Silahlı Qüvvələr və media əməkdaşlığına dair “dəyirmi masa” keçirilib
20.10.2016 [10:09]
Müdafiə Nazirliyinin və Azərbaycan Mətbuat Şurasının (AMŞ) birgə təşkilatçılığı ilə oktyabrın 19-da Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Silahlı Qüvvələr və media: İnformasiya qarşıdurması şəraitində əlaqəli əməkdaşlıq fəaliyyəti” mövzusunda “dəyirmi masa” keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “dəyirmi masa”da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, Müdafiə Nazirliyinin, Azərbaycan Mətbuat Şurasının nümayəndələri, kütləvi informasiya vasitələrinin, internet xəbər saytlarının, eləcə də digər nazirliklərin mətbuat xidmətlərinin rəhbərləri iştirak ediblər.
Tədbirdə xalqımızın Ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev tədbiri açaraq müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından tədbir iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev “dəyirmi masa”da çıxış edərək müharibə şəraitində yaşayan Azərbaycanda mətbuatın ordu ilə bağlı informasiyaların yayılmasına xüsusi həssaslıqla yanaşmasının, yüksək peşəkarlıq nümayiş etdirməsinin önəmini qeyd edib. Bildirilib ki, Milli Ordu quruculuğunun dərinləşməsi istiqamətində görülən işlərin, cəbhə xəttində yaşananların təqdimatı ilk növbədə peşəkarlığa söykənən fəaliyyət olmalıdır. Peşəkarlıq isə vətənpərvərliyə əsaslanmalıdır. Prezident Administrasiyasının rəsmisi müxtəlif internet informasiya resurslarının reytinq xatirinə cəbhə xəbərlərindən manipulyasiyaya yol vermələrinin qəbuledilməz olduğunu xüsusi vurğulayıb. Ə.Mehdiyev belə hallara münasibətdə cəmiyyətin, o cümlədən mütərəqqi media ictimaiyyətinin həssaslıq nümayiş etdirərək dərhal səfərbər olmasının vacibliyini diqqətə çatdırıb.
Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Şuranın sədr müavini Umud Rəhimoğlu, idarə heyətinin üzvləri - deputat Aqil Abbas, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı, “Olaylar” qəzetinin və eyniadlı informasiya agentliyinin rəhbəri Yunus Oğuz, “Azərfaks” İnformasiya Agentliyinin baş redaktoru Nicat Dağlar, “Azeridefens” jurnalının baş redaktoru Rəşad Süleymanov, “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü, “Strategiya.az” saytının rəhbəri İsmayıl Qasımov, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı və başqaları media-Silahlı Qüvvələr əməkdaşlığının intensivləşməsini zəruri edən məqamlardan söz açaraq, səmərəliliyin artırılmasına, cəmiyyətdə vətənpərvərlik hisslərinin təbliğinin gücləndirilməsinə dair təkliflərini səsləndiriblər.
“Dəyirmi masa” iştirakçıları belə tədbirlərin aktuallığını nəzərə alaraq, əlaqəli əməkdaşlıq fəaliyyətinin bundan sonra da davam etdiriləcəyinə əminliklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

