/ / Qubadlı rayon İcra Hakimiyyətində bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair hesabat yığıncağı keçirilib
Qubadlı rayon İcra Hakimiyyətində bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair hesabat yığıncağı keçirilib
19.04.2017 [09:58]
Sumqayıt şəhərində yerləşən Qubadlı rayon İcra Hakimiyyətində bu ilin birinci rübünün sosial-iqtisadi yekunlarına dair hesabat yığıncağı keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı M.İsaqov ölkəmizdə bu ilin birinci rübündə qeyri-neft sektorunun 2,4 faiz, qeyri-neft sənayesinin 2 faiz, kənd təsərrüfatının 3,5 faiz, ticarət dövriyyəsinin 15 faiz, ixracın 50 faiz artdığını və bu nailiyyətlərin Prezident İlham Əliyevin apardığı düzgün və şaxələndirilmiş siyasətinin nəticəsində əldə olunduğunu vurğulayıb. Qeyd edilib ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən dövlət siyasəti vətəndaşların sosial rifahının yüksəlişini təmin edir.
Hesabat yığıncağında Qubadlı rayonundan olan məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşması və sosial rifah halının yüksəlməsi istiqamətində görülmüş işlərdən də bəhs olunub. Hesabat məruzəsini tədbir iştirakçılarının diqqətinə çatdıran Qubadlı rayon İcra Hakimiyyətinin məsul işçisi, YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev bildirib ki, rüb ərzində dövlətin həyata keçirdiyi tədbirlər nəticəsində 8 ailə yeni mənzillə təmin olunub, bir sıra yerlərdə əhaliyə kommunal xidmətlər göstərilib. Xüsusi olaraq vurğulanıb ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin sonuncu iclasındakı çıxışında Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda məskunlaşan 4 min məcburi köçkün ailəsinin yeni binalara köçürülməsinin nəzərdə tutulması, hazırda böyük qəsəbənin tikilməsinin davam etdirilməsi ilə bağlı fikirlər dövlətin məcburi köçkünlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Hesabat yığıncağında sosial sahədə aparılan işlərdən danışılarkən qeyd olunub ki, rüb ərzində 66 yeni iş yeri yaradılıb, daxili imkanlar hesabına aztəminatlı ailələrə 19 min 200 manat pul köməkliyi edilib, ahıllara və əlil uşaqlara bayram sovqatı paylanıb.
Hesabat yığıncağında Prezident İlham Əliyevin dövlət strukturlarının qarşısına qoyduğu vəzifələrdən də bəhs olunaraq bildirilib ki, bu vəzifələrin yerinə yetirilməsi üçün rayonun bütün idarə, müəssisə və təşkilatları qüvvələri səfərbər edərək səylə çalışmalıdırlar.
Cari ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağında çıxış edən natiqlər fəaliyyət sahələri üzrə rayon ictimaiyyətinə məlumat verərək görülmüş işlərə görə rayon İcra Hakimiyyətinin fəaliyyətini qənaətbəxş sayıblar.
Sonda birinci rübün yekunlarına həsr edilmiş hesabat yığıncağının qərarı qəbul edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

