“ADA” Universitetində karyera həftəsi yekunlaşıb
03.03.2017 [09:48]
Martın 2-də “ADA” Universitetində bu ali məktəbin Karyera Hazırlıq Mərkəzinin təşkilatçılığı ilə karyera həftəsinin yekun tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, yarmarkada dövlət qurumları, eləcə də özəl sektoru təmsil edən şirkət və təşkilatlar iştirak ediblər.
Karyera Hazırlıq Mərkəzinin rəhbəri Gülnur İsmayıl jurnalistlərə müsahibəsində bu cür yarmarkaların təşkilinin tələbələrin gələcək fəaliyyətlərində əhəmiyyətindən danışıb, “ADA” Universitetinin məzunlarının bir sıra dövlət orqanlarında, eləcə də diplomatik korpuslarda çalışdıqlarını və belə tədbirlərin gənclərin karyera quruculuğunda vacibliyini vurğulayıb. Bildirilib ki, Karyera Hazırlıq Mərkəzinin məqsədi tələbələri əmək bazarı ilə tanış etmək və eyni zamanda, onları gələcək peşə fəaliyyətinə hazırlamaqdır. Universitetin tələbə və məzunları üçün keçirilən karyera yarmarkası şirkətlərə gənc və ali təhsilli peşəkarları tanımaq və potensial işçiləri tapmaq, həmçinin gənclərin işlə təmin olunmasına kömək etmək məqsədi daşıyır.
Qeyd edilib ki, gənclərin karyera qurmalarında və gələcək fəaliyyətində önəmli rol oynayan karyera yarmarkasında bu il 80-dən çox təşkilat və şirkət təmsil olunub.
İştirakçılar müxtəlif şirkətlərin nümayəndələri ilə söhbətlər və məsləhətləşmələr aparıblar. Bundan əlavə, tələbə gənclər Azərbaycanın ən iri özəl şirkətləri və dövlət qurumlarında vakansiyalar və işəgötürmə prosedurları haqqında informasiya əldə etmək imkanı qazanıblar.
Tədbir çərçivəsində əlaçı təqaüdçülər mükafatlandırılıblar.
“ADA” Universitetinin rektoru Hafiz Paşayev əlaçı tələbələri təbrik edib, onlara təhsildə və karyera yolunda uğurlar arzulayıb. Rəhbərlik etdiyi ali məktəbin nailiyyətlərindən söz açan rektor bildirib ki, “ADA” Universiteti Azərbaycanın gələcəyinə yönəlmiş kadrlar hazırlayır. Bu kadrların universitetin və ölkəmizin adını hər zaman uca tutacaqlarına əminliyini bildirən H.Paşayev onları gələcək nəsillərə nümunə olmağa çağırıb.
Hafiz Paşayev universitetdə təhsil alan iki minədək tələbənin arasından bu il 107 nəfərin ən yüksək nəticələr göstərərək fərqləndiklərini söyləyib, onlara daha əzmlə çalışmağı tövsiyə edib. O deyib ki, universitetlər dəyişən məşğulluq bazarı üçün müvafiq bilik və bacarıqların verilməsini təmin etməlidir. Bu, xüsusilə bilik iqtisadiyyatına nail olmaq istəyən Azərbaycan kimi ölkələr üçün çox vacibdir.
“ADA” Universitetinin prorektoru Fariz İsmayılov bu ali məktəbin Karyera Hazırlıq Mərkəzi tərəfindən təşkil olunan karyera həftəsi barədə məlumat verib, onun üstünlüklərindən söz açıb. Bildirilib ki, karyera yarmarkasının məqsədi gəncləri iş bazarının imkanları ilə tanış etmək, onların istedadını daha səmərəli təqdim etmək, inkişafda olan sənaye sahələri, dövlət və özəl sektorun insan kapitalı ehtiyacı barədə aydın təsəvvür yaratmaq və tələbələrə karyeralarını qurmaqda kömək göstərməkdir.
“ADA” Universitetinin bu tədris ili üçün ayirdığı 3,5 milyon manat məbləğində təqaüd fondu hesabına bu ali məktəbdə yüksək akademik göstəricilərlə təhsil alan yerli və xarici gənclər, eləcə də sosial imtiyazları olan tələbələr təhsil haqqından azad olunublar.
Sonda Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri konsert proqramı ilə çıxış edib.
Xəbər lenti
Hamısına baxİdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10

