və digər müasir qurğular vasitəsilə xəstələrə keyfiyyətli tibbi xidmət göstərilir.
Media tur çərçivəsində həmçinin, Gəncə şəhərinin Səhiyyə İdarəsində mətbuat konfransı keçirilib. Gəncə Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev media nümayəndələrinə açıqlamasında bildirib ki, hazırda idarənin tabeliyində 35 müəssisə fəaliyyət göstərir: "Şəhərdə ixtisaslaşmış sahələr üzrə Psixiatriya Xəstəxanası, Endokrinoloji Xəstəxana, Vərəm Əleyhinə Xəstəxana, Oftalmoloji Xəstəxana, Yoluxucu Xəstəliklər Xəstəxanası, Kardioloji Xəstəxana, Onkoloji Xəstəxana, Narkoloji Dispanser və Psixonevroloji Dispanser ixtisaslaşmış tibbi xidmət göstərir".
A.Zərbəliyev onu da vurğulayıb ki, bu il mayın 13-də Səhiyyə Nazirliyinin akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunun Gəncə şəhərində filialı istifadəyə verilib ki, bu da əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinə öz müsbət təsirini göstərməkdədir.
Müşfiqə BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

