İlkin Soltanlı: Aqrar sektor qeyri-neft ixracatının artmasında böyük potensiala malikdir
22.04.2017 [11:19]
Prezident İlham Əliyevin iştirakı ilə Yevlaxda qeyri-neft ixracatçılarının birinci respublika müşavirəsinin keçirilməsi böyük əhəmiyyət daşıyır. Bu tədbir, eyni zamanda, ötən il Azərbaycan Respublikasında hazırlanmış milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin reallaşdırılması, xüsusən də dövlətin qeyri-neft sektorunun müxtəlif istiqamətlərinin inkişafına dəstək göstərməsi yönündə mühüm addımlardan biridir.
Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru, dosent İlkin Soltanlı AZƏRTAC-a müsahibəsində deyib. Alim vurğulayıb ki, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin ümumi iqtisadiyyatda payının getdikcə artması çox müsbət tendensiyadır: “Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, yəni aqrar sahənin inkişafı da bu baxımdan ön plandadır. Bununla bağlı strateji yol xəritəsində konkret hədəflər və istiqamətlər müəyyənləşdirilib. Müvafiq sahənin davamlı inkişafını təmin etmək üçün həmin istiqamətlər üzrə əməli tədbirlər görülməkdədir”.
İ.Soltanlı xüsusi vurğulayıb ki, fındıqçılıq, pambıqçılıq, üzümçülük, baramaçılıq, tütünçülük kimi ənənəvi kənd təsərrüfatı sahələrini yenidən canlandırmaq, böyük ixrac imkanları olan həmin məhsulların istehsalı və emalı üçün mövcud infrastrukturu təkmilləşdirmək vacib məqamlardır. Həmin məhsulların həcminin modernləşmə tələblərinə uyğun genişləndirlməsi, “Made in Azerbaijan” brendi ilə ixrac edilməsi həm də ölkəmizə böyük həcmdə xarici valyutanın daxil olması deməkdir. Daxili bazarı tam təmin etməklə yanaşı, ixrac potensialını genişləndirmək üçün geniş imkanlarımız, işçi qüvvəmiz və təcrübəmiz var. Artıq bu istiqamətdə zəruri infrastruktur elementləri formalaşdırılır ki, bu da yerli istehsalçıların bazar probleminin həllini asanlaşdırır.
Alim diqqətə çatdırıb ki, hazırda yeni təsərrüfat formalarının yaradılması istiqamətində məqsədyönlü işlər aparılır. Bu baxımdan aqroparkların yaradılması, rəqabətqabiliyyətli aqrar iqtisadiyyatın formalaşması, klasterial inkişafın təmin edilməsi əsas hədəflərdir. O deyib: “Kənd təsərrüfatında məhsulun istehsalının ilkin mərhələsindən son hədəfə qədər dəyər zəncirinin bütün pillələri üzrə aparılan prosesləri kompleks şəkildə əhatə edən aqroparkların yaradılması hazırda olduqca aktuallaşıb. Artıq Şəmkirdə və Xaçmazda bu istiqamətdə konkret tədbirlər həyata keçirilib. Hazırda isə dövlətimizin başçısının tapşırığı ilə 24 rayonda 33 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. 142 min hektar ərazini əhatə edəcək bu qurumların normal fəaliyyətinin təmin edilməsi üçün 1 milyard manatdan artıq sərmayənin qoyulması planlaşdırılır. Sözsüz ki, bu cür real, əməli tədbirlər nəinki daxili tələbatın yüksək həcmdə ödənilməsinə imkan yaradacaq, eyni zamanda, kənd təsərrüfatı məhsullarının ixrac potensialını da dəfələrlə yüksəldəcək. Xüsusən ölkəmizdə aqrar sahənin modernləşdirilməsi və onun rəqabətqabiliyyətlilik səviyyəsinin yüksəldilməsi təmin olunacaq”.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Dünya
04 May 20:17
Gündəm
04 May 20:11
Dünya
04 May 19:50
Gündəm
04 May 19:41
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Gündəm
04 May 14:45
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52

