Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dini radikalizmlə mübarizə məsələsi cəbhə bölgəsində müzakirə edilib

Dini radikalizmlə mübarizə məsələsi cəbhə bölgəsində müzakirə edilib

19.10.2016 [10:05]

Füzuli rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə Horadiz şəhərində “Dini radikalizmlə mübarizədə dini icmaların fəaliyyətinin təşkili” mövzusunda tədbir keçirilib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Alı Alıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, komitənin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin və Füzuli rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Alı Alıyev tədbirdə çıxış edərək rayondakı dini durumla bağlı məlumat verib. O, dövlət-din münasibətlərinə toxunaraq qeyd edib ki, Azərbaycan dövləti hər zaman dinə və dindarlara diqqət və qayğı göstərir.
Səyyad Salahlı ölkəmizdə dini radikalizmlə mübarizə, milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində görülən işlərdən bəhs edib. O, gənclərin, ziyalıların və din xadimlərinin, bütövlükdə cəmiyyətin dini radikalizmlə mübarizədə fəal olmasının vacibliyini vurğulayıb.
Tədbirdə digər çıxış edənlər dindarlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürlərini bildiriblər.

Paylaş:
Baxılıb: 539 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31