Gömrük Komitəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi qeyd edilib
10.05.2017 [09:02]
Mayın 8-də Dövlət Gömrük Komitəsində (DGK) Ümummilli lider Heydər Əliyevinin anadan olmasının 94 illiyi ilə bağlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Şuşa şəhərinin və Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı canlarından keçən Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev müstəqil Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və dünyada tanınmasında Ümummilli lider Heydər Əliyevin müstəsna rolundan danışıb, Ulu öndərin anadan olmasının 94-cü ildönümünün respublikamızda və ölkəmizdən kənarda yüksək səviyyədə qeyd edildiyini vurğulayıb.
Heydər Əliyev ideyalarının əbədiyaşar olduğunu deyən komitə sədri diqqətə çatdırıb ki, müasir Azərbaycanın inkişafı dahi rəhbərin adı və fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Bu gün Heydər Əliyevin doğum gününün geniş şəkildə qeyd olunması Azərbaycan xalqının dahi şəxsiyyətin xidmətlərinə verdiyi yüksək qiymətin, xatirəsinə hörmət və ehtiramının təzahürüdür.
DGK sədri qeyd edib ki, Ulu öndərin müstəqil Azərbaycana miras qoyduğu dəyərlərdən biri də gömrük xidmətidir. Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanması və inkişaf etdirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Gömrük işçiləri ilə keçirdiyi görüşlər, gömrük işinin inkişafı üçün həyata keçirdiyi məqsədyönlü tədbirlər Azərbaycan gömrükçülərinin yaddaşından heç vaxt silinməyəcək.
Aydın Əliyev vurğulayıb ki, Ulu öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizin apardığı humanist və sülhpərvər siyasət nəinki regionda, eyni zamanda beynəlxalq aləmdə rəğbətlə qarşılanır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, Heydər Əliyevin istər SSRİ dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik edərkən zaman çərçivəsinə sığışmayan böyük siyasi fəaliyyətindən, xalqına tükənməz sevgisindən danışıb.
Bildirilib ki, Ulu öndər Azərbaycanın müstəqilliyə gedən yolunun əsaslarını yaradıb. Azərbaycan yenicə müstəqillik qazanan zaman yaşanan təhlükələrin qarşısını alıb. Ümummilli lider Heydər Əliyevin ideyalarını müasir məzmunla zənginləşdirən Prezidenti İlham Əliyev isə yeni lider olaraq ölkəmizi dinamik inkişaf yoluna çıxarıb.
Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətlərinə toxunan Mübariz Qurbanlı Onun hələ sovetlər dönəmindən başlayaraq müstəqil Azərbaycan və azərbaycançılıq ideyalarının təşəkkül tapması üçün gördüyü misilsiz işlərdən - təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələrdə atdığı qətiyyətli addımlardan ətraflı bəhs edib.
Dahi rəhbərin müasir Azərbaycan dövlətinin qurucusu olduğunu qeyd edən Mübariz Qurbanlı daha sonra müstəqilliyimizin ilk illərində daxili sabitliyin yaradılması, ordu quruculuğu, təhsil, sosial, iqtisadi və siyasi sahədə həyata keçirilən islahatlardan bəhs edib. Bildirilib ki, Ulu öndər özündən sonra zəngin bir miras qoyub və xalqımız Azərbaycanın uzaq gələcəyinə hesablanan bu irsdən hər zaman yararlanacaq.
Yekun sözü ilə çıxış edən DGK sədri Aydın Əliyev qeyd edib ki, müstəqil Azərbaycanın bugünkü inkişafı, ilk növbədə, Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin dövlət başçısı İlham Əliyev tərəfindən qətiyyətlə və ardıcıl şəkildə davam etdirilməsinin nəticəsidir. Ulu öndərin əmanəti olan müstəqil Azərbaycanın iqtisadi təhlükəsizliyinin və maraqlarının qorunmasında gömrük əməkdaşları bundan sonra da öz səylərini əsirgəməyəcək, qarşıya qoyulan bütün məqsəd və vəzifələrin həyata keçirilməsi istiqamətində daha qətiyyətli addımlar atacaqlar.
Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 27 yanvar tarixli Sərəncamına əsasən, xidmətdə fərqlənən bir qrup gömrük əməkdaşına fəxri adlar, orden və medallar təqdim olunub.
Tədbirin sonunda Heydər Əliyevin həyat yolundan bəhs edən film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

