Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan özünün əsl müstəqilliyini əldə etdi

Ümummilli liderin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycan özünün əsl müstəqilliyini əldə etdi

19.10.2016 [10:10]

Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə oktyabrın 17-də Ş.Məmmədova adına Opera Studiyasının konsert salonunda “Müstəqilliyimizin yaşıdları” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə salonun foyesində Nəsimi rayonundakı ali məktəblərin tələbələrinin müstəqilliyimizin bərpasının 25 illiyinə həsr edilmiş təqdimatları keçirilib.
Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycanın müstəqillik tarixi barədə ətraflı məlumat verib. Bildirilib ki, 1991-ci il oktyabrın 18-də müstəqilliyini elan etmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladı, lakin iki il sonra xalqımız yenidən müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü, digər tərəfdən dövlət rəhbərliyində olan səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr müstəqilliyin boğulması təhlükəsini reallaşdırırdı. Lakin Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı sayəsində bu təhlükə sovuşdu, Azərbaycan özünün əsl müstəqilliyini əldə etdi.
Daha sonra çıxış edən Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Ziyad Səmədzadə Ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıblar. Bildirilib ki, əsası Ümummilli lider tərəfindən qoyulan müdrik siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin hazırladığı konsert proqramı təqdim olunub.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31