İkinci Azərbaycan Elm Festivalı işini Sumqayıtda davam etdirib
03.11.2016 [10:15]
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü ilə keçirilən ikinci Azərbaycan Elm Festivalı noyabrın 2-də işini Sumqayıtda davam etdirib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları festival çərçivəsində Sumqayıt Dövlət Dram Teatrında təşkil edilən sərgi ilə tanış olublar.
Festivalın təşkilatçılarına minnətdarlığını bildirən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov deyib ki, müasir dövrdə hər bir dövlətin, xalqın gələcəyi və inkişaf səviyyəsi onun malik olduğu elmin potensial ölçüsüdür. Danılmaz faktdır ki, Azərbaycan elmi XXI əsrdə böyük inkişaf yolu keçib. Ölkəmizin beynəlxalq aləmdə söz sahibi olmasını əsas istiqamət seçən Ümummilli lider Heydər Əliyev təhsil islahatlarının aparılmasının önəmini daim vurğulayıb, hər bir cəmiyyətin inkişafının elm və təhsildən asılı olduğunu qeyd edib. Dövlət müstəqilliyimizin bərpasından sonra bu sahəyə olan xüsusi diqqət və qayğı müvafiq istiqamətdə müsbət nəticələr əldə etməyə imkan verib. Belə ki, Ulu öndərin təhsil və elm sahəsində apardığı məqsədyönlü siyasət artıq ölkəmizdə bəhrəsini verməkdədir. Elm və təhsil cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahələrdir. Hazırda Ulu öndər Heydər Əliyevin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov bildirib ki, ölkəmizdə elm festivallarının keçirilməsi artıq bir ənənəyə çevrilib. Oktyabrın 31-də öz işinə başlayan ikinci Azərbaycan Elm Festivalı ölkəmizin aparıcı elm və təhsil müəssislərində keçirilir. Festivalın keçirilməsinin əsas məqsədi elmimizin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etməkdir. Hazırda ölkəmizdə elmin inkişafına göstərilən diqqət nəticəsində bu sahə gündən-günə genişlənməkdədir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə elm və təhsilin inkişaf etdirilməsi dövlət siyasətimizin prioritet istiqamətlərindən olub. Hazırda Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin müvafiq sahəyə göstərdiyi xüsusi diqqət və qayğı göz qabağındadır.
Rəhbərlik etdiyi bölmənin fəaliyyətindən söz açan Ə.Əmiraslanov diqqətə çatdırıb ki, son illərdə molekulyar biologiya, biotexnologiya sürətlə inkişaf etməkdədir. Bu kimi sahələrin inkişafı yeni elm sahələrinin yaranmasına gətirib çıxarır.
Akademik, həmçinin müasir reproduktiv sağlamlıq problemlərindən, bu sahədə əldə olunan nailiyyətlərdən bəhs edib.
Tədbirdə AMEA-nın Polimer Materialları İnstitutunun direktoru vəzifəsini icra edən, akademiyanın müxbir üzvü Bəxtiyar Məmmədov, Sumqayıt Dövlət Universitetinin rektoru, professor Elxan Hüseynov, “Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun müavini, biologiya elmləri üzrə fəlsəfə doktoru Vüqar Kərimov festivalın keçirilməsinin əhəmiyyətindən danışıb, elmimizin nailiyyətlərinin təbliğində bu cür tədbirlərin mühüm rolunu xüsusi vurğulayıblar.
Konsert proqramı ilə davam etdirilən tədbirdə ABŞ-ın məşhur “Acidic Band” musiqi qrupunun ifası maraqla qarşılanıb.
Festival çərçivəsində iştirakçılar Sumqayıtdakı Heydər Əliyev Mərkəzi, Sumqayıt Texnologiyalar Parkı, bu şəhərdə fəaliyyət göstərən muzeylər, mədəniyyət müəssisələri ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

