Şirvan şəhərində Gənclər evi istifadəyə verilib
07.07.2017 [10:03]
İyulun 6-da Şirvan şəhərində yeni inşa edilmiş Gənclər evinin açılış mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev və digər rəsmi şəxslər iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Şirvan şəhər Gənclər evi Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na əsasən, Gənclər və İdman Nazirliyinin sifarişi əsasında inşa olunub.
Şirvan Gənclər evi 3 mərtəbədən ibarətdir. Binanın zirzəmisində gənclər klubu, masaüstü oyunlar, bilyard, fitnes, stolüstü tennis zalları və anbar yerləşir. Birinci mərtəbədə iş otaqları, fiziki imkanları məhdud gənclər üçün ünsiyyət klubu, internet klub, gənclərin intellektual klubu, yaşayış otağı (5 otaq 10 çarpayılıq), xidməti təsərrüfat otağı, mətbəx, ikinci mərtəbədə kompüter qrafikası dərnəyi, rəsm studiyası, texnika və ixtiraçılıq klubu, gənc iqtisadçılar klubu, psixososial reabilitasiya xidməti, ekologiya dərnəyi, kitabxana, karyera mərkəzi, peşəyönümü mərkəz, vətənpərvərlik klubu, sərgi zalı, xarici dillər klubu, video studiya, ölkəşünaslıq dərnəyi, toxuculuq və tikiş dərnəyi, istedadların hazırlığı laboratoriyası, üçüncü mərtəbədə isə 108 nəfərlik akt zalı, hazırlıq otağı, kiçik toplantı zalı var.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov rayonun gənclərini əlamətdar hadisə münasibətilə təbrik edərək deyib: “Şirvan şəhəri də daxil olmaqla, bu gün ölkəmizdə 39 Gənclər evi fəaliyyət göstərir. Qarşıdakı müddətdə daha 4 Gənclər evinin istifadəyə verilməsi nəzərdə tutulub. Əminəm ki, şirvanlı gənclərin bir araya gəlməsində, onların müxtəlif layihə və ideyalarının həyata keçirməsində bu gün istifadəyə verilən Gənclər evinin xüsusi rolu olacaq”.
Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev jurnalistlərə müsahibəsində bildirib ki, ölkə Prezidentinin və Birinci vitse-prezidentin istəyi və məqsədi Azərbaycan gəncini ağıllı, savadlı, xoşbəxt görməkdir. Regionlarda belə mərkəzlərin tikilməsi gənclərin oxumaq, öyrənmək, öz bilik və bacarıqlarını təkmilləşdirmək, ünsiyyət yaratmaq, asudə vaxtlarından səmərəli istifadə etmək üçün ideal imkandır.
Yusuf Məmmədəliyev Ermənistanın atəşkəsi növbəti dəfə pozması və dinc sakinlərin qətlə yetirilməsi faktına toxunaraq deyib: “İki gün öncə balaca Zəhranın başına gələn hadisə göstərir ki, uzun illər torpaqlarımızı işğal altında saxlayan Ermənistan hakimiyyəti, onun hərbi birləşmələri atəşkəsi pozaraq, dinc əhalini Xocalı soyqırımı zamanı olduğu kimi öz evində, öz torpağında öldürür. Lakin Azərbaycan dövləti və xalqı inanır ki, onun güclü potensiala malik, intellektual imkanları və fiziki göstəriciləri yüksək olan gənclər ordusu problemin ədalətli həllində müstəsna rol oynayacaq. Allah şəhidlərimizə rəhmət eləsin!”.
Sonra qonaqlar Gənclər evində yaradılan şəraitlə yaxından tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45

